Məhkəmə qərarları › İş №3(051)-98/2022

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-98/2022

06.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-98/2022 06.02.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Həsənli Cavid Qurban oğlunun katibliyi İnzibati xəta törətmiş şəxs: Şəxs oğlunun iştirakı ilə xx.xx.1979-cu il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Mingəçevir şəhəri 20 Yanvar küçəsi ev 8, mənzil 25 ünvanında yaşayan Şəxs oğlunun Azərbaycan Respublikası İXM–in 510-cu maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə icasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs 05.02.2022-ci il tarixdə, saat 00:15 radələrində Mingəçevir şəhərinin V.Abdullayev küçəsində ucadan səs-küy salaraq, ünvansız, nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Bu hərəkəti ilə Şəxs oğlu Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında tam təqsirli bilərək izahatında göstərdi ki, o, sərxoş halda olduğu üçün səbəbsiz və əsassız olaraq, 05.02.2022-ci il tarixdə, saat 00:15 radələrində Mingəçevir şəhərinin V.Abdullayev küçəsində ucadan səsküy salaraq, həmin ərazidə yerləşən çayxanadan və binadan baxan şəxlərin ünvanına nalayiq ifadələr işlədərkən, adını sonradan öyrəndiyi Cumayev İlyas Cuma oğlu ona yaxınlaşmış və söyüş söyməməsini tələb etmişdir. Sərxoş olduğu üçün ona qulaq asmamış, əksinə, onun da ünvanına nalayiq ifadələr işlətmişdir. Ondan sonra İlyas Cumayev də ona qarşılıq vermiş, nəticədə aralarında sözlə mübahisə olmuşdur. Həmin vaxt səs-küyə polis əməkdaşları onlara yaxınlaşmış və onları polis şöbəsinə dəvət etmişlər. O, sərxoş halda olmasına baxmayaraq, polisin qanuni tələbinə tabe olmuş və polis şöbəsinə getmişdir. Hazırda əməlindən peşmandır. Ona görə də məhkəmədən barəsində həbslə əlaqədar olmayan tənbeh verilməsini xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, Mingəçevir Şəhər Polis Şöbəsinin PPXB-nin polis nəfəri vəzifəsində işləyir. 05.02.2022-ci il tarixdə, saat 00:15 radələrində, polis nəfəri Sənan Süleymanlı ilə birlikdə xidmətdə olan zaman Mingəçevir şəhərinin V.Abdullayev küçəsində iki nəfər şəxsin mübahisə edərək ucadan səs-küy salaraq ünvansız, nalayiq ifadələr işlətdiyini görmüşlər. Onlar həmin şəxslərə yaxınlaşaraq onları nizam intizama dəvət etmiş, lakin onların zahiri görünüşündən sərxoş halda olduqlarını görüb Mingəçevir ŞPŞ-nə aparmışlar. Mingəçevir ŞPŞ-də həmin şəxslərin X3 və Şəxs olduqları məlum olmuşdur. Bununla bağlı onların barəsində inzibat xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Mingəçevir rayon Polis Şöbəsinin əməkdaşı X1 şahid X2 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etdi. İşə əlavə edilmiş inzibati xəta haqqında 05.02.2022-ci il tarixli MN ******* saylı protokoldan görünür ki, Şəxs 05.02.2022-ci il tarixdə, saat 00:15 radələrində Mingəçevir şəhərinin V.Abdullayev küçəsində ucadan səs-küy salaraq, ünvansız, nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. İşə əlavə edilmiş 05.02.2022-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 05.02.2022-ci il tarixdə saat 04:00-da inzibati qaydada tutulmuşdur. İşdə olan 05.02.2022-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi protokolundan görünür ki, Şəxs 0,80 pr. dərəcədə sərxoşluq vəziyyətində olmuşdur. Məhkəmə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda baxaraq, mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs 05.02.2022-ci il tarixdə, saat 00:15 radələrində Mingəçevir şəhərinin V.Abdullayev küçəsində ucadan səs-küy salaraq, ünvansız, nalayiq ifadələr işlədib ictimai qaydanı pozmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması özünün etirafı, habelə işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsini qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdiriən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən peşiman olması məsuliyyətini yüngülləşdirən, sərxoş halda olması isə məsuliyyətini ağırlaşdıran haldır. Belə ki, Azərbaycan Respublikası İXM-in 33.1.7-ci maddəsinə əsasən inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi məsuliyyəti ağırlaşdıran haldır. Məhkəmə, xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əməlindən peşman olmasını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində aşağı həddə həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM–in 35.1, 35.2, 40, 43, 48- 51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 4 (dörd ) gün müddətə inzibati qaydada həbs edilsin Həbsə almanın əvvəli 05 fevral 2022–ci il tarixdən saat 04:00-dan hesablansın. Qərarın icrası Mingəçevir Şəhər Polis Şöbəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar