Məhkəmə qərarları › İş №3(051)-99/2023

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-99/2023

22.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-99/2023 22.02.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir şəhər məhkəməsinin hakimi Kərimova Məhburə Kərim qızı, məhkəmə iclas katibi X2, Mingəçevir şəhər icra və probasiya Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1981-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Mingəçevir şəhər İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyənetdim: 4540.54 manat kredit borcu və dövlət rüsumu kimi ödənilmiş 65.4 manat alınaraq "xxxx" ASC-yə verilməli olması barədə Mingəçevir şəhər Məhkəməsinin e-2(051)-956/2022 №li xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Şəxs barəsində Mingəçevir şəhər icra və probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Şəxs həmin inzibati xətanı törətməkdə təqsirli olması icra məmurunun, özünün qismən etirafı və işdə olan sənədlərlə sübuta yetirilmişdir. Belə ki, inzibati materiala əlavə olunmuş Mingəçevir şəhər Məhkəməsinin e-2(051)- 956/2022 №li xx.xx.2022-ci il tarixli icra sənədindən görünür ki, 3846.1 manat əsas borc, 694.44 manat faiz borcu olmaqla, cəmi 4540.54 manat kredit borcu və dövlət rüsumu kimi ödənilmiş 65.4 manat cavabdeh Şəxs alınaraq iddiaçı "xxxx" ASC-yə verilməlidir. İcra vərəqəsi üzrə Mingəçevir şəhər icra və probasiya şöbəsində icra işi açılmışdır. Şəxs məhkəmə qətnaməsini könüllü icra etmək üçün icra məmuru tərəfindən təklif olunan müddətdə qətnaməni icra etməmişdir. Məhkəmə iclasında Mingəçevir şəhər icra və probasiya şöbəsinin icra məmuru X1 izahatında bildirdi ki, Mingəçevir şəhər Məhkəməsinin e-2(051)-956/2022 №li xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən 3846.1 manat əsas borc, 694.44 manat faiz borcu olmaqla, cəmi 4540.54 manat kredit borcu və dövlət rüsumu kimi ödənilmiş 65.4 manat cavabdeh Şəxs alınaraq iddiaçı "xxxx" ASC-yə verilməlidir. Şəxs icra sənədini icra etmə vəzifəsi və borcu ödəməməsinin hüquqi nəticələri izah olunmuşdur. Lakin Şəxs borcundan heç bir ödəniş etməmişdir. Hazırda isə Şəxs 4540.54 manat borcu vardır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən 3846.1 manat əsas borc, 694.44 manat faiz borcu olmaqla, cəmi 4540.54 manat kredit borcu və dövlət rüsumu kimi ödənilmiş 65.4 manat ondan alınaraq iddiaçı "xxxx" ASC-yə verilməlidir. Ancaq borcundan heç bir ödəniş etməmişdir. Daimi iş yeri yoxdur. Ona görə də hələlik borcunu ödəməyə imkanı yoxdur. İmkanı olandan sonra borcunu ödəyə bilər. Təqdim olunmuş sənədləri araşdırıb hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır və törətdiyi inzibati xətaya görə ona inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinin tələblərinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Şəxs törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq hesab edirəm ki, onun barəsində inzibati həbs tətbiq edilməsi İXM-nin 21-ci maddəsində göstərilən inzibati tənbehin məqsədlərini təmin edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128-130cu maddələrini rəhbər tutaraq qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 8 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs müddətinin əvvəli xx.xx.2023–cü il tarixdən saat 15:00-dan hesablansın. Şəxs məhkəmə iclas zalından həbs edilsin. Qərarın icrası Mingəçevir şəhər Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar