Məhkəmə qərarları › İş №3(051)-977/2021

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-977/2021

24.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-977/2021 24.12.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızı Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X1 iştirakı ilə xx.xx.1985-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Mingəçevir şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdim: Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən tərtib olunmuş MN №1319587 saylı, 24.12.2021-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 27.10.2021-ci il tarixdə Mingəçevir şəhərndə Ş.İ.Xətai küçəsində yerləşən “Turay” kafesində X2 döymuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Vüsalə Adilova onun arvadıdır. Vüsalə “Turay” kafesini işlədir. Son vaxtlar münasibətləri alınmadığına görə ayrılmışlar. 27.10.2021-ci il tarixdə Mingəçevir şəhəri Ş.İ.Xətai küçəsində yerləşən “Turay” kafeyə gedib stolların birinə əyləşib pivə sifariş etmişdir. Lakin Vüsalə ona qulluq edə bilməyəcəyini və çıxıb başqa kafeyə getməsini dedi. Sonra aralarında mübahisə yarandı və mübahisə zamanı o da əsəbləşərək Vüsaləni itələdi. Əməlindən peşimandır. Zərərçəkmiş şəxs X3 məhəkə iclasında izahatında bildirdi ki, Şəxs onun əridir. Son vaxtlar aralarıda tez-tez mübahisə yarandığına görə ayrılmışlar. Mingəçevir şəhəri Ş.İ.Xətai küçəsində yerləşən “Turay” kafesini işlədir. 27.10.2021-ci il tarixdə Şəxs həmin kafeyə gəlmişdir. Stolların birinə əyləşib pivə sifariş etmişdir. Lakin ona qulluq edə bilməyəcəyini və başqa kafey çıxıb getməsini dedi. Ona görə Talehə qulluq etmək istəmir ki, pivəni icdikdən sonra saatlarla kafedə oturur, getmək istəmir, nəticədə də karantin qaydaları pozulur. Şəxs digər stoldan 3 ədəd pivə bakalnı göptürüb yerə vurub sındırıb və onun üzərinə gəlib sifət nahiyyəsinə vurdu. Şəxsa qanun daxilində cəza verilməsini xahiş edir. İşə əlavə olunmuş məhkəmə tibbi ekspertizasının 29.10.2021-ci il tarixli 701 № li rəyində göstərilir ki, X1 məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlər- sağ gözünün alt qapağında və sağ dihin ön səthində qançırlar küt əşyanın (alətin) təsirindən əmələ gələ bilərdilər, yetirilmə müddəti qərarda göstərilən 27.11.2021-ci il tarixə uyğundurlar, sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin olunmur. Toplanmış sübutları məcmuu halda araşdırıb, qiymət verərək hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi vardır və həmin maddə ilə təqsirli bilinərək ona inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikasi İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həmdə başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsini qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törədən Şəxs əməlindən peşiman olması məsuliyyəti yüngülləşdirən haldır. Məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Şəxs məsuliyyətini ağırlaşdıran halın olmamasını, məsuliyyətini yüngülləşdirən halları nəzərə alaraq, hesab edirəm ki, onun barəsində inzibati cərimə tətbiq edilməsi İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə göstərilən inzibati təhbehin məqsədlərini təmin edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128-130-ci maddələrini rəhbər tutub, Qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar