Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-968/2021 22.12.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızı Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İXMnın 227-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq Müəyyən etdim: Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən tərtib olunmuş inzibati xəta haqqında MN ******* №li, 21.12.2021-ci il tarixli protokol və ona əlavə olunmuş sənədlərdən görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Qaz İstismar idarəsinə məxsus kollektoru oğurlamış və barəsində inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Şəxs izahatında bildirdi ki, 02.06.2021-ci il tarixdə axşam saatlarında Mingəçevir şəhərində gəzən zaman DRES qəsəbəsində Qaz idarəsinə məxsus qaz kollektorunu oğurlamışdır. Əməlindən peşimandır. Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsində qeyd edilir ki, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Həmin Məcəllənin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. İş materiallarından görünür ki, Şəxs əməlində cinayət tərkibi olmaması və barəsində inzibati qaydada tədbir görülməsi barədə qərar 24.07.2021-ci ildə qəbul edilmişdir. Azərbaycan Respublikası İXM-nin 53.0.6-cı maddəsində göstərilir ki, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 38.1, 38.3, 53.0.6, 104.8, 114.2.1, 129.1.1-ci-ci maddələrini rəhbər tutub, Qərara aldım: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan inzibati xətaya dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №3(051)-968/2021
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-968/2021
22.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver