Məhkəmə qərarları › İş №3(051)-990/2023

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-990/2023

19.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-990/2023 19.12.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Nəzirov Elzamin Çingiz oğlunun katibliyi Mingəçevir ŞPŞ-nin İTB-nin polis sahə rəisi X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxxx 1989-cu il tarixdə Ağdam rayonu,Muradbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Ağdam rayonu,Muradbəyli kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Mingəçevir Şəhər Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 535.1-cü maddəsi ilə inzibati xəta haqqında protokol daxil olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Mingəçevir ŞPŞ-nin İTB-nin polis sahə rəisi X2 məhkəmə iclası zamanı oz izahatında bildirdi ki, o, 18 dekabr 2023-cü il tarixdə axşam vaxtı Şəxs DİN-in 102 xidmətinə zəng edərək intihar hadisəsinin olduğunu bildirmiş, odur ki, onlar həmin ünvanda olduqları zaman Şəxs heç bir səbəb olmadan sərxoş halda ünvansız nalayiq ifadələr işlətməyə başlamış,ictimai qaydanı sərxoş halda pozmuşdur, onu dəfələrlə nizam-intizama dəvət etsələr də, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Sonradan həmin şəxsi şöbəyə gətirmişlər və həmin şəxs barəsində AR İXM 535.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı verdiyi izahatda bildirdi ki, o, 18 dekabr 2023-cü ildə sərxoş vəziyyətdə bilmədən pəncərəni qırmış, daha sonra 102-yə özü zəng edərək polisə yalan məlumat vermişdir. Polislər onun ünvanına gəlmişlər, həmin vaxt yüngül sərxoşluğu olmuşdur, ancaq o, ictimai asayişi pozmamış və polis əməkdaşlarına qarşı hər hansı müqavimət göstərməmişdir. Polis əməkdaşlarının ilk tələbi ilə polis avtomobilinə əyləşərək polis şöbəsinə getmişdir. Sonradan bilmişdir ki, onu polis şöbəsinə polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmadığı əsası ilə gətirmişlər. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin izahatını, habelə digər iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardada görə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib olunmuş protokola aidiyyəti üzrə baxılması üçün Mingəçevir Şəhər Məhkəməsinə göndərilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 20:10 radələrində Şəxs ictimai asayişi sərxoş halda pozaraq, onu nizam intizama dəvət edən polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. xx.xx.2023-cü il tarixli inzibati qaydada tutuma haqqında protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmaması barədə inzibati xətanı törətdiyinə görə, inzibati xətaların qarşısını almaq məqsədi ilə xx.xx.2023-cü il tarixdə, saat 22:30–da inzibati qaydada tutulmuşdur. “Sərxoşluq vəziyyətini bütün növlərinin təyini məqsəd ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Şəxs yüngül dərəcəli sərxoşluq vəziyyətində olmuşdur. Belə ki, məhkəmə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda baxaraq mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, hazırki inzibati xəta haqqında iş üzrə icraatda barəsində protokol tərtib edilmiş şəxsin Azərbaycan Respublikası İXM-nin 535.1-maddsi ilə təqsirli olunması sübut olunmamışdır. Çünki baş vermiş hadisə ilə bağlı hər hansı kamera görüntüsü və ya mötəbər sübutlar məhkəməyə təqdim edilməmiş, habelə inzibati xətanın törədilməsini sübut edən şahidlərin izahatları alınmamışdır. İnzibati xəta haqqında materiala hər hansı bir mötəbər mənbədən əldə edilmiş sübut əlavə edilməmişdir. Göründüyü kimi əldə edilmiş sübutların mötəbərliyi şübhə doğurur və şəxsin təqsirli hesab edilməsinə kifayət etmir. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş inzibati xəta haqqında protokol, sərxoşluq vəziyyətini bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə barədə protokol, inzibati qaydada tutma barəsində protokol Şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2–ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3–cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 9.1. İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12. Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsini qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM–nin 53.1.2–ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 105.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işin icraata xitam verilməsi haqqında qərarın surəti barəsində belə qərar qəbul edilmiş şəxslərə və zərərçəkmiş şəxsə göndərilir. 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir; 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə bir daha öz mövqeyinə uyğun olaraq qeyd edir ki, barəsində protokol tərtib edilmiş şəxsin polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması barədə hazırki inzibati xəta haqqında iş üzrə icraatda barəsində protokol tərtib edilmiş şəxsin Azərbaycan Respublikası İXM-nin 535.1-maddəsi ilə təqsirli olunması sübut olunmamışdır.. Çünki baş vermiş hadisə ilə bağlı hər hansı kamera görüntüsü və ya mötəbər sübutlar məhkəməyə təqdim edilməmiş, habelə inzibati xətanın törədilməsini sübut edən şahidlərin izahatları alınmamışdır. İnzibati xəta haqqında materiala hər hansı bir mötəbər mənbədən əldə edilmiş sübut əlavə edilməmişdir. Bu da onu deməyə əsas verir ki, Şəxs əməlində əməlində Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinin tərkib əlamətlərin mövcudluğu istisna olunur. Bu səbəbdən məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından, Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən Şəxs barəsində olan inzibati xəta haqqında işə, əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar