Məhkəmə qərarları › İş №3(051)-959/2023

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-959/2023

13.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-959/2023 13.12.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Mingəçevir şəhər məhkəməsinin hakimi Hüseynov Ələkbər Məmmədtağı oğlu, Ağayeva Aynurə Nizami qızının katibliyi, Mingəçevir ŞPŞ-nin İTB-nin polis sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1972-ci ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Mingəçevir şəhəri, 1-ci Günəş Döngəsi ev 4 yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə Mingəçevir şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq məhkəmə müəyyənetdi: Şəxs xx.xx.2023-cü il tarixdə saat 22:40 radələrində Mingəçevir şəhəri 20 Yanvar küçəsində xidmətdə olan polis əməkdaşına nalayiq söyüşlər söymüş və onu nizamintizama dəvət edən polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM–in 535.1–ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi işdə olan sənədlərlə tam təsdiq olunmuşdur. İnzibati xətanı törətmiş şəxs Şəxs məhkəmə iclasında ona istinad olunan inzibati xətanı törətməkdə özünü təqsirli bilərək izahatında göstərmişdir ki, Sərxoş olmuşdur. Demişdir ki, onun bacısı oğlunu niyə cərimə ediblər. O söyüş söyməmiş və təhqir etməmişdir. Etdiyi əməldən peşmandır. Ona görə də ona yüngül cəza verilməsini xahiş edir. Mingəçevir ŞPŞ-nin İTB-nin polis sahə rəisi X2 məhkəmə iclası zamanı verdiyi izahatında göstərmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 22:40 radələrində Mingəçevir şəhəri 20 Yanvar küçəsində xidmətdə olan polis əməkdaşına nalayiq söyüşlər söymüş və onu nizam-intizama dəvət edən polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır. İş üzrə şahid qismində dindirilmiş Mingəçevir ŞPŞ-nin əməkdaşı X5 məhkəmə iclası zamanı verdiyi ifadəsində göstərmişdir ki, ona zəng vurub ki, haradasan? O da olduğu yeri dedi. Oraya gəldi və dedi ki, niyə onun bacısı oğlunu cərimə etmişik. 1 ay bundan əvvəlki cəriməyə görə gəlmişdi. Onu söydü və təhqir etdi. O onu nizam-intizama dəvət etdi. İş üzrə şahid qismində dindirilmiş Mingəçevir ŞPŞ-nin əməkdaşı X3 məhkəmə iclası zamanı verdiyi ifadəsində göstərmişdir ki, Onun yanında Həsənə zəng gəldi. Sonra Kamil gələndə Həsən maşından çıxdı və qıraxda onlar danışdılar. Əvvəlcədən münasibətləri olduğu üçün söz-söhbət yaranacağına inanmamışdır. Bu səbəbə görə də əvvəl maşından düşməmişdir. Sonra səs-küy olduğunu eşitdi və maşından düşdü. Həsəni söyüb təhqir etdiyini eşitdi. İş materiallarında olan sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə 1284 №-li protokolundan görünür ki, Şəxs spirtli içki qəbul etdiyini etiraf edir. Rəy orta dərəcəli sərxoş. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib və iş materiallarını nəzərdən keçirib məcmu halda qiymət verərək hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır və həmin maddə ilə təqsirli bilinib ona inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinin tələbinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlindən peşman olması onun məsuliyyətini yüngülləşdirən haldır. Şəxs inzibati xətanı sərxoş halda törətməsi İXM-nin 33.1.7-ci maddəsinə əsasən onun məsuliyyətini ağırlaşdıran haldır. Ona görə də məhkəmə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı və inzibati tənbehin məqsədlərinə uyğun hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 21, 40, 43, 48-51, 114, 128-130-ci maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs müddətinin əvvəli 12 dekabr 2023-cü il tarixdən, saat 23:00-dan hesablansın. Qərarın icrası Mingəçevir şəhər Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar