Azərbaycan Respublikası adından QƏRARDAD Naftalan şəhəri İş № 3(052)-11/2025 14.03.2025 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naftalan Şəhər Məhkəməsinin hakimi X2, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında protokolu və ona əlavə edilmiş sənədləri məhkəmə iclasında baxmağa hazırlayarkən, MÜƏYYƏN ETDİM: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İXM-nin 389-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında Naftalan şəhər Statistika İdarəsinin rəisi X1 tərəfindən tərtib edilmiş protokol baxılması üçün Naftalan Şəhər Məhkəməsinə daxil olmuşdur. Daxil olmuş inzibati xəta haqqında materialı araşdıraraq hesab edirəm ki, inzibati xəta haqqında iş aidiyyətı üzrə baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında iş onun yaşadığı yer üzrə baxıla bilər. “AzeMis” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş məlumatdan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi ünvanı ünvan 2lik formasında törədildiyi üçün işə qanunvericiliklə hüquqi şəxsin üzərinə düşən öhdəliyi icra etməli olduğu yer üzrə baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır Qeyd olunanlarla bağlı hesab edirəm ki, inzibati xəta haqqında protokolun Naftalan Şəhər Məhkəməsində baxılması üçün hüquqi əsaslar olmadığından aidiyyətı üzrə baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Naftalan şəhər Statistika İdarəsinin rəisi X1 tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İXM-nin 389-cu maddəsi ilə toplanmış inzibati xəta haqqında material aidiyyəti üzrə baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilsin. X5
Məhkəmə qərarları › İş №3(052)-11/2025
Naftalan Şəhər Məhkəməsi Qərardad — İş №3(052)-11/2025
14.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver