Azərbaycan Respublikası adından QƏRAR Naftalan şəhəri İş № 3(052)-11/2023 28.02.2023 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X4 Aydın oğlunun sədrliyi, İsmayılova Nüşabə Qaraş qızının katibliyi, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə. ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Goranboy rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Goranboy rayon prokurorluğu tərəfindən fiziki şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair icraatın başlanması haqqında qərar və inzibati material baxılması üçün Naftalan Şəhər Məhkəməsinə göndərilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, 10 noyabr 2022-ci il tarixdə Naftalan şəhər polis şöbəsindən rayon prokurorluğuna X1 montyor işləyən, 13 oktyaor 1963-cü il təvəllüdlü Zərərçəkmiş şəxs 02 noyabr 2022-ci tarixdə, saat 12 radələrində Naftalan şəhəri ərazisində telefon xəttində yaranmış nasazlığı aradan qaldırmaq üçün telefon dirəyinə çıxaraq əmək funksiyasını yerinə yetirən zaman hündürlükdən yıxılaraq xəsarət alması faktı ilə bağlı toplanmış material daxil olmuş və həmin material əsasında araşdırma aparılmışdır. Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Nəbiyev X2 şəhəri ərazisində iş saatında öz əmək funksiyasını yerinə yetirmək üçün telefon dirəyinə çıxmış, bir qədər sonra huşunu itirərək dirəkdən yerə yıxılmış və xəsarət almışdır. Zərərçəkmiş şəxs barəsində təyin edilmiş məhkəmə-tibbi ekspertizasının 09 dekabr 2022-ci il tarixli, 822 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsinə və tibbi sənədinə əsasən onun bədəni üzərində müəyyən edilmiş xəsarətlər - təpə nahiyəsinin küt travması, təpə nahiyəsinin çapılmış yarası bərk küt əşyanın(ların), o cümlədən, qərarın təsviri hissəsində göstərilmiş tarixə, yəni xx.xx.2022-ci il tarixdə boyundan hündür məsafədən yıxılma zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Məhkəmə təhlükəsizlik texnikası ekspertizasının 02 fevral 2023-cü il tarixli 10/8655 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, baş vermiş hadisə ilə əlaqədar “Regional filialın müvafiq şöbəsinin xətt qurğularının istismarı sektorunun müdirinin vəzifə təlimatı”nın 4.3, 4.10, 4.16 bəndlərinin, "Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası qaydaları”nın 14.1.5 bəndinin və “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik qaydaları’nın 16.5 bəndinin tələbləri pozulmuşdur ki, bu da hadisənin texniki və təşkilati səbəbləri olmuşdur. Naftalan şəhəri, Vaqif Quliyev küçəsində olan 22805 nömrəli abonentin telefon xəttində olan nasazlığın aradan qaldırılması üçün rabitə dayağında işlərin görülməsi zamanı qoruyucu kəmərdən istifadə olunması təmin edilmədiyinə görə, “Regional filialın müvafiq şöbəsinin xətt qurğularının istismarı sektorunun müdirinin vəzifə təlimatı”nın 4.3, 4.10, 4.16 bəndlərinin, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası qaydaları”nın 16.5 bəndinin tələbləri Naftalan şöbəsində xətt qurğularının istismarı sektorunun müdiri tərəfindən pozulmuşdur. İş üzrə təlimatlandırılmış və bilikləri yoxlanılmış X1 elektrik xətt montyoru vəzifəsində işləyən Zərərçəkmiş şəxs rabitə dayağında iş görən zaman qoruyucu kəmərdən istifadə etmədiyinə görə, "Elektrik qurğularının istismarında təhlükəsizlik qaydaları”nın 14.1.5 bəndinin və "Hündürlükdə iş zamanı texniki təhlükəsizlik qaydaları”nın 16.5 bəndinin tələbləri onun özü tərəfindən pozulmuşdur. Qeyd edilənlərə əsasən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin MARF-ın Naftalan şöbəsində xətt qurğularının istismarı sektorunun müdiri Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsinin tərkib əlamətlərinin olduğu müəyyən edilmişidir. Odur ki, inzibatı xəta haqqında iş üzrə icraat başlanılmış və aidiyyəti üzrə baxılmasından ötrü Naftalan Şəhər Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, baş vermiş hadisədə özünü təqsirli bilmir. Belə ki, ona rabitə xəttində yaranmış nasazlıq ilə bağlı məlumat verilmiş, o da Zərərçəkmiş şəxs təmir işi ilə bağlı təlimatlandırmışdır. Zərərçəkmiş şəxs dirəyin üzərinə qalxaraq təmir işləri aparan zaman huşunu itirərək yerə yıxılmış və xəsarət almışdır. Odur ki, baş vermiş hadisədə özünü təqsirli bilmir. Həmçinin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə məbləğini ödəməyə də maddi imkanı çatmayacaqdır. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla fiziki şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsində təqsirli olması öz təsdiqini tapmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertizası və Patoloji Anatomiya birliyi publik hüquqi şəxsi tərəfindən verilmiş 11 noyabr 2022-ci il tarixli, 822 saylı rəydə qeyd edilmişdir ki, vətəndaş Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsinə və tibbi sənədinə əsasən onun bədəni üzərində müəyyən edilmiş xəsarətlər – təpə nahiyəsinin küt travması, təpə nahiyəsinin çapılmış yarası bərk küt əşyanın (ların), o cümlədən qərarın təsviri hissəsində göstərilmiş tarixdə, yəni xx.xx.2022ci il tarixdə boyundan hündür məsafədə yıxılma zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 02 fevral 2023-cü il tarixli, 10/8655 nömrəli rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, baş vermiş hadisə ilə əlaqədar “Regional filialın müvafiq şöbəsinin xətt qurğularının istismarı sektorunun müdirinin vəzifə təlimatı”nın 4.3, 4.10, 4.16 bəndlərinin, "Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası qaydaları”nın 14.1.5 bəndinin və “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik qaydaları’nın 16.5 bəndinin tələbləri pozulmuşdur ki, bu da hadisənin texniki və təşkilati səbəbləri olmuşdur. Naftalan şəhəri, Vaqif Quliyev küçəsində olan 22805 nömrəli abonentin telefon xəttində olan nasazlığın aradan qaldırılması üçün rabitə dayağında işlərin görülməsi zamanı qoruyucu kəmərdən istifadə olunması təmin edilmədiyinə görə, “Regional filialın müvafiq şöbəsinin xətt qurğularının istismarı sektorunun müdirinin vəzifə təlimatı”nın 4.3, 4.10, 4.16 bəndlərinin, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası qaydaları”nın 16.5 bəndinin tələbləri Naftalan şöbəsində xətt qurğularının istismarı sektorunun müdiri tərəfindən pozulmuşdur. İş üzrə təlimatlandırılmış və bilikləri yoxlanılmış X1 elektrik xətt montyoru vəzifəsində işləyən Zərərçəkmiş şəxs rabitə dayağında iş görən zaman qoruyucu kəmərdən istifadə etmədiyinə görə, "Elektrik qurğularının istismarında təhlükəsizlik qaydaları”nın 14.1.5 bəndinin və "Hündürlükdə iş zamanı texniki təhlükəsizlik qaydaları”nın 16.5 bəndinin tələbləri onun özü tərəfindən pozulmuşdur. İş materiallarında olan "xxxx" MMC X3 Filialının Naftalan şöbəsi tərəfindən verilmiş 9 fevral 2023-cü il tarixli, 21 nömrəli məktubunda qeyd edilmişdir ki, şöbənin Rabitə sahəsi üzrə mühəndisi Şəxs 01 sentyabr 2021-ci il tarixdən Xətt qurğularının istismarı sektorunun müdiri vəzifəsini icra edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Eyni Məcəllənin 198.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə — min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 1000 (min) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Naftalan Şəhər İcra və Probasiya şöbəsinə tapşırılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ayaz Səlimov
Məhkəmə qərarları › İş №3(052)-11/2023
Naftalan Şəhər Məhkəməsi Qərar — İş №3(052)-11/2023
28.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver