Məhkəmə qərarları › İş №3(052)-1/2025

Naftalan Şəhər Məhkəməsi Qərar — İş №3(052)-1/2025

08.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naftalan şəhəri İş № 3(052)-1/2025 08.01.2025 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X4 Aydın oğlunun sədrliyi, İsmayılova Nüşabə Qaraş qızının katibliyi, Azərbaycan Respublikası Dövlət X2 Regional Reklam İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Dövlət X2 Regional Reklam İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Naftalan Şəhər Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Dövlət X2 Regional Reklam İdarəsinin baş müfəttişi X1 tərəfindən tərtib edilmiş 12 dekabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs tərəfindən xx.xx.2024-cü il, saat 12:10da açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verilən yazılı göstərişlər vaxtında və tam yerinə yetirilməmışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi Nümayəndə izahat verərək bildirdi ki, Şəxs “Azercell, Nar, Bakcell ” adlı obyektdə qanunsuz reklam yayımlamışdır. Belə ki, Şəxs xx.xx.2024-cü il tarixdə açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi barədə müraciət etmiş, lakin sonradan bununla bağlı qanunvericilikdə müəyyən edilmiş ödənişləri etməmişdir. Bundan sonra o, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq qeyd edilən məbləğlərin ödənilməsini həyata keçirməmişdir. Şəxs xx.xx.2024-cü il tarixli, 11-3-3/2-2119/2024 saylı açıq məkanda reklam yayımının həyata keçirilməsi ilə bağlı qanunvericiliyin tələblərinin pozulması hallarının aradan qaldırılması barədə yazılı göstəriş ünvanlanmış və 5 gün müddətində rəsmi icazənin alınması bildirilmişdir. Şəxs açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verilmiş yazılı göstərişi yerinə yetirmədiyindən barəsində inzibati xəta haqqında protokolun tərtib olunmasında iştirak etməsi üçün Azərbaycan Respublikası Dövlət X2 Regional Reklam İdarəsinə dəvət olunmasına baxmayaraq, iştirak etməmişdir. Bu səbəbdən idarə tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 428.7.3cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilənləri əsasən protokolun təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Şəxsnın iştirakı olmadan inzibati xəta haqqında işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 11-3-3/2-2119/2024 saylı açıq məkanda reklam yayımının həyata keçirilməsi ilə bağlı qanunvericiliyin tələblərinin pozulması hallarının aradan qaldırılması barədə Şəxs ünvanlanmış yazılı göstərişdən görünür ki, ünvan 1 “Azercell, Nar, Bakcell ” adlı obyektdə açıq məkanda yayımlanan reklamın (reklamların) yayımının dərhal dayandırılması və və yerləşdirilməsi üçün verilmiş xx.xx.2024-cü il tarixli İ**********0001, İ**********0002, İ**********0003 nömrəli icazələrdə nəzərdə tutulan yayım haqqının 5 gün müddətində ödənilməsi tələb olunmuş, bu tələblər yerinə yetirilmədikdə, tərəf reklam (reklamların) yayımının dayandırılması üçün zəruri tədbirlər görülməklə yanaşı, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün aidiyyəti məhkəməyə göndəriləcəyi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət X2 Regional Reklam İdarəsinin xx.xx.2024-cü il tarixli 11-3-3/2-2498/2024 nömrəli məktubundan görünür ki, Şəxs yazılı göstərişin alınmasından 5 gün müddət keçməsinə baxmayaraq qanunla müəyyən edilmiş yayım haqqını ödəmədiyindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunacağı və cəmiyyətin nümayəndəsinin protokolun tərtib edilməsində iştirak etməsi üçün dəvət olunmuşdur. İş materiallarına əlavə edilmiş Şəxs tərəfindən Azərbaycan Respublikası Dövlət X2 Regional Reklam İdarəsinə xx.xx.2024-cü il tarixdə daxil olmuş açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi barədə müraciətdən görünür ki, reklam yerləşdirilməsinə icazə verilməsi barədə sənədin vaxtı bitdiyi üçün 01 yanvar 2024-cü il tarixdən 12 ay müddətinə reklam yerləşdirilməsi üçün icazə sənədinin verilməsi üçün müraciət etmişdir. İş materiallarına əlavə edilmiş vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsinə dair portal çıxarışından görünür ki, Şəxs oğlu fiziki şəxs kimi (VÖEN:**********) qeydiyyatdadır. Azərbaycan Respublikası İXM-nin 17-ci maddəsində qeyd edilmişdir ki, Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. “Reklam haqqında” Azərbaycan Respublikasının Qanunu 26.1. Reklam birbaşa və ya reklam daşıyıcısı vasitəsilə torpaq sahələrində, bina, qurğu və digər tikililərin fasadlarında (divarlarında, hasarlarında), dam örtüklərində, bayıra ünvanlanmaqla qapıların, pəncərələrin (pəncərə altlıqlarının), vitrinlərin çöl və iç tərəflərində, habelə açıq məkanda olan avadanlıqlarda, avtomobil yollarının dayanacaqlarında və yeraltı keçidlərində, hava şarlarının, aerostat və dirijablların üzərində yerləşdirildiyi halda açıq məkanda reklam hesab olunur. 26.1-1. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş müvafiq reklam qurğularının tikintisinə və istismarına icazə tələb olunur. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində tikintisinə icazə tələb olunmayan reklam qurğularının quraşdırılması və sökülməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 26.2. Açıq məkanda reklam yerləşdirmək üçün reklam yayıcısı müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan icazə almalıdır. İcazə reklam yayıcısının tələbatına uyğun, lakin üç ildən artıq olmayan müddətə verilir. İcazənin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə və qaydada dövlət rüsumu tutulur. İcazə özündə, həmçinin reklama dair texniki şərtləri, açıq məkanda reklam yayımına görə haqqın və bu Qanunun 26.2-2.2-ci maddəsində nəzərdə tutulmuş məbləğin ödənilməsi ilə bağlı məsələləri əks etdirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi 428.7.3. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində (o cümlədən tikintisinə icazə tələb olunmayan açıq məkanda reklam qurğularının quraşdırılması və sökülməsi sahəsində) nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların (bu Məcəllənin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) vaxtında və tam yerinə yetirilməməsinə görə - fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. 31.2. Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs (VÖEN:**********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 1500 (bir min beş yüz) manat inzibati qaydada cərimə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar