Məhkəmə qərarları › İş №3(051)-973/2021

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-973/2021

23.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-973/2021 23.12.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi Zərərçəkmiş şəxs: X1 iştirakı ilə, Barəsində protokol tərtib edilmiş şəxs: Şəxs iştirakı ilə xx.xx.1942-ci il tarixdə Ağdam rayonu Boyəhmədli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli Mingəçevir şəhəri, 20 Yanvar küçəsi 4 saylı yarım tikili uşaq baxşasında məskunlaşan Şəxs Azərbayjan Respublikası İXM-nin 157-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs 16 noyabr 2021-ci il tarixdə saat 14 radələrində 20 Yanvar küçəsi 4 saylı yarım tikili uşaq baxşasında20 Yanvar küçəsi 4 saylı yarım tikili uşaq baxşçasında yerləşən evində X1 döyərək xəsarət yetirmişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi, zərərçəkmiş şəxsin və işdə olan mötəbər sənədlərlə təsdiq olunmuşdur. İnzibati xətanı törətmiş şəxs Şəxs məhkəmə iclası zamanı özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında təqsirli bilmədi və ifadəsində göstərdi ki, 2016-cı ildə qonşusu Bəxtilə Yusibovanın oraya köçdükdən sonra onunla mütəmadi olaraq aralarında münaqişələrin yaranmışdır. O, yaşadığı evdə bayıra qapı açdırmaq istəyir. Lakin qonşusu Bəxtilə ona icazə vermir. Bu səbəbdəndə aralarında tez tez mübahisələr yaranır. 16.11.2021-ci il tarixdə saat 14:00 radələrində tanımadığı ustaları ünvanına dəvət edib. Bu zaman qonşusu Bəxtilə oraya gələrək ona mane olmağa çalışıb. Həmin vaxt Bəxtilənin anası Mələk yaranmış mübahisəyə qoşuldu. Onlar onu söyüb təhqir etdilər. Bundan sonra Mələk Yusibova daşla onu sağ qolunun vuraraq ona xəsarət yetirdi. Bu zaman Bəxtilədə dava dalaşa qoşularaq əlləri ilə onun sağ qolunu cırmaqlayaraq xəsarət yetirmişdir. O heç kimi döyməmiş və heç kimə xəsarət yetirməmişdir. Odur ki, barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs X2 məhkəmə iclası zamanı ifadəsində göstərdi ki, 16.11.2021-ci il tarixdə saat 14:00 radələrində anası Mələk Yusibovanın evində qonaq olan zaman qonşusu Ruslan Əhmədovun ona zəng edərək qonşuluğunda yaşayan Sabirə adlı qadının öz yaşadığı otaqdan bayıra qapı açmaq istəməsini söylədi. Bu zaman onun anası Mələk Yusibova və qardaşı Nəsimi Yusibovla birgə öz yaşadığı ünvana gələn zaman qonşusu Şəxs öz yaşadığı otaqdan onun otağı istiqamətində qapı açdırmaq istəməsini gördü. Orada işləyən ustalara işlərini dayandırmalarını tələb etdi. Bundan sonra orada işləyən ustaların işlərini yarımçıq saxlayıb çıxıb getmələrini, bundan sonra qonşusu Şəxs onunla mübahisə etməyə başladı. Mübahisə zamanı Şəxs onun ünvanına xoşagəlməz ifadələr işlətdi. Bundan sonra Şəxs onun üzərinə hücum çəkərək qəsdən hər iki əlləri ilə onun sağ və sol qollarını cırmaqlayaraq xəsarət yetirdi. Həmin vaxt geri çevrilib oradan uzaqlaşmağa cəhd edən zaman Şəxs yerdən əlinə götürdüyü daş parçalarını onun ardınca atmağa başladı və həmin daş parçalarından birinin onun başın təpə nahiyyəsinə, digərinin isə onun sağ kürək nahiyyəsinə dəyərək xəsarətlər yetirmişdir. Odur ki, məhkəmədən Şəxs barəsində qanuni tədbir görülməsini xahiş edir. İşdə olan 16 noyabr 2021-ci il tarixli, 738 saylı ekspert rəyindən görünür ki, X1 bədən səthində aşkar edilmiş xəsarətlər- hər iki said nahiyyələrində sıyrıqlar, sağ əlində və sağ kürək nahiyyəsində qançırlar, təpə nahiyyəsində hematoma küt əşyanın təsirindən əmələ gələ bilərdilər, Yetirilmə müddətləri qərarda göstərilən müddətə 16.11.2021-ci il tarixə uyğun gəlir. Beləliklə, məhkəmə iclası zamanı təsdiq olundu ki, Şəxs 16 noyabr 2021-ci il tarixdə saat 14 radələrində 20 Yanvar küçəsi 4 saylı yarım tikili uşaq baxşasında20 Yanvar küçəsi 4 saylı yarım tikili uşaq baxşçasında yerləşən evində X1 döyərək xəsarət yetirmişdir. Məhkəmə, Şəxs məhkəmə iclası zamanı izahatında göstərdiyi dəlillərə qiymət verərək hesab edir ki, həmin dəlillərin heç bir əsası yoxdur. Belə ki, Şəxs məhkəmə iclası zamanı zərərçəkmiş şəxsi sübutlarla təkzib olunmuşdur. Göründüyü kimi inzibati xəta törətmiş şəxs formal mülahizələrlə inzibati xəta törətmədiyini bildirməsini məhkəmə özünü müdafiə üsulu kimi qiymətləndirir. Onun gətirdiyi dəlillər məhkəmədə tədqiq olunmuş sübutlarla təkzib olunur. Ona görə də məhkəmə Şəxs məhkəmə iclası zamanı bildirdiklərinə tənqidi yanaşır və nəzərə almır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi, qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğundur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, 10 gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar