Məhkəmə qərarları › İş №3(051)-972/2021

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-972/2021

23.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-972/2021 23.12.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlu, Ağayeva Aynurə Nizami qızının katibliyi və X1 iştirakı ilə, 30.06.1986-cı ildə Kəlbəcər rayonu Zar kəndində doğulmuş, subay, Kəlbəcər rayonu Zar kəndində qeydiyyatda olan, faktiki olaraq Mingəçevir şəhəri 4 saylı bağçada yaşayan X4 Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən e t d i: X6 18.11.2021-ci il tarixdə saat 15 radələrində qonşusu X8 ilə aralarında yaranmış mübahisə zamanı sol qolundan xəsarət yetirərək döymüşdür. Məhkəmə iclasında X6 izahatında göstərmişdir ki, onlar birlikdə qonşuluqda yaşayırlar. Aralarında tez-tez münbahisələr olurdu. 18.11.2021-ci il tarixdə saat 14:30 radələrində məskunlaşıb yaşadığı otaqda olan zaman qapının çöl tərəfində həyət hissədə az yaşlı qızı 18.01.2017-ci il təvəllüdlü X3 eşitmiş, dərhal çölə çıxmışdır. Çölə çıxan zaman Sabirənin az yaşlı qızı İncinin boğazından tutub boğduğunu görmüşdür. Ona doğru gedən zaman isə saçından yapışıb dartmağa başlamışdır. Sabirəyə qışqıran zaman uşağı öz tərəfinə çəkib öz otağına doğru aparmaq istəyən zaman Sabirənin qolundan yapışmışdır. Həmin anda hər ikisinin bir-birlərinin qollarından tutub dartmağa başlamışlar. Sonra isə Sabirə uşağı İncini buraxıb qollarına dırnaqları ilə cırmaq atmağa başlamışdır. O isə qışqırmağa başlamış və Sabirə onun qolunu buraxmışdır. Sonra isə 103 həkim briqadasına ilkin tibbi yardım göstərilməsi üçün köməyə çağırmışdır. Həkim briqadası ünvana gəlib ilkin tibbi yardım göstərmişdir. Sonra isə bu barədə DİN-in 102 xidmətinə məlumat vermişdir. Bu barədə şəhər polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Lakin əlavə olaraq mübahisədən sonra qazın kənarında dayanmışdır. Sabirə ona “səni yandırıb şərləyəcəyini” bildirmidir. O isə Sabirəni döyməmişdir. Məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş edir. X2 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, Bəxtilə adlı qadın eyni binada yaşayan qonşusudur. Bəxtilə adlı qadınla aralarında dəfələrlə mübahisələr olmuşdur. Mübahisəyə səbəb isə yaşadığı yarımçıq Mehmanxanada Bəxtilə adlı qadının qapısının qarşısından yeni qapı açmaq istəməyi olmuşdur. 18.11.2021-ci il tarixdə saat 14:30 radələrində yaşadığı ünvanda olan zaman Bəxtilə adlı qadınla yaşadığı ünvana daxil olmuşdur. Təhqir edib “səni boğub öldürəcəm”-demişdir. Bu səbəbə görə də aralarında sözlə mübahisə yaranmışdır. Mübahisə zamanı bir-birinə qarşı sözlər demişlər. Daha sonra isə Bəxtilə adlı qadın sol qolundan tutaraq əli ilə cırmaqlamışdır. Bundan sonra isə Bəxtilə adlı qadına Mingəçevir ŞPŞ-yə şikayət edəcəyini bildirmişdir. Bəxtilə isə yerdən daş parçasını götürərək həm qoluna, həm də başına vuraraq özünə xəsarət yetirmişdir. Sonra isə Bəxtilə adlı qadın DİN-in 102 xidmətinə zəng vuraraq barəsində məlumat vermişdir. Lakin Bəxtiləni və qızı İncini döymədiyini göstərmişdir. Məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş edir. İnzibati xəta haqqında işdə olan sənədlərdən görünür ki, Təhqiqatçının 27 noyabr 2021ci il tarixli qərarı ilə X6 barəsində cinayət işinin başlanması rədd edilmişdir. Beləliklə, məhkəmədə inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmişin izahatları dinlənilib, təqdim olunmuş sənədlər araşdırılıb məcmu halda qiymət verilməklə müəyyən olunmuşdur ki, X6 18.11.2021-ci il tarixdə saat 15 radələrində qonşusu X8 ilə aralarında yaranmış mübahisə zamanı sol qolundan xəsarət yetirərək döymüşdür. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağır yetirmə inzibati xəta kimi nəzərdə tutulmuşdur. X4 əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsində göstərilmişdir ki, inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədənin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, X4 himayəsində azyaşlı uşağının olması İXM-in 32.1.3-cü maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən haldır. Məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Belə ki, işə əlavə şəxsiyyət vəsiqəsinin (şəkilsiz) sürətindən görünür ki, X4 himayəsində 18.01.2017-ci il təvəllüdlü X11 adlı uşağı vardır. Məhkəmə X4 şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən halın olmasını və ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, ona cərimə növündə inzibati tənbehin tətbiq edilməsi tənbehin məqsədlərini təmin edə bilər. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 21, 40 , 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara a l d ı: X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, 300 (üç yüz) manat miqdarda inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət bilər. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar