Azərbaycan Respublikası adından QƏRAR Naftalan şəhəri İş № 3(052)-16/2023 28.03.2023 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X10 Aydın oğlunun sədrliyi, İsmayılova Nüşabə Qaraş qızının katibliyi, Goranboy Rayon prokurorluğunun böyük müstəntiqi X4 iştirakı ilə. Şəxs MMC-nin (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Goranboy Rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Goranboy Rayon prokurorluğunda qəbul edilmiş inzibati xəta haqqında qərar və ona əlavə edilmiş sənədlər baxılması üçün Naftalan Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəməyə təqdim olunmuş Goranboy rayon prokuroru, ədliyyə müşaviri Kamran Məmmədovun 03 mart 2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarından görünür ki, Şəxs MMC-nin nəzdində olan X8 Nafalan sanatoriyasının həkimi X3 “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 49-1-ci maddəsində nəzərdə tutulmuş qaydada sertifikasiyadan keçmədən praktik tibb fəaliyyətinə buraxılmışdır. Məhkəmə iclasında Goranboy Rayon prokurorluğunun böyük müstəntiqi X6 qərarı əsaslandıraraq bildirdi ki, 03 fevral 2023-cü il tarixdə saat 02:50-də Naftalan Şəhər Polis Şöbəsinin növbətci hissəsindən Goranboy Rayon prokurorluğuna Sabirabad rayonu Narlıq kənd sakini xx.xx.1951-ci il təvəllüdlü X1 Naftalan şəhərində yerləşən X8 Nafalan sanatoriyasında qəflətən ölməsi barədə məlumat daxil olmuş və həmin məlumat araşdırılma aparılması üçün rayon prokurorluğuna göndərilmişdir. Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, X1 ölümünə səbəb ürək əzələsinin hipertrofiyası və distrofiyası nəticəsində əmələ gələn kəskin ürək-damar çatışmamazlığı olmuşdur. Odur ki, X1 ölməsi faktı ilə bağlı hər hansı şəxsin əməlində cinayət tərkibinin olması müəyyən edilmədiyindən 03 mart 2023-cü il tarixdə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa araşdırılma zamanı müəyyən edilmişdir ki, X9 Company” MMC-nin həkimi X3 “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 49-1-ci maddəsində nəzərdə tutulmuş qaydada sertifikasiyadan keçmədən praktik tibb fəaliyyətinə buraxılmışdır. Odur ki, Şəxs MMC-in Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçün toplanmış materiallar məhkəməyə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Şəxs MMC-in nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş Goranboy rayon prokuroru, ədliyyə müşaviri Kamran Məmmədovun 03 mart 2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarından görünür ki, ünvan 1 ünvanında yerləşən Şəxs MMC-i barəsində Azərbaycan Respublikası İXM-in 215.4-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. İş materiallarına əlavə edilmiş Goranboy Rayon Prokurorluğunun böyük müstəntiqi, İİ dərəcəli hüquqşünas Babək Əliyev tərəfindən qəbul edilmiş 03 mart 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, hər hansı şəxsin əməlində cinayət tərkibinin olması müəyyən edilmədiyindən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs MMC-i barəsində Azərbaycan Respublikası İXM-in 215.4-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq inzibati tənbeh tədbirləri görülməsi üçün qərarın aidiyyət üzrə Naftalan Şəhər Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş X2 Goranboy Rayon prokurorluğuna verdiyi xx.xx.2023-cü il tarixli izahatından görünür ki, 2020-ci ildən hal-hazıra kimi Şəxs MMC -də həkim-terapevt vəzifəsində işləyir. Hal-hazıradək işlədiyi yerlərdə tələb olunmadığı üçün sertifikasıyadan keçməmişdir. Şəxs MMC-in rəhbərliyi tərəfindən yaxın müddətdə sertifikasiyadan keçməsi üçün Səhiyyə Nazirliyinə müraciət edilmişdir. Məhkəmə qeyd edir ki, məhkəmə iclasında tədqiq edilmiş Goranboy rayon prokurorunun nümayəndəsinin izahatı, inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar və ona əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin fəaliyyət göstərdiyi müəssisədə çalışan işçi qanunvericilikdə müəyyən edilmiş qaydada sertifikasiyadan keçmədən praktik tibbi fəaliyyətə cəlb olunmuşdur. Bununla da hüquqi şəxs Azərbaycan Respublikası İXM-nin 215.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinə əsasən, qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə - vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 6000 (altı min) manat cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ayaz Səlimov
Məhkəmə qərarları › İş №3(052)-16/2023
Naftalan Şəhər Məhkəməsi Qərar — İş №3(052)-16/2023
28.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver