Məhkəmə qərarları › İş №3(052)-13/2025

Naftalan Şəhər Məhkəməsi Qərar — İş №3(052)-13/2025

04.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naftalan şəhəri İş № 3(052)-13/2025 04.04.2025 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X9 Aydın oğlunun sədrliyi, İsmayılova Nüşabə Qaraş qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Naftalan şəhəri Yol patrul xidməti baş inspektoru, polis leytenantı X2 və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1979-cu ildə Goranboy rayonu Sovetkənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işsiz, orta təhsilli, Goranboy rayonu Abbasqulular kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Naftalan şəhər polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Naftalan şəhər polis şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli protokol və ona əlavə edilmiş materialdan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 14:40 radələrində Naftalan şəhəri, Qarabağ prospekti ilə İ.Həsənzadə küçəsinin kəsişməsində dörd yol ayrıcında Şəxs sürücülük vəsiqəsi olmadan ayıq vəziyyətdə idarə etdiyi VAZ 2106 markalı **-BE-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə Naftalan şəhəri, İ.Həsənzadə küçəsindən Goranboy rayonu, Səfikürd kəndi istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək onunla əks istiqamətli yolda sola dönmə işığını yandıraraq dayanıqlı vəziyyətdə olan X3 ayıq vəziyyətdə AC 249476 nömrəli, B kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə etdiyi VAZ 2109 markalı, **-KM-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin qabaq hissəsi ilə toqquşmuşdur. Hadisə nəticəsində **-KM-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə 900 manat dəyərində maddi ziyan dəymişdir. Araşdırma nəticəsində yol-nəqliyyat hadisəsinin Şəxs sürücülük vəsiqəsi olmadan idarə etdiyi VAZ 2106 markalı, **-BE-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə manevr etmə qaydalarını pozaraq onun təqsiri nəticəsində baş verməsi, həmçinin toqquşma yerinin qarşı nəqliyyat vasitəsinin hərəkət zolağında olması müəyyən edilmişdir. Bu səbəbdən Şəxs barəsində İXM-in 332.4-cü maddəsi ilə İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Naftalan şəhəri Yol patrul xidməti baş inspektoru polis leytenantı X4 protokolu onun məzmununa uyğun əsaslandıraraq, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs bildirdi ki, o, xx.xx.2025-ci il tarixdə saat 14:40 radələrində Naftalan şəhəri, Qarabağ prospekti ilə İ.Həsənzadə küçəsinin kəsişməsində dörd yol ayrıcında sürücülük vəsiqəsi olmadan idarə etdiyi VAZ 2106 markalı **-BE-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə Naftalan şəhəri, İ.Həsənzadə küçəsindən Goranboy rayonu, Səfikürd kəndi istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək, əyləc sistemində nasazlıq olduğundan onunla əks istiqamətli yolda sola dönmə işığını yandıraraq dayanıqlı vəziyyətdə olan X3 idarə etdiyi VAZ 2109 markalı, **-KM-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin qabaq hissəsi ilə toqquşmuşdur. Hadisə nəticəsində **-KM-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə 900 manat dəyərində maddi ziyan dəymişdir. Əməlindən səmimi peşmandır. Məhkəmədən barəsində yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin tərkibi olduğundan barəsində inzibati xəta haqqında iş üzrə icraat açılması məqsədilə qərarın surəti aidiyyəti üzrə Naftalan ŞPŞ-ə verilməsi qərara alınmışdır. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, X1 ŞPŞ-yə ərizə ilə müraciət edərək, nəqliyyat vasitəsinə dəymiş maddi zərərin Şəxs tərəfindən tamlıqla ödənildiyini, heç bir şikayət və tələbi olmadığı bildirmiş, ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və şəxsin özünün etirafedici izahatı ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sanksiyasında beş yüz manat məbləğində cərimə və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tənbehləri nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı törədilməsi məsuliyyəti yüngülləşdirən hallar hesab edilir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 33-cü maddəsində müəyyən edilmiş məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən halların olmasını, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X10

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar