Məhkəmə qərarları › İş №3(051)-974/2021

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-974/2021

23.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-974/2021 23.12.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi Zərərçəkmiş şəxs: X1 iştirakı ilə, Barəsində protokol tərtib edilmiş şəxs: Şəxs iştirakı ilə xx.xx.1942-ci il tarixdə Ağdam rayonu Boyəhmədli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli Mingəçevir şəhəri, 20 Yanvar küçəsi 4 saylı yarım tikili uşaq baxşasında məskunlaşan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs 18 noyabr 2021-ci il tarixdə saat 15 radələrində 20 Yanvar küçəsi 4 saylı yarım tikili uşaq baxşasında20 Yanvar küçəsi 4 saylı yarım tikili uşaq baxşçasında yerləşən evində X1 döyərək xəsarət yetirmişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi, zərərçəkmiş şəxsin və işdə olan mötəbər sənədlərlə təsdiq olunmuşdur. İnzibati xətanı törətmiş şəxs Şəxs məhkəmə iclası zamanı özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında təqsirli bilmədi və ifadəsində göstərdi ki, 2016-cı ildə qonşusu Bəxtilə Yusibovanın oraya köçdükdən sonra onunla mütəmadi olaraq aralarında münaqişələrin yaranmışdır. O, yaşadığı evdə bayıra qapı açdırmaq istəyir. Lakin qonşusu Bəxtilə ona icazə vermir. Bu səbəbdəndə aralarında tez tez mübahisələr yaranır. 18.11.2021-ci il tarixdə saat 14:30 radələrində yaşadığı ünvana daxil oldu. Bu zaman Bəxtilə adlı qadınla yaşadığı ünvan daxil olduğunu təhqir edib onu boğub öldürəcəyini dedi. Bu səbəbə görədə aralarında sözlə mübahisə yarandı. Mübahisə zamanı onu söyərək təhqir edir. Daha sonra isə Bəxtilə adlı qadın sol qolundan tutaraq əli ilə cırmaqladı. O heç kimi döyməmiş və heç kimə xəsarət yetirməmişdir. Odur ki, barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs X3 məhkəmə iclası zamanı ifadəsində göstərdi ki, uzun illərdir ki, birlikdə qonşuluqda yaşayırlar. Aralarında tez-tez mübahisələr olur. 18.11.2021-ci il tarixdə saat 14:30 radələrində məskunlaşdığı otaqda olan zaman qapının çöl tərəfində az yaşlı qızı İncinin səsini eşitdi. Çölə çıxan zaman Sabirənin az yaşlı qızı İncini boğduğunu gördü. Ona doğru gedən zaman saçından tutub dartmağa başladı. Sabirəyə qışqıran zaman uşağı öz tərəfinə çəkib öz tərəfinə çəkib aparmaq istəyən zaman Sabirənin qolundan yapışdı. Həmin anda hər ikisi bir birlərinin qolundan tutub dartmağa başladılar. Sonra isə Sabirə İncini buraxıb qollarını dırnaqları ilə cırdı. O qışqırdıqdan sonra Sabirə onun qolunu buraxdı. O bundan sonra Mingəçevir şəhər polis şöbəsinə ərizə ilə müraciət etdi. Sabirə ona onu yandırıb şərləyəciyini dedi. Odur ki, məhkəmədən Şəxs barəsində qanuni tədbir görülməsini xahiş edir. Beləliklə, məhkəmə iclası zamanı təsdiq olundu ki, Şəxs 18 noyabr 2021-ci il tarixdə saat 15 radələrində 20 Yanvar küçəsi 4 saylı yarım tikili uşaq baxşasında20 Yanvar küçəsi 4 saylı yarım tikili uşaq baxşçasında yerləşən evində X2 döyərək ona xəsarət yetirmişdir. Məhkəmə, Şəxs məhkəmə iclası zamanı izahatında göstərdiyi dəlillərə qiymət verərək hesab edir ki, həmin dəlillərin heç bir əsası yoxdur. Belə ki, Şəxs məhkəmə iclası zamanı zərərçəkimiş şəxsə qarşı heç bir zərər yetirəcək hərəkət etmədiyini bildirməsi məhkəmə tərəfindən özünü müdafiə kimi qiymətləndirilir və eyni zamanda işdə olan sənədlərlə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin günahsız olmasısübuta yetirilmədi. Göründüyü kimi inzibati xəta törətmiş şəxs formal mülahizələrlə inzibati xəta törətmədiyini bildirməsini məhkəmə özünü müdafiə üsulu kimi qiymətləndirir. Onun gətirdiyi dəlillər məhkəmədə tədqiq olunmuş sübutlarla təkzib olunur. Ona görə də məhkəmə Şəxs məhkəmə iclası zamanı bildirdiklərinə tənqidi yanaşır və nəzərə almır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi, qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğundur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, 10 gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar