Məhkəmə qərarları › İş №3(051)-993/2023

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-993/2023

23.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-993/2023 23.12.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva aynurə Nizami qızının katibliyi İnzibati xəta törətmiş şəxs: Şəxs Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.1987-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbayjan Respublikası İXM-in 343.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Məmmədov X1 şəhər Naxçıvan küçəsində xx.xx.2023-cü il tarixdə saat 17:30-da sərxoş vəziyyətdə idarə etdiyi VAZ-21074 markalı **-NB-*** nömrəli avtomobili ilə Zərərçəkmiş şəxs məxsus Fiat Fiorino markalı 90 LS-216 nömrəli avtomobili vuraraq maddi zərər vurmuşdur. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 343.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi özünün etirafı və işdə olan sənədlərlə tam təsdiq olunmuşdur. İnzibati xətanı törətmiş şəxs Şəxs məhkəmə iclası zamanı özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında tam təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat-17:30 radələrində Mingəçevir şəhər Naxçıvan küçəsi ilə Tərəvəzçilik sovxozu istiqamətində dostu Elşada məxsus “Vaz-21074” markalı **-NB-*** nömrəli avtomobili idarə edərək düzünə hərəkətdə olarkən evə tələsdiyi üçün qarşısında hərəkətdə olan digər iki avtomobili ötmək məqsədilə tək xətli üfüqi nişanlama xətinin tələbini pozaraq iki avtomobili ötərkən tam qarşıda C.Əliyev küçəsinin kəsişməsində “Fiat fıorino minik” markalı **-LS-*** nömrəli avtomobilin sola dönmə işığını yandırıb avtomobilin sürətini yavaşıdıb sola C.Əliyev küçəsinə sola döndüyünü gec görmüş, idarə etdiyi “Vaz- 21074” markalı **-NB-*** nömrəli avtomobilin tormoz əyləcindən istifadə edib saxlmağa çalışsa da saxlaya bilməyib “Fiat fıorino minik” markalı **-LS-*** nömrəli avtomobilin sol yan qabaq hissəsindən idarə etdiyi “Vaz-21074” markalı **-NB-*** nömrəli avtomobillə üzərinə getmişdir. Nəticədə, həmin avtomobilə maddi zərər dəymişdir. Hazırda əməlindən peşmandır və məhkəmədən ona daha yüngül inzibati tənbeh təyin edilməsini xahiş edir. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat-17:30 radələrində Mingəçevir şəhər Naxçıvan küçəsi ilə Tərəvəzçilik sovxozu istiqamətində ona məxsus “Fiat fıorino minik” markalı **- LS-*** nömrəli avtomobillə düzünə hərəkətdə olarkən C.Əliyev küçəsinin kəsişməsində idarə etdiyi “Fiat fıorino minik” markalı **-LS-*** nömrəli avtomobilin sola dönmə işığını yandırıb avtomobilin sürətini yavaşıdıb C.Əliyev küçəsinə keçmək məqsədilə sola dönən zaman arxadan gələn “Vaz-21074” markalı **-NB-*** nömrəli avtomobilin sürücüsü tək xətli üfüqi nişanlama xətin tələbini pozaraq qarşı hərəkət zolağına çıxıb bir neçə avtomobili ötüb qarşı hərəkət zolağında sol yan hissəsindən üzərinə gəlmişdir. Nəticədə idarə etdiyi “Fiat fıorino minik” markalı **-LS-*** nömrəli avtomobilin qabaq sol yan hissəsinə, qabaq sol qanadına, qapısına, sol arxa qapısına, alt karnizinə “Vaz- 21074” markalı **-NB-*** nömrəli avtomobilin qabaq sağ hissəsi, sağ qabaq qanadı, işıq cihazı, buferi, kapotu dəyərək toqquşmuşdur. Toqquşma zamanı heç kim xəsarət almamışdır. Odur ki, qərar qəbul edilərək ifadəsində göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş edir. İşə əlavə edilmiş inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli İXP ******* saylı protokoldan görünür ki, Məmmədov X1 şəhər Naxçıvan küçəsində xx.xx.2023-cü il tarixdə saat 17:30-da sərxoş vəziyyətdə idarə etdiyi VAZ-21074 markalı **-NB-*** nömrəli avtomobili ilə Zərərçəkmiş şəxs məxsus Fiat Fiorino markalı 90 LS-216 nömrəli avtomobili vuraraq maddi zərər vurmuşdur. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs spirtli içki qəbul etdiyini etiraf edir. İşə əlavə edilmiş nəqliyyat vasitələrinin təmirinə dair smetadan görünür ki, Fiat Fiorino markalı 90 LS-216 nömrəli avtomobilə 2040 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxsin izahatlarını, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Məmmədov X1 şəhər Naxçıvan küçəsində xx.xx.2023cü il tarixdə saat 17:30-da sərxoş vəziyyətdə idarə etdiyi VAZ-21074 markalı **-NB-*** nömrəli avtomobili ilə Zərərçəkmiş şəxs məxsus Fiat Fiorino markalı 90 LS-216 nömrəli avtomobili vuraraq maddi zərər vurmaqla, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması, özünün etirafedici izahatı, habelə işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdiriən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs səmimi peşmanlıq keçirməsini, ilk dəfə inzibati xəta törətməsini, vurulmuş zərərin bir qisminin əvəzinin könüllü surətdə ödənilməsini məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Beləliklə, məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, məsuliyyətini ağırlaşdıran halların olmamasını, məsuliyyətini yüngülləşdirən halların mövcudluğunu, nəzərə alaraq, Şəxs barəsində nəqliyyat vasitələrini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla əlavə, cərimə növündə isə əsas inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130cu maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 343.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib nəqliyyat vasitələrini idarə etmək hüququ 2 (iki) il müddətinə məhdudlaşdırılmaqla 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs tətbiq edilmiş inzibati cəriməni dərhal və ya bu qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə, tətbiq olunmuş cərimənin məbləğinin 10 faizi miqdarından azad edilsin. Təyin edilmiş inzibati cərimə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsinin 1 saylı Xəzinədarlıq İdarəsində olan hesabına köçürülsün. Qərarın icrası Mingəçevir Şəhər Polis Şöbəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar