Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-97/2023 28.01.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir Şəhər Məhkəməsinin hakimi Hüseynov Ələkbər Məmmədtağı oğlu, Ağayeva Aynurə Nizami qızının katibliyi Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin icra məmuru X8 və borclu Şəxs iştirakı ilə, xx.xx.1992-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Mingəçevir şəhər İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq m ü ə y y ə n e t d i m: Şəxs Mingəçevir şəhər məhkəməsinin 2(051)-1019/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən 5000 manat pulun və 30 manat dövlət rüsumunun alınıb X3 verilməsinə dair icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini lazımı qaydada yerinə yetirmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə protokol tərtib edilərək məhkəməyə verilmişdir. Məhkəmə iclasında icra məmuru X9 izahatında göstərmişdir ki, Mingəçevir şəhər məhkəməsinin 2(051)-1019/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən 5000 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun tutularaq X3 ödənilməsi qət edilmişdir. Lakin Şəxs indiyə kimi qeyd olunan icra sənədlərini lazımi qaydada icra etməmiş və icra sənədləri icrasız qalmışdır. Hazırda borculunun qeyd olunan icra sənədləri üzrə 4230 manat borcu qalmışdır. Şəxs icra sənədi ilə müəyyən olunmuş borcu ödəməkdən qərəzli olaraq boyun qaçırır və onun qanuni tələblərini qərəzli olaraq yerinə yetirmir. Məhkəmə iclasında şahid kimi dindirilmiş X4 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, tələbkar X5 onun oğludur. X1 5000 manat borc almışdır. Həmin borcdan müəyyən ödəniş etmişdir. Hazırda borclunun onun oğluna 4230 manat borcu qalmışdır. Məhkəmə iclasında Şəxs verdiyi izahatında göstərmişdir ki, Mingəçevir şəhər məhkəməsinin 2(051)-1019/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən 5000 manat məbləğində pul və 30 manat dövlət rüsumunun ondan tutularaq tələbkar X3 ödənilməsi qət edilmişdir. O, icra sənədləri üzrə borcunu ödəməkdən yayınmır. Lakin maddi imkanı yaxşı olmadığı üçün icra sənədi üzrə yaranmış borcu ödəyə bilməmişdir. Heç bir yerdə işləmir işsiz olduğu üçün borcunu ödəməkdə çətinlik çəkir. Əgər ona vaxt verilsə, növbəti aydan borcluya hər ay 200 manat ödəniş edəcəkdir. Barəsində olan protokola xitam verilməsini xahiş edir. Məhkəmə borclunun, tələbkarların və icra məmurunun izahatlarını dinləyib, təqdim olunmuş sənədləri və icra işi materiallarını araşdırıb məcmu halda qiymət verərək, hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi var və törətdiyi inzibati xətaya görə ona inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qərarları bütün şəxslər üçün məcburidir və Azərbaycan Respublikası ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə görə Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 12.1-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanunun 3.2-ci maddəsində göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq hesab edir ki, ona həbs növündə inzibati tənbehin tətbiq edilməsi tənbehin məqsədlərini təmin edə bilər. Belə ki, Şəxs bundan əvvəl də dəfələrlə icra məmurunun onunla bağlı olan icra sənədinin icra edilməmsi ilə bağlı xəbərdarlıq etməsinə baxmayaraq icra sənədini icra etməkdən yayınmışdır. Həmçinin onun barəsində tərtib edilərək məhkəməyə təqdim edilmiş protokolun icrası zamanı məhkəmə iclas zalından qaçması da müəyyən edilmişdir. Barəsində olan icra sənədini uzun müddət lazımi qaydada icra edilməmişdir. Şəxs icra sənədi üzrə borcu olduğu halda ona cərimə növündə olan daha yüngül tənbehin tətbiq edilməsi məqsədə müvafiq deyil və bu səbəbdən də onun barəsində inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsi tənbehin məqsədlərini təmin edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 21, 40, 43, 48-51, 114, 128-130-ci maddələrini rəhbər tutaraq qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 10 (on) gün müddətə inzibati qaydada həbs edilsin. Şəxs məhkəmə iclas zalından dərhal həbs edilsin. Həbsə almanın əvvəli 28 yanvar 2023– cü il tarixdən saat 13:00-dan hesablansın. Qərarın icrası Mingəçevir Şəhər Polis Şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: Ələkbər Hüseynov.
Məhkəmə qərarları › İş №3(051)-97/2023
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-97/2023
28.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver