Məhkəmə qərarları › İş №3(052)-10/2024

Naftalan Şəhər Məhkəməsi Qərar — İş №3(052)-10/2024

22.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naftalan şəhəri İş № 3(052)-10/2024 22.04.2024 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X10 Aydın oğlunun sədrliyi, İsmayılova Nüşabə Qaraş qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Naftalan Şəhər Polis X1 Bölməsinin rəisi, polis mayoru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Samı̇ r oğlunun iştirakı ilə. xx.xx.1999-cu il tarixdə Goranboy rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Goranboy rayonu, Qarasüleymanlı kəndində yaşayan olan Şəxs Samı̇ r oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Naftalan Şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Naftalan Şəhər Polis şöbəsindən Şəxs Samı̇ r oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı material 22 aprel 2024-cü il tarixdə baxılması üçün Naftalan Şəhər Məhkəməsinə göndərilmişdir. 20 aprel 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Samı̇ r oğlu 20 aprel 2024-cü il tarixdə polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Naftalan Şəhər Polis X1 Bölməsinin rəisi, polis mayoru X3 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək, Şəxs Samı̇ r oğlunun Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Samı̇ r oğlu özünü təqsirli bilərək ifadəsində qeyd etdi ki, 20 aprel 2024-cü il tarixdə rəsmi nikahda olduğu həyat yoldaşı Rahilə Məmmədova anası ilə aralarında olan mübahisəyə görə Naftalan şəhərində kirayədə yaşadığı mənzildə üzərinə benzin tökərək özünü yandırmış, xəstəxanada olarkən isə ölmüşdür. Hadisə ilə bağlı polis əməkdaşları onun yaşadığı Goranboy rayonu, Qarasüleymanlı kəndinə gəlmiş və onu şöbəyə dəvət etmişlər. Bu zaman əsəbi və hadisənin baş verməsi ilə bağlı həyacanlı olduğundan izahat vermək üçün polis şöbəsinə getməyəcəyini bildirmiş və polis əməkdaşları ilə mübahisə etmişdir. Bundan sonra polis əməkdaşları onu məcburi şəkildə şöbəyə aparmışlar. Əsəbi sakitləşdikdən sonra isə səhv etdiyini başa düşmüdür. Əməlindən peşmandır. Məhkəmədən barəsində yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Naftalan Şəhər Polis Şöbəsinin PPXT-nin polis nəfəri X6 ifadə verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə polis nəfəri Rahid Əliyev və polis serjantı Nicat Qurbanovla birlikdə Goranboy rayonu, Qarasüleymanlı kəndində yaşayan Şəxsun yaşadığı evə gedərək baş vermiş hadisə ilə əlaqədar izahatının alınması üçün ŞPŞ-yə dəvət edilmişdir . Bu zaman Şəxs Samı̇ r oğlu onlara qarşı qeyri-etik davranmış, heç yerə getməyəcəyini və hadisə ilə bağlı izahat verməyəcəyini bildirmişdir. Dəfələrlə iş üzrə zəruri olduğunu, onlarla birlikə şöbəyə getməsi üçün dəvət etsələrə də, Əjdər kobud şəkildə bundan imtina etmişdir. Bu səbəbdən Əjdər tərəflərindən məcburi qaydada şöbəyə gətirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Naftalan Şəhər Polis şöbəsinin PPXT-nin polis serjantı X4 digər şahid X5 ifadəsinin məzmununa oxşar ifadə verdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: 20 aprel 2024-cü il tarixli “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs Samı̇ r oğlu həmin tarixdə saat 02:20-də inzibati qaydada tutulmuşdur. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs Samı̇ r oğlunun İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi, özünün etirafedici izahatından başqa, araşdırılmış digər sübutlarla tam sübuta yetir. Belə ki, Şəxs Samı̇ r oğlunun xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması şahid izahatları və məhkəmə iclasında araşdırılan digər sübutlarla öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Samı̇ r oğlunun törətdiyi əməlini etiraf etməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Samı̇ r oğlunun əməlində Azərbaycan Respublikası İXM-in 33-cü maddəsində müəyyən edilmiş məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə, Şəxs Samı̇ r oğlu barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, şəxsiyyətini xarakterizə edən halları, təqsirin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır və hesab edir ki, Şəxs Samı̇ r oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməli, həbsetmənin əvvəli onun inzibati qaydada tutulduğu 20 aprel 2024-cü il tarixdən, saat 02:20-dən hesablanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Samı̇ r oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətə inzibati qaydada həbs edilsin. Həbsin əvvəli 20 aprel 2024-cü il, saat 02:20-dən hesablansın. Qərarın icrası Naftalan Şəhər Polis Şöbəsinə həvalə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayət verilə bilər. X11

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar