Məhkəmə qərarları › İş №3(051)-96/2023

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №3(051)-96/2023

16.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 3(051)-96/2023 16.03.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, Abbasova Gülşən Elxan qızının katibliyi ilə, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X4 tərəfindən verilmiş şikayəti nəzərdən keçirib MÜƏYYƏN ETDİ : Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı qərarı ilə X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 1000 manat məbləğində cərimə edilmişdir. Həmin qərardan barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X4 şikayət vermişdir. Məhkəmə şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət ərizəsi qanunla şikayət verilməsi üçün nəzərdə tutulmuş prossesual müddət ötürülməklə verilmişdir. Belə ki, AR İXM-nin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Göründüyü kimi, şikayət vermə müddətinin axımı qərarın surətinin rəsmi qaydada verildiyi andan başlayır. Qeyd olunan maddənin mənasına görə qanunvericilik 10 günlük müddətin axımını qərarın surətinin rəsmi qaydada verildiyi anla əlaqələndirmişdir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, X4 xx.xx.2022-ci il tarixdə 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin hesabına 100 manat məbləğində cərimə ödənişi etmişdir. X1 məhkəmə iclası zamanı verdiyi izahatında bildirmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı qərarı ona xx.xx.2022-ci il tarixdə təqdim edilmişdir. Qüvvədə olan qanunvericiliyə əsasən həmin qərardan şikayət verilməsi üçün qanunla müəyyən olunmuş 10 günlük prosessual müddətin axımı xx.xx.2022-ci il tarixdən başlamış, xx.xx.2022-ci il tarixdə başa çatmışdır. X2 şikayəti poçt vasitəsilə xx.xx.2023-cü il tarixdə Mingəçevir Şəhər Məhkəməsinə göndərilmiş və xx.xx.2023-cü il tarixdə isə məhkəməyə daxil olmuşdur. Beləliklə, müəyyən olunur ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı qərarından şikayət qanunla müəyyən edilmiş 10 gün müddət buraxıldıqdan sonra verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Azərbaycan Respublikası İXM-də səlahiyyətli orqanın inzibati xəta haqqında iş üzrə qərarından məhkəməyə şikayət verilərkən qanunla müəyyən olunmuş müddət ötürüldükdə və müddətin bərpası haqqında vəsatət verilmədikdə, birinci instansiya məhkəməsi tərəfindən hansı prosessual hərəkətlər edilməsini tənzimləyən norma yoxdur. «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, «cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin». Eləcə də, «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2 və 53-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 noyabr 2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, «inzibati xətalar qanunvericiliyində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protestvermə müddətinin buraxılıb-buraxılmamasının müəyyən edilməsi, habelə şikayət və ya protestin mümkünlüyü ilə əlaqədar digər prosessual məsələlər (şikayətin səlahiyyəti olan şəxs tərəfindən verilib-verilməməsi, imzalanıb-imzalanmaması) kifayət qədər tənzimlənməmişdir. Odur ki, Konstitusiya Məhkəməsinin Plenumu mövcud qanunvericilik normalarından, həmçinin özünün əvvəlki hüquqi mövqeyindən çıxış edərək hesab etmişdir ki, inzibati xəta haqqında iş üzrə məhkəmə qərardan verilmiş şikayət və ya protest vermə müddətinin buraxılıb-buraxılmamasının yoxlanılması ilə əlaqədar prosessual məsələlərin tənzimlənməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müvafiq normaları qanunun analogiyası üzrə tətbiq edilməlidir». Konstitusiya Məhkəməsinin Plenumu qeyd olunan Qərarında yekun nəticəyə gələrək göstərmişdir ki, bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqeyə uyğun olaraq, inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protestin verilməsi ilə bağlı məsələlər cinayət-prosessual qanunvericiliyinin analoji normaları əsasında həll edilməlidir. Belə ki, AR İXM-də inzibati xəta haqqında iş üzrə qərardan qanunla nəzərdə tutulmuş müddətin ötürülməsi ilə verilmiş şikayətin birinci instansiya məhkəməsi tərəfindən icraata qəbul edilməsindən imtina edilməsini və yaxud qaytarılmasını tənzimləyən prosessual hüquq normaları olmadığından, inzibati xəta haqqında iş üzrə qərardan verilmiş şikayətin qaytarılması AR CPM-in müvafiq analoji normaları əsasında həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 386.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Həmin Məcəllənin 391.3.5-ci maddəsinə əsasən apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxılması zamanı apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin öz icraatına qəbul edilməsindən imtina haqqında qərar qəbul edir. Həmin Məcəllənin 391.3.6-ci maddəsinə əsasən apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxılması zamanı apellyasiya instansiyası məhkəməsi cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayət üzrə, icraat materiallarının birinci instansiya məhkəməsinə qaytarılması haqqında qərar qəbul edir. Həmin Məcəllənin 391.2.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxılması qaydası apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilir. Bu zaman hər bir halda apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayəti və ya apellyasiya protesti verilərkən bu Məcəllənin 381—390-cı maddələrinin tələblərinə riayət olunub-olunmadığını araşdırmalıdır. Məhkəmə qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, səlahiyyətli orqanın inzibati xəta haqqında iş üzrə qərarından verilmiş şikayət qanunla müəyyən edilmiş prosessual müddət buraxılmaqla verildiyindən şikayət və əlavə edilmiş sənədlər şikayət verən şəxsə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 130-cu və CPM-in 391-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDİ : X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X4 tərəfindən verilmiş şikayət ərizəsi əlavə edilmiş sənədlərlə birlikdə şikayət verən şəxsə qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərardadı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar