Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 3(051)-975/2021 23.12.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir şəhər məhkəməsinin hakimi Kərimova Məhburə Kərim qızı, Məhkəmə iclas katibi X1, Mingəçevir şəhəri icra və probasiya şöbəsindən daxil olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 529.1-ci maddəsi ilə inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş sənədlərə baxaraq, M ü ə y y ə n e t d i m: Azərbaycan Respublikası Səhiyyə Nazirinin birinci müavini Elşən Ağayevin “İnzibati tənbeh vermə haqqında” qərarı ilə İXM-nin 210.1-ci maddəsinə əsasən, lisenziya almadan stomatoloji fəaliyyətlə məşğul olduğuna görə 5000 (beş min) manat cəriməni ödəmədiyinə görə Mingəçevir şəhər icra və probasiya şöbəsi tərəfindən Şəxs barədə Azərbaycan Respublikası İXM-nin 529.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Hesab edirəm ki, inzibati xəta haqqında protokol və protokola əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İnzibati protokola əlavə edilmiş qərarın surətindən görünür ki, Mingəçevir şəhər icra və probasiya şöbəsinin icra məmuru tərəfindən “İcraata başlamaq haqqında” 01.11.2021-ci il tarixli qərar qəbul edilmiş, borclu barədə məcburi icra tədbirləri görülməsi, icra sənədinin icrasını təmin etmək məqsədilə borclunun əmlakının siyahıya alınması, əmlakın üzərinə həbs qoyulması qərara alınmışdır. Lakin iş materialları ilə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs məxsus daşınar və ya daşınmaz əmlak olub- olmaması barədə sorğular aparılması, cavab alınması, onun daimi iş yeri olub-olmaması müəyyən edilmir. Bu hallar araşdırılmadan Şəxs barəsində İXM-nin 529.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda inzibati xəta haqqında protokol və ya digər sənədlər geri qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 109-cu maddəsini rəhbər tutub, Q ə r a r a a l d ı m: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol Mingəçevir şəhər icra və probasiya şöbəsinə geri qaytarılsın. Məhkəmənin hakimi: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №3(051)-975/2021
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №3(051)-975/2021
23.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver