Məhkəmə qərarları › İş №3(051)-992/2025

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-992/2025

12.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-992/2025 12.12.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, Abbasova Gülşən Elxan qızının katibliyi, Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru: X1, İcra sənədi üzrə borclu: Şəxs və müdafiəçisi Vəkil iştirakı ilə xx.xx.1957-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən pensiyaçı, Ağdaş rayon, Aşağı Qəsil kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM–in 528.1-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM–in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir ona görə ki, o, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(051)-2229/2019 saylı qətnaməsi ilə Zərərçəkmiş şəxs Mingəçevir şəhəri, Y.Muradov küçəsi 39 saylı evin, 27 saylı mənzilinə köçürülməsini nəzərdə tutan icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamış, qətnamənin tələblərinə məhəl qoymayaraq icra sənədini icra etməmişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək göstərdi ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(051)-2229/2019 saylı icra sənədinə əsasən iddiaçı Zərərçəkmiş şəxs Mingəçevir şəhəri, Y.Muradov küçəsi 39 saylı evin, 27 saylı mənzilinə köçürülməsi, ödənilmiş 10 manat dövlət rüsumunun cavabdeh Şəxs tutularaq iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Lakin borculuya dəfələrlə bildiriş və xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, o, qətnaməni icra etməyərək tələbkarın mənzilə köçürülməsinə imkan verməmişdir. Onun davranışı o nəticəyə gəlməyə əsas verir ki, o, icra məmurunun tələblərinə qəsdən tabe olmur. Ona görə də hazırki protokolla məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Protokolun dəlillərini müdafiə edir və borclu haqqında qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı borclu Şəxs izahatında göstərdi ki, bu işlə bağlı Goranboy rayon Məhkəməsinin xx.xx.1999-cu il tarixli qətnaməsi və Ali Məhkəmənin xx.xx.2006-cı il tarixli qərarı mövcuddur. Həmin qərarların icra olunmasını tələb edir. Belə ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(051)-2229/2019 saylı qətnaməsi həmin qərarlara ziddir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinin icrasının mümkünsüzlüyünü sübut edən faktları nəzərə alaraq inzibati xəta hqqında xitam verilməsi haqqında qərar çıxarılmasını məhkəmədən xahiş edir. Tələbkara məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(051)-2229/2019 saylı icra vərəqəsindən görünür ki, iddiaçı Zərərçəkmiş şəxs Mingəçevir şəhəri, Y.Muradov küçəsi 39 saylı evin, 27 saylı mənzilinə köçürülməsi, ödənilmiş 10 manat dövlət rüsumunun cavabdeh Şəxs tutularaq iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İşdə olan tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, borclu Şəxs Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(051)-2229/2019 saylı icra sənədi üzrə tələbi 10 gün ərzində könüllü qaydada icra etməyi tələb edilmiş, əks halda məsuliyyət daşıyacağı barədə ona xəbərdarlıq edilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli aktlardan görünür ki, Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmurları, iş üzrə tələbkar Zərərçəkmiş şəxs iştirakı ilə aktlar tərtib olunmuş, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(051)-2229/2019 saylı icra sənədinin icrası ilə əlaqədar xx.xx.2021-ci il tarixə təyin edilmiş icra tədbirində qeyd olunan ünvanda olmuşlar, lakin borcluya məlumat verilməsinə baxmayaraq, icra olunan vaxt icra yerinə gəlməmişdir. Ona dəfələrlə icra məmurunun çağırışına gəlməyi barədə məlumat verilsə də, icra sənədində qeyd olunan ünvana gəlməmişdir. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(051)-141/2024 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 500 manat inzibati cərimə edilməsi qərara alınmışdır. Beləliklə, icra orqanının nümayəndəsinin, borclunun izahatları, eləcə də icra işinin materialları ilə müəyyən edilir ki, icra sənədi üzrə borcu Qəribov X2 Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(051)-2229/2019 saylı qətnaməsi əsasında verilmiş icra sənədinin icrasından qəsdən boyun qaçırmış, bu zaman icra sənədində göstərilən tələbin yerinə yetirilməsini tələb edən Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da onun əməlində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi vardır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, icra məmuru tərəfindən Şəxs dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, yenə də icra sənədini icra etməməsi onun məsuliyyətini ağırlaşdıran haldır. Onun əməlində məsuliyyəti yüngülləşdirən hal müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-in 33.1.1-ci maddəsində səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirilməsi məsuliyyəti ağırlaşdıran hal kimi müəyyən olunmuşdur. Ona görə də məhkəmə hesab edir ki, Şəxsnın hərəkətlərində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddə üzrə inzibati xəta törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh tətbiq edilməlidir. Beləliklə, məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alaraq, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və o, 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar