Məhkəmə qərarları › İş №3(052)-10/2023

Naftalan Şəhər Məhkəməsi Qərar — İş №3(052)-10/2023

07.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naftalan şəhəri İş № 3(052)-10/2023 07.02.2023 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X4 Aydın oğlunun sədrliyi, İsmayılova Nüşabə Qaraş qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Naftalan Şəhər Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi Vəkil iştirakı ilə. xx.xx.1990-cı il tarixdə Şuşa rayonu Çaykənd kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, fərdi sahibkar, Goranboy rayonu, Yeni yaşayış massivi ev 7, mənzil 55-də yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Naftalan Şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Naftalan Şəhər Polis Şöbəsində tərtib edilmiş material baxılması üçün 07 fevral 2023-cü il tarixdə Naftalan Şəhər Məhkəməsinə göndərilmişdir. Naftalan Naftalan Şəhər Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X2 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, Şəxs xx.xx.2022-ci ildə saat 13:56 radələrində ünvan 1 ünvanında “Gold Naftalan” sanatoriyasının qarşısında avtomabilin içərisində Zərərçəkmiş şəxs sifət nahiyəsindən yumruqla vuraraq onu döymüşdür. Məhkəmə iclasında Naftalan Naftalan Şəhər Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X2 protokolu əsaslandıraraq bildirdi ki, Şəxs xx.xx.2022-ci ildə saat 13:56-da ünvan 1 ünvanında “Gold Naftalan” sanatoriyasının qarşısında avtomabilin içərisində Zərərçəkmiş şəxs yumruqla sifətinə vuraraq onu döymüşdür. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Odur ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək izahatında göstərdi ki, o, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs uzun illərdir tanıyır. Onunla dost münasibətləri olmuşdur. Bir neçə il əvvəl isə Zərərçəkmiş şəxs borc pul almış, hissə-hissə olmaq şərti ilə borclarını ödəmişdir. Daha sonra Zərərçəkmiş şəxs ona borcu olan şəxslər barəsində sosial şəbəkədə etmiş olduğu paylaşım səbəbindən aralarında mübahisə yaranmışdır. O da, Qocaya olan borcunu tam şəkildə ödəmək və onunla söhbət etmək məqsədi ilə onunla görüşmüşdür. Avtomobildə olarkən aralarında mübahisə yaranmış, bu zaman əsəbi olduğu üçün Qocanın üz nahiyəsinə iki dəfə şillə ilə vurmuşdur. Hazırda Zərərçəkmiş şəxs ilə barışmışlar və aralarında barışıq əldə olunmuşdur. Bu səbəbdən iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Şəxs müdafiəçisi Vəkil bildirdi ki, tərəflər hər ikisi sahibkar olmaqla, uzun illər yaxın dost münasibətlərində olmuşlar. Daha sonra isə aralarında baş vermiş anlaşılmazlıq səbəbindən mübahisə yaranmışdır. Hazırda zərəçəkmiş şəxs barəsində icraat aparılan şəxs Şəxs ilə barışmışdır. Odur ki, inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, Şəxs ilə uzun illər yaxın münasibətlərdə olmuş, aralarında ədavət və düşmənçilikləri olmamışdır. Bir neçə ilə əvvəl Elmirə müəyyən məbləğdə borc pul vermiş, Elmir də hissəhissə olmaq şərti ilə ona borcundan qaytarmışdır. Daha sonra ona borclu olan digər şəxslərə sözünü çatdırmaq üçün müəyyən paylaşım etmiş, Elmir isə həmin paylaşımın ona aid olduğunu zənn etmişdir. Bu səbəbdən aralarında mübahisə yaranmış və görüşməli olmuşlar. xx.xx.2022-ci il tarixdə “Gold Naftalan” sanatoriyasının qarşısında avtomobilin içərisində Elmir ilə söhbət edərkən, Elmir iki dəfə yumruqla onun sifət nahiyəsinə vurmuşdur. Hazırda Şəxs ilə barışaraq münasibətlərini bərpa etmişlər. Odur ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 30 dekabr 2022-ci il tarixli qəraradan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından, onun əməlində Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi olduğundan, qanuna müvafiq tədbir görülməsi üçün qərarın surəti Naftalan Şəhər Polis Şöbəsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 39-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. 53.0.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Beləliklə məhkəmə hesab edir ki, tərəflərin barışması nəzərə alınmaqla, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39 və 53.0.9-cu maddələri tətbiq edilərək o, inzibati məsuliyyətdən azad edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikasın İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ayaz Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar