Məhkəmə qərarları › İş №3(051)-98/2023

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-98/2023

16.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-98/2023 16.02.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Həsənli Cavid Qurban oğlunun katibliyi Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş X3, iştirakı ilə, X3 Mingəçevir şəhər polis şöbəsinin “İnzibati tənbeh vermə haqqında” MN ******* №li xx.xx.2022-ci il tarixli qərarından şikayətinə baxaraq M ü ə y y ə n e t d i m: X1 şəhər polis şöbəsinin “İnzibati tənbeh vermə haqqında” MN ******* №li xx.xx.2022-ci il tarixli qərarından şikayət vermişdir. Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş X6 şikayətini belə əsaslandırmışdır ki, barəsində İXM-nin 454-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolu və həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunması barədə polis şöbəsinin rəis müavini Azər Hüseynovun xx.xx.2022-ci il tarixli qərarını qanunsuz hesab edir. Belə ki, barəsində olan inzibati xəta haqqında protokol və cərimə olunması barədə qərar Mingəçevir şəhər İcra Hakimiyyətinin sifarişi əsasında tərtib edilərək inzibati qaydada cərimə olunmuşdur. O, küçə ticarəti ilə məşğul olmamışdır. Mülkiyyətində olan obyektin yerləşdiyi ərazidən istifadə etməyi küçə ticarəti kimi qiymətləndirilmişdir. Hazırda obyektdən o, istifadə etmir. Onun əməlində İXM-nin 454-cü maddəsinin tərkibi yoxdur. Ona görə də Mingəçevir şəhər polis şöbəsinin “İnzibati tənbeh vermə haqqında” MN ******* №li xx.xx.2022-ci il tarixli qərarının dəyişdirilərək işin icraatına xitam verilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş X6 məhkəmə iclasında izahatında şikayətin dəlillərini müdafiə etdi və bildirdi ki, barəsində olan inzibati xəta haqqında protokol və cərimə olunması barədə qərar Mingəçevir şəhər İcra Hakimiyyətinin sifarişi əsasında tərtib edilərək inzibati qaydada cərimə olunmuşdur. O, küçə ticarəti ilə məşğul olmamışdır. Mülkiyyətində olan obyektin yerləşdiyi ərazidən istifadə etməyi küçə ticarəti kimi qiymətləndirilmişdir. Hazırda obyektdən o, istifadə etmir. Həmin daşınmaz əmlakı icarə müqaviləsi əsasında X2 istifadəsinə vermişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq Mingəçevir şəhər polis Şöbəsi məhkəmə iclasında iştirak etmir, etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə orqanıniştirtakı olmadan baxılmasını mümkün sayır. İş materiallarını araşdırıb hesab edirəm ki, şikayət qismən təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati materiala əlavə olunmuş Mingəçevir şəhər polis şöbəsi İTB-nin polis sahə rəisi X7 tərəfindən tərtib edilmiş MN ******* №li xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilir ki, X6 İXM-nin 454-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati materiala əlavə olunmuş X3 Mingəçevir şəhər polis şöbəsində verdiyi xx.xx.2022-ci il tarixli izahatından görünür ki, o, “Asudə vaxt” kafesinin qarşısında boks aparatı qoymuş, popkorn, kartof və sair sataraq küçə ticarəti ilə məşğul olmuşdur. İnzibati materiala əlavə olunmuş Mingəçevir şəhər polis şöbəsinin “İnzibati tənbeh vermə haqqında” MN ******* №li xx.xx.2022-ci il tarixli qərarından görünür ki, X6 “Asudə vaxt” kafesinin qarşısında qanunsuz olaraq küçə ticarəti ilə məşğul olduğuna görə İXM-nin 454-cü maddəsinə əsasən 80 (səksən) manat cərimə olunmuşdur. İşdə olan xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli “Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin dövlət reyestrindən Çıxarış”dan görünür ki, Mingəçevir şəhəri, V.Hüseynov küçəsi,14B ünvanında yerləşən “Asudə vaxt” çay evi qida təhlükəsizliyi qeydiyyatına alınmışdır. İşdə olan xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən, sahəsi 107.97 kv.m olan daşınmaz əmlak üzərində mülkiyyət hüququ qeydiyyata alınmışdır. İşdə olan “Fiziki şəxsin Sahibkarlıq Uçotu” haqqında Şəhadətnamədən görünür ki, X6 (VÖEN **********) Vergilər Nazirliyində Vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. İşdə olan Daşınmaz Əmlakın İcbari Sığortası Şəhadətnaməsindən görünür ki, ünvan 2 ünvanında yerləşən, sahəsi 107.97 kv.m olan daşınmaz əmlak "xxxx" ASC tərəfindən sığorta olunmuşdur. İşdə olan xx.xx.2022-ci il tarixli İcarə müqaviləsindən görünür ki, X6 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən, sahəsi 107.97 kv.m olan daşınmaz əmlakı X4 icarəyə vermişdir. İşdə olan Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(051)-763/2022 saylı qərarından görünür ki, X3 şikayəti təmin olunmamış və Mingəçevir şəhər polis şöbəsinin “İnzibati tənbeh vermə haqqında” MN ******* №li xx.xx.2022-ci il tarixli inzibati qərarı dəyişdirilmədən saxlanmışdır. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(107)-5/2023 saylı qərarından görünür ki, X3 apelyasiya şikayəti qismən təmin edilmiş və Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(051)-763/2022 saylı qərarı ləğv edilmişdir. İş materiallarını araşdırıb hesab edirəm ki, şikayət qismən təmin olunmalı, X3 Azərbaycan Respublikası İXM-nin 454-cü maddəsinə əsasən 80 manat cərimə edilməsi barədə Mingəçevir şəhər polis şöbəsinin “İnzibati tənbeh vermə haqqında” MN ******* №li xx.xx.2022-ci il tarixli inzibati qərarı ləğv edilməli və iş yenidən araşdırılması üçün dir. Belə ki, Məhkəmə ilk olaraq İnzibati Xəta haqqında Protokolun tərtibi qaydası ilə bağlı qeyd edir ki, protokol tərtib edilərkən İXM-nin normalarına uyğun tərtib olunmamamışdır. Belə ki, həmin Məcəllənin 100-cü maddəsinə əsasən protokolun tərtibi qaydaları göstərilmişdir. İşdə olan MN ******* №li xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi və inzibati xətanın törədildiyi yer, vaxt dəqiq göstərilməmişdir. Beləliklə İXM-nin 100.1.3 və 100.1.4-cü maddələrinin tələbləri pozulmuşdur. Belə ki, protokolda hadisənin törədildiyi yer Heydər Əliyev prospekti Asudə vaxt kafesinin qarşısında qanunsuz olaraq küçə ticarəti ilə məşğul olduğu qeyd olunsa da, X3 mülkiyyətində olan daşınmaz əmlak ünvan 2 ünvanında yerləşir. Göründüyü kimi inzibati xəta haqqında protokolun tərtibatında yalnışlığa yol verilmiş, eyni zamanda protokolda qeyd edilən ünvanla çıxarışda qeyd edilən ünvanlar arasında ziddiyyətlər vardır. Odur ki, protokol tərtib olunarkən yuxarıda göstərilən hallar düzgün və ətraflı araşdırılmamışdır və şəxs barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunaraq 80 manat cərimə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: Azərbaycan Respublikası İXM-nin 454-cü maddəsinə əsasən qanunsuz küçə ticarəti, yəni müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin (xidmətlərin) görülməsinə görə - səksən manat məbləğində cərimə edilir. 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, məhkəmə hesab edir ki, X3 şikayəti qismən təmin edilməli, Mingəçevir şəhər polis şöbəsinin “İnzibati tənbeh vermə haqqında” MN ******* №li xx.xx.2022-ci il tarixli qərarı ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə Q Ə R A R A A L D İ: Şikayət qismən təmin edilsin. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 80 (səksən) manat məbləğində inzibati cərimə edilməsinə dair Mingəçevir şəhər polis şöbəsinin “İnzibati tənbeh vermə haqqında” MN ******* №li xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilsin. Qərardan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmənin hakimi Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar