Azərbaycan Respublikası adından QƏRAR Naftalan şəhəri İş № 3(052)-13/2024 16.05.2024 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X10 Aydın oğlunun sədrliyi, İsmayılova Nüşabə Qaraş qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Naftalan Şəhər Polis X7 X6 Avtomabil X1 və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə, xx.xx.2008-ci ildə doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Naftalan şəhəri, Habil Əliyev küçəsi ev 30, mənzil 40-da yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Naftalan Şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Naftalan Şəhər Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli protokol və ona əlavə edilmiş materialdan görünür ki, xx.xx.2024-cu ıl tarixdə saat 21:20 radələrində Naftalan şəhəri, H.Z.Tağıyev küçəsində yetkinlik yaşına çatmayan və suruculuk vəsiqəsi olmayan Şəxs Yasın oğlu atası X4 etibarnamə əsasında idarə etdiyi Mersedes Benz C230 markalı, **-CP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2024-cü il tarixdə saat 21:20 radələrində "giriş qadağandır” yol nişanının tələbini pozaraq birtərəfli yolun əks istiqaməti ilə hərəkət etmiş, idarəetməni itirərək nəqliyyat vasitəsini Naftalan şəhəri, H.Z.Tağıyev küçəsində yolun kənarındakı bordürə vurarar yol nəqliyyat hadisəsi törətmiş, hadisə zamanı Şəxs özü yüngül bədən xəsarət alınıs, həmçinin yolun kənarında olan 2 ədəd şar adlanan həmişəyaşıl ağacın yararsız vəziyyətə gətirilməsinə səbəb olmuşdur. Bu səbəbdən Şəxs barəsində İXM-in 332.4-cü maddəsi ilə İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Naftalan şəhər Polis Şöbəsinin müfəttişi X5 protokolu onun məzmununa uyğun əsaslandıraraq, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə dindirilən barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat 21:10 radələrində atası Qurbanov Yasinlə olarkən atası içkili olduğu üçün maşını onun sürməsini istəmişdir. O da, atasının sözündən çıxmamışdır. Nizamı küçəsi ilə hərəkətdə olduqları vaxt yol polis əməkdaşlarının avtomobilinə görmüş və atası bu barədə ona demişdir. Bu zaman o, özünü itirmiş və yolla əks istiqamətli hərəkət edərək yolayrıcından sağa dönüb qayıtmaq istəyərkən maşını döndərə bilməmiş və yolun kənarındakı bördürə çırpmışdır. Bu zaman avtomobil müəyyən qədər əzilmiş və yolun kənarında olan iki ədəd ağac zədələnmişdir. Əməlindən səmimi peşmandır. Məhkəmədən barəsində yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024cü il tarixli qərardan görünür ki, Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş, barəsində Azərbaycan Respublikası İXM-nin 327.2, 332.2 və 332.4-cü maddələri ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul olunmuş qərarın surətinin aidiyyəti üzrə Naftalan Şəhər Polis Şöbəsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və şəxsin özünün etirafedici izahatı ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sanksiyasında beş yüz manat məbləğində cərimə və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tənbehləri nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. İş materiallarında olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Şəxs xx.xx.2008-ci il tarixdə anadan olmuşdur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı, 32.1.2-ci maddəsinə əsasən inzibati xətanın yetkinlik yaşına çatmayan tərəfindən törədilməsi məsuliyyəti yüngülləşdirən hallar hesab edilir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 33-cü maddəsində müəyyən edilmiş məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən halların olmasını, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ayaz Səlimov
Məhkəmə qərarları › İş №3(052)-13/2024
Naftalan Şəhər Məhkəməsi Qərar — İş №3(052)-13/2024
16.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver