Məhkəmə qərarları › İş №3(051)-960/2025

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-960/2025

25.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-960/2025 25.12.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, Abbasova Gülşən Elxan qızının katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Mingəçevir Şəhər Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə inzibati xəta haqqında protokollar daxil olmuşdur. İnzibati xəta haqqında protokollara görə Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta materiallarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, inzibati məsuliyyəti istisna edən hallar mövcud olduğu üçün Şəxs inzibati məsuliyyətdən azad edilməlidir. Belə ki, işdə olan DİN-in DYP WEB Portalından çıxarışdan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-in 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün xx.xx.2025-ci il tarixli, EQ 28500046 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar üzrə 20 manat məbləğində inzibati cərimə edilmişdir. Həmin cəriməyə 12 manat dəbbə pulu əlavə olunmuş və nəticədə onun ödənilməmiş 32 manat inzibati cəriməsi yaranmışdır. İşdə olan DİN-in DYP WEB Portalından çıxarışdan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün xx.xx.2025-ci il tarixli, EQ 29751238 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar üzrə 40 manat məbləğində inzibati cərimə edilmişdir. Həmin cəriməyə 24 manat dəbbə pulu əlavə olunmuş və nəticədə onun ödənilməmiş 64 manat inzibati cəriməsi yaranmışdır. İşdə olan DİN-in DYP WEB Portalından çıxarışdan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-in 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün xx.xx.2025-ci il tarixli, EQ 29698242 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar üzrə 10 manat məbləğində inzibati cərimə edilmişdir. Həmin cəriməyə 6 manat dəbbə pulu əlavə olunmuş və nəticədə onun ödənilməmiş 16 manat inzibati cəriməsi yaranmışdır. İşdə olan xx.xx.2025-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etmədiyindən, barəsində AR İXM-in 529.3-cü maddəsi ilə protokol tərtib edilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etmədiyindən, barəsində AR İXM-in 529.3-cü maddəsi ilə protokol tərtib edilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etmədiyindən, barəsində AR İXM-in 529.3-cü maddəsi ilə protokol tərtib edilmişdir. İşdə olan “Asanpay” ödəniş sistemindən əldə olunmuş çıxarışdan görünür ki, Şəxs tərəfindən EQ 28500046 nömrəli inzibati xəta haqqında qərar üzrə 32 manat məbləğində cərimə dövlət büdcəsinə ödənilmişdir. İşdə olan “Asanpay” ödəniş sistemindən əldə olunmuş çıxarışdan görünür ki, Şəxs tərəfindən EQ 29751238 nömrəli inzibati xəta haqqında qərar üzrə 64 manat məbləğində cərimə dövlət büdcəsinə ödənilmişdir. İşdə olan “Asanpay” ödəniş sistemindən əldə olunmuş çıxarışdan görünür ki, Şəxs tərəfindən EQ 29698242 nömrəli inzibati xəta haqqında qərar üzrə 16 manat məbləğində cərimə dövlət büdcəsinə ödənilmişdir. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati xəta haqqında protokollar tərtib edilsə də, hazırda məhkəmə tərəfindən müəyyən edilmiş sənədlərə görə şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yaranmışdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529-cu maddəsinin qeyd hissəsinin 1-ci bəndinə əsasən Bu Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə xx.xx.2025-ci il tarixli İXP ******* saylı, xx.xx.2025-ci il tarixli İXP ******* saylı və xx.xx.2025-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokollar üzrə inzibati məsuliyyətdən azad edilsin. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar