Azərbaycan Respublikası adından QƏRAR Naftalan şəhəri İş № 3(052)-16/2025 18.04.2025 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X10 Aydın oğlunun sədrliyi, İsmayılova Nüşabə Qaraş qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Naftalan şəhəri Yol patrul xidməti baş inspektoru, polis leytenant X1 və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1958-ci ildə Tərtər rayonu Borsunlu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, təqaüdçü, Naftalan Şəhər Kommunal X2 Briqada başçısı vəzifəsində işləyən, Naftalan şəhəri KTİB-in yataqxanasında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Naftalan şəhər polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Naftalan şəhər polis şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli protokol və ona əlavə edilmiş materialdan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 10:20 radələrində Naftalan şəhəri, Heydər Əliyev prospektində Şəxs “Yol hərəkəti haqqında" qanuna əsasən motosiklet idarə etmək üçün A kateqoriyalı sürücülük vəsiqəsi olmalı olduğu halda həmin kateqoriya olmadan BD109919 nömrəli, B1, B, C1, C kateqoriyalı sürücülük vəsiqəsi əsasında, ayıq vəziyyətdə idarə etdiyi Lifan markalı, 46-A-004 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə həmin prospektdə yerləşən yanacaqdoldurma məntəqəsindən yolun hərəkət istiqamətinin əksinə hərəkət edərək əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə qaydalarını pozaraq Naftalan şəhəri, H.Əliyev prospekti ilə Goranboy rayonu, Qızılhacılı qəsəbəsi istiqamətində hərəkətdə olan X5 BD072654 nömrəli, B1, B, C1, C, D1, D, BE, C1E, CE kateqoriyalı sürücülük vəsiqəsi əsasında, ayıq vəsiyyətdə idarə etdiyi “Mercedes E200 CDİ minik” markalı, **-CP-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin sol yan qabaq hissəsi ilə toqquşmuşdur. Hadisə nəticəsində mütəxəssis arayışına əsasən **-CP-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə 1500 manat dəyərində maddi ziyan dəymiş, həmçinin Şəxs ekspert rəyinə əsasən sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər almışdır. Bu səbəbdən Şəxs barəsində İXM-in 332.4-cü maddəsi ilə İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Naftalan şəhəri Yol patrul xidməti baş inspektoru polis leytenantı X3 protokolu onun məzmununa uyğun əsaslandıraraq, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs bildirdi ki, Naftalan Şəhər Kommunal X2 Briqada başçısı vəzifəsində işləyir. xx.xx.2025-ci il tarixdə briqadir işlədiyi Naftalan şəhər KTİB-nin balansında olan və onun adına təhkim olunmuş 46-A-004 dövlət nömrə nişanlı, Lifan markalı nəqliyyat vasitəsi ilə Naftalan şəhəri, H.Əliyev prospektində yerləşən yanacaqdoldurma məntəqəsinin yaxınlığının alaq otlarını yığdıqdan sonra yolun digər tərəfinə keçərək orada olan alaq otlarını təmizləmək istəyərkən Goranboy rayonu, Qızılhacılı qəsəbəsi istiqamətində yolun hərəkət hissəsinə əks istiqamətdə hərəkət etməklə yolayırıcından yolun digər hərəkət hissəsinə keçmək istəmişdir. Yolayırıcında işıqforun yaşıl işığının yanılı olmasına baxmayaraq, həmin yolda hərəkətdə olan nəqliyyat vasitəsinə fikir vermədən hərəkətini davam etdirdikdə anidən idarə etdiyi motosikletin yük yeri həmin yolda hərəkətdə olan Mercedes markalı nəqliyyat vasitəsinin sol qabaq hissəsi ilə toqquşmuşdur. Hadisə nəticəsində o, motosikletdən yerə yıxılmış və qabırğası zədələnmışdır. Onun B, Bİ, C, C1 kateqoriyalı sürücülük vəsiqəsi olsa da, motosikleti idarə etmək üçün kateqoriyası yoxdur. Əməlindən səmimi peşmandır. Məhkəmədən barəsində yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, xx.xx.2025-ci il tarixdə Naftalan şəhəri, Heydər Əliyev prospektində baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı toplanmış material üzrə Şəxs və hər hansı şəxsin əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 332.4-cü maddələrinin tərkibi olduğundan barəsində inzibati xəta haqqında iş üzrə icraat açılması və hadisənin İcbari Sığorta Bürosunun elektron sisteminə işlənilməsi məqsədilə qərarın surəti aidiyyəti üzrə Naftalan ŞPŞ-ə verilməsi qərara alınmışdır. İş materiallarında olan Avto servis (X8 VÖEN **********) tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 07 nömrəli arayışdan görünür ki, X5 etibarnamə əsasında idarə etdiyi **-CP-*** dövlət nömrə nişanlı avtomaşına müəssisənin ustası X4 tərəfindən baxış keçirilmiş və dəymiş ziyanın 700 manat, usta pulunun isə 800 manat olması müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və şəxsin özünün etirafedici izahatı ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sanksiyasında beş yüz manat məbləğində cərimə və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tənbehləri nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı törədilməsi məsuliyyəti yüngülləşdirən hallar hesab edilir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 33-cü maddəsində müəyyən edilmiş məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən halların olmasını, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X12
Məhkəmə qərarları › İş №3(052)-16/2025
Naftalan Şəhər Məhkəməsi Qərar — İş №3(052)-16/2025
18.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver