Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-969/2021 22.12.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir şəhər məhkəməsinin hakimi Hüseynov Ələkbər Məmmədtağı oğlu, Ağayeva Aynurə Nizami qızının katibliyi, Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X1, borclu Şəxs və tələbkar Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1976-ci ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Mingəçevir şəhəri küçəsi ev 6 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Mingəçevir şəhər İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq Müəyyən etdim: Şəxs 06 aprel 2002-ci təvəllüdlü Abuzər və 18 sentyabr 2003-cü il təvəllüdlü Türkan adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 150 manat, cəmi 300 manat məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməsinə dair Mingəçevir şəhər məhkəməsinin 2(051)-5424/2016 saylı, 07 dekabr 2016-cı il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini lazımı qaydada yerinə yetirmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə protokol tərtib edilərək məhkəməyə verilmişdir. Məhkəmə iclasında icra məmuru X1 izahatında göstərmişdir ki, Mingəçevir şəhər məhkəməsinin 2(051)-5424/2016 saylı, 07 dekabr 2016-ci il tarixli icra vərəqəsi əsasən Şəxs oğlundan 06 aprel 2002-ci təvəllüdlü Abuzər və 18 sentyabr 2003-cü il təvəllüdlü Türkan adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər ay hər uşağa 150 manat, cəmi 300 manat məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Qeyd edir ki, borclunun noyabr ayına kimi 11400 manat aliment borcu yaranmışdır. Lakin görülən icra tədbirləri nəticəsində yaranmış aliment borcundan borclu indiyədək 10 noyabr 2021-ci il tarixdə 2500 manat və 15 noyabr 2021-ci il tarixdə isə 7000 manat aliment borcundan ödəniş etmişdir. Lakin borclu Şəxs aliment borcunu tam ödəməmiş və 1200 manat aliment borcundan qalıq qalmışdır. Borclu qətnaməni lazımi qaydada və tam olaraq icra etməmiş buna görə də o, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə məhkəməyə verilmişdir. Məhkəmə iclasında borclu Şəxs izahatında göstərmişdir ki, Mingəçevir şəhər məhkəməsinin 2(051)-5424/2016 saylı, 07 dekabr 2016-ci il tarixli icra vərəqəsi əsasən Şəxs oğlundan 06 aprel 2002-ci təvəllüdlü Abuzər və 18 sentyabr 2003-cü il təvəllüdlü Türkan adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər ay hər uşağa 150 manat, cəmi 300 manat məbləğində aliment tutularaq iddiaçı Zərərçəkmiş şəxs verilməsinə dair icra sənədindən xəbərdardır və icra məmurunun tələbin dərhal icrası ilə bağlı bildirişini almışdır. İcra sənədindəki tələb ona aydındır. Halhazırda 1200 manat aliment borcu yaranmışdır. İndiyədək yaranmış aliment borcundan 10 noyabr 2021-ci il tarixdə 2500 manat və 15 noyabr 2021-ci il tarixdə isə 7000 manat aliment borcundan ödəniş etmişdir. Qalıq aliment borcunun isə tam ödəyə bilməməsinin səbəbi maddi vəziyyətinin çox aşağı olmasıdır. Hal hazırda heç bir yerdə işləmir. Qalıq borcuda ödəməkdən boyun qaçırmır. Hazırda yaranmış borcdan cəmi olaraq 9500 manat ödəniş etmişdir, qalan borcu da hissə-hissə, hər ay 100 manat olmaqla ödəyəcəyini qeyd edir. Ona görə də barəsində olan inzibati işin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs verdiyi izahatında göstərmişdir ki, Mingəçevir şəhər məhkəməsinin 2(051)-5424/2016 saylı, 07 dekabr 2016-cı il tarixli icra vərəqəsinə əsasən Şəxs 06 aprel 2002-ci təvəllüdlü Abuzər və 18 sentyabr 2003-cü il təvəllüdlü Türkan adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər ay hər uşağa 150 manat, cəmi 300 manat məbləğində aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəlmişdir. Uzun müddət borclu tərəfindən qeyd edilən icra sənədi icra edilməmiş və nəticədə böyük məbləğdə aliment borcu yaranmışdır. Hazırda Şəxs yaranmış aliment borcundan cəmi olaraq 9500 manat ödəniş etmişdir. Lakin borclu aliment borcunu tam olaraq ödəməmişdir. Hazırda Şəxs 1200 manat aliment borcu qalmışdır. O, yaranmış aliment borcunun tam olaraq ödənilməsini tələb edir. Şəxs yaranmış aliment borcunu ödəməkdən qərəzli olaraq boyun qaçırır. Ona görə də Şəxs barəsində ağır cəzanın verilməsini xahiş edir Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və icra məmurunun izahatını dinləyib, işdə olan sənədləri öyrənib sübutlara qiymət verərək aşağıdakılara əsasən hesab edirəm ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin mənasına görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə yaranan münasibətlər təşkil edir. Bu inzibati xətanın tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin üzürsüz səbəbdən icra edilməməsinə görə yaranır. Məhkəmə iclasında Şəxs məhkəmə qərarının üzrsüz səbəbdən icra etməməsi müəyyən olunmadı. Belə ki, iş materialları və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs yaranmış aliment borcundan 10 noyabr 2021-ci il tarixdə 7000 manat və 15 noyabr 2021-ci il tarixdə isə 2500 manat aliment ödənişi etmişdir. Buradan aydın görünür ki, borclu yaranmış borcu ödəməkdən qərəzli olaraq boyun qaçırmır. Qalıq qalan 1200 manat aliment borcunu isə hər ay hissə-hissə ödəyəcəyini bildirir. Lakin Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru protokol tərtib edərək, məhkəməyə təqdim etmişdir. Belə olan halda İXM-nin 528.1-ci maddənin tərkibi yaranmır. Bu səbəbdən də Şəxs barəsində inzibati tənbeh tətbiq etmək məqsədə müvafiq deyil. İcra məmuru tərəfindən təqdim olunmuş sənədlərdən isə görünür ki, Şəxs borcunu qərəzli icra etməməsi barədə iş materiallarına heç bir sənəd əlavə edilməmişdir. Ona görə iş üzrə əməldə tərkib olmadığı üçün iş üzrə icraata xitam verilməlidir. İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinin tələbinə görə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Beləliklə, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olduğu sübuta yetmir. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə görə inzibati xətanın tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. S.Əliyevin əməlində inzibati xətanın tərkibi olmadığına görə barəsində olan inzibati işin icraatına xitam verilməlidir. Həmin Məcəllənin 114.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 53-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən Şəxs barəsində Azərbaycan Republikası İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İXM-nin 21, 40, 43, 195-51, 114, 128-130-ci maddələrini rəhbər tutaraq Qərara aldım: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №3(051)-969/2021
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-969/2021
22.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver