Məhkəmə qərarları › İş №3(051)-958/2021

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-958/2021

16.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-958/2021 16.12.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi, Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin icra məmuru X1 Tələbkarlar: X10 və X2 İcra sənədi üzrə borclu: Şəxs iştirakı ilə xx xxxxxx 1982-ci ildə Cəbrayıl rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Mingəçevir şəhəri, Sağ Sahil yarımçıq mehmanxanada yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Mingəçevir şəhər İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq müəyyən e t d i m: Şəxs 1500 manat məbləğində borcun alınıb X6 verilməsi barədə Mingəçevir şəhər məhkəməsinin 25 may 2021-ci il tarixli 2(051)-460/2021 saylı və 700 manat məbləğində borcun alınıb X3 verilməsi barədə Mingəçevir şəhər məhkəməsinin 16 iyun 2021-ci il tarixli 2(051)-866/2021 saylı qətnamələrinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini lazımı qaydada yerinə yetirməmişdir. Məhkəmə iclasında Şəxs verdiyi izahatında göstərmişdir ki, Mingəçevir şəhər məhkəməsinin 25 may 2021-ci il tarixli 2(051)-460/2021 saylı qətnaməsinə əsasən 1500 manat məbləğində pulun ondan tutulub tələbkar X7 verilməsi və Mingəçevir şəhər məhkəməsinin 16 iyun 2021-ci il tarixli 2(051)-866/2021 saylı qətnaməsinə əsasən 700 manat məbləğində pulun ondan tutulub tələbkar X3 verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəlmişdir. Hazırda onun tələbkarlara heç bir borcu yoxdur. Qətnamə üzrə yaranmış borcu ödəmək fikri yoxdur. Qeyd olunan pulu ona sələm veriblər. Oda həmin borcu artıqlaması ilə qaytarmışdır tələbkarlara. Bundan əlavə onun əmək haqqı kartı da tələbkarlarda olub hər ay kartından özləri pul çəkirdilər. 1 il 2 ay pulu özü götürüb hər ay 241 manat alırdı. 5-10 manat pul qaytarırıdı ona. Onlar öz aralarında danışıq nəticəsində həm faizi həmdə həmdə borcdan çıxrıdı. Sonra isə 1 il 2 ay ödəyib qurtarandan sonra ona dedi ki, hələ onun borcu qalıb. Onun tələbkarlara heç bir borcu qalmamışdır. Gələcəkdə qeyd olunmuş borcu ödəmək fikri yoxdur. Ona görə də hazırda barəsində olan inzibati xəta haqqında prokola xitam verilməsini xahiş edir. Məhkəmə iclasında tələbkar X10 verdiyi izahatında göstərmişdir ki, Mingəçevir şəhər məhkəməsinin 25 may 2021-ci il tarixli 2(051)-460/2021 saylı qətnaməsinə əsasən Şəxs 1500 manat məbləğində borcun tutulub ona ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəlmişdir. Hazırda borclu icra sənədini icra etməkdən qərəzli olaraq boyun qaçırır.. Ona görə də Şəxs barəsində ağır cəzanın verilməsini xahiş edir. Məhkəmə iclasında tələbkar X5 verdiyi izahatında göstərmişdir ki, Mingəçevir şəhər məhkəməsinin 16 iyun 2021-ci il tarixli 2(051)-866/2021 saylı qətnaməsinə əsasən Şəxs 700 manat məbləğində borcun tutulub ona ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəlmişdir. Hazırda borclu icra sənədini icra etməkdən qərəzli olaraq boyun qaçırır. Ona görə də Şəxs barəsində ağır cəzanın verilməsini xahiş edir. Məhkəmə iclasında icra məmuru X4 izahatında göstərmişdir ki, 1500 manat məbləğində borcun alınıb X6 verilməsi barədə Mingəçevir şəhər məhkəməsinin 25 may 2021-ci il tarixli 2(051)-460/2021 saylı və 700 manat məbləğində borcun alınıb X3 verilməsi barədə Mingəçevir şəhər məhkəməsinin 16 iyun 2021-ci il tarixli 2(051)-866/2021 saylı qətnamələri çıxarılmışdır. Lakin Şəxs indiyə kimi qətnamələri icra etməmiş və qətnamələr icrasız qalmışdır. Məhkəmədə Şəxs həmin inzibati xətanı törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Belə ki, iş materiallarından göründüyü kimi, 1500 manat məbləğində borcun alınıb X6 verilməsi barədə Mingəçevir şəhər məhkəməsinin 25 may 2021-ci il tarixli 2(051)- 460/2021 saylı və 700 manat məbləğində borcun alınıb X3 verilməsi barədə Mingəçevir şəhər məhkəməsinin 16 iyun 2021-ci il tarixli 2(051)-866/2021 saylı qətnamələri çıxarılmışdır. Həmin qətnamələr qanuni qüvvəyə minərək icraya yönəldilmiş, Mingəçevir şəhər İcra və Probasiya şöbəsində icra işi açılmışdır. Lakin borclu icar sənədini icra etməmişdir. Beləliklə, icra orqanının nümayəndəsinin, tələbkarların və borclunun izahatları, eləcə də icra materialları ilə müəyyən edilir ki, Həsənova X8 şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş 22.05.2021-ci il və 16.06.2021-ci il tarixli icra sənədinin icrasından qəsdən boyun qaçırmış, bu zaman icra sənədində göstərilən tələbin yerinə yetirilməsini tələb edən Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələbinə qəsdən tabe olmamışdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdiriən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilmədi. Ona görə də məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddə üzrə inzibati xəta törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh tətbiq edilməlidir. Beləliklə, məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, nəzərə alaraq, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğun hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 21, 40, 43, 48-51, 114, 128-130-ci maddələrini rəhbər tutaraq qərara aldım: Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: Ələkbər Hüseynov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar