Azərbaycan Respublikası adından QƏRAR Naftalan şəhəri İş № 3(052)-17/2024 15.07.2024 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X7 Aydın oğlunun sədrliyi, İsmayılova Nüşabə Qaraş qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Naftalan Şəhər Polis X1 Bölməsinin rəisi, polis mayoru X2, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə. xx.xx.1995-ci ildə Goranboy rayonu Xanqərvənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Goranboy rayonu Xanqərvənd kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə Naftalan Şəhər Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Naftalan Şəhər Polis Şöbəsində tərtib olunmuş inzibati xəta haqqında material baxılması üçün 15 iyul 2024-ci il tarixdə Naftalan Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə həyat yoldaşı Zərərçəkmiş şəxs döyərək dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Naftalan Şəhər Polis X1 Bölməsinin rəisi, polis mayoru X3 izahat verərək bildirdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə həyat yoldaşı Zərərçəkmiş şəxs şadlıq evinin qarşısında vuraraq, ona dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Bu fakt üzrə təhqiqat araşdırması aparılmış və onun əməlində cinayət tərkibi olmadığına görə cinayət işinin başlanması rədd edilmişdir. Lakin, Şəxsnın əməlində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin əlamətləri olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərtib edilmiş protokolda özünü təqsirli bilərək qeyd ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. Onlar 2022-ci ildən evlidirlər və həmin evlilikdən 1 nəfər övladları olmuşdur. Onun əvvəllər Aygünlə münasibətləri normal olmuş, aralarında hər hansı problem olmamışdır. xx.xx.2024-cü il tarixdə Naftalan şəhərində yerləşən "Ay Ulduz" restoranında toy məclisində olmuşlar. Toy məclisində olarkən Aygünün qohumları gəlib övladlarını qucaqlayıb öpmüşlər. O isə bunun uşağa ziyan olduğunu bildirmiş, əsəbləşərək Aygünə uşağı heç kimə verməməsini demişdir. Bundan sonra o, uşağı çölə çıxarıb gəzdirmək istəmiş, həmin vaxt Aygün də onunla birlikdə gəlmışdir. Restoranın qarşısında olarkən onların arasında yenidən mübahisə yaranmışdır. Belə ki, o, Aygünə bir daha uşağı heç kimə verməməsini söyləmış, Aygün isə ona nalayiq formada cavab vermış və onu təhqir etmişdir. Bu zaman o, əsəblərini saxlaya bilməmiş və Aygünü başından itələmişdir. Həmin vaxt Aygünün xalası oğlu Elnur onların mübahisəsini görüb onlara yaxınlaşmışdır. Bundan sonra o, övladını götürərək oradan ayrılmışdır. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, Şəxs onun əridir. Onlar artıq iki ildir evlidirlər. Evlilikdən bir nəfər övladları vardır. Qismət ilə aralarında ipoteka ilə aldıqları evin sənədləşməsi ilə bağlı bir müddətdir söz-söhbətləri olmuşdur. Belə ki, həmin ev Qismətin qardaşının adına alındığından, qardaşı Qismətin evi Qismətin adına qaytarmamışdır. Bundan sonra münasibətləri pisləşməyə başlamış, Qismət mütəmadi olaraq onu və ailə üzvlərini söyməyə başlamışdır. xx.xx.2024-cü il tarixdə Naftalan şəhərində yerləşən "Ay Ulduz" restoranında yaxın qohumunun toy məclisində Qismət ilə birlikdə iştirak etmişlər. Həmin vaxt qohumları uşağa yaxınlaşdıqda Qismət narazılıq etmiş, uşağı həmin şəxslərin qucaqlarına götürməsinə etiraz etmişdir. Bundan sonra uşağı yatızdırmaq üçün restoranın qarşısına çıxmış, Qismət də onun arxası ilə çölə çıxmışdır. Orada olarkən Qismət "mənim uşağımı həçkimə vermə, uşağı götürüb gedəcəm” demiş və onun ailə üzvlərinin ünvanına söyüşlər söyməyə başlamışdır. Bu zaman xalası oğlu Elnur onların mübahisəsini görmüş və oraya yaxınlaşmışdır. Bu zaman Qismət yumruqla onun gicgah nahiyyəsinə bir dəfə vurmuş və başını zədələmişdir. Daha sonra Qismət uşağı qucağına götürərək oradan ayrılmışdır. Hazırda Qismət ilə barışmamışdır. Məhkəmədən Qismətin həbs edilməsini xahiş etdi. İş materiallarında olan xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış HK1-157 nömrəli material üzrə Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işi başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan, həmin maddə ilə inzibati xəta haqqında iş üzrə icraat açılması məqsədi ilə qərarın surətinin Naftalan Şəhər Polis Şöbəsinə verilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertizası və X4 X6 xx.xx.2024-cü il tarixli, 514 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsinə əsasən onun bədəni üzərində müəyyən edilmiş xəsarət (lər) - sağ gicgah nahiyəsinin qançırı KÜT əşyanın(ların) o cümlədən qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixə, yəni xx.xx.2024-cü il tarixdə yumruqla vurulma zamanı əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Məhkəmə, inzibati xəta haqqında tərtib edilmiş protokolu və ona əlavə edilmiş sənədləri tədqiq edib, proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması tam sübuta yetirilir. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinməli, həmin maddənin sanksiyası çərçivəsində barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi əməli etiraf etməsini və himayəsində bir nəfər azyaşlı uşağının olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə iclasında Şəxs məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin nüvafiq maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 400 (dörd yüz) manat miqdarında inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X8
Məhkəmə qərarları › İş №3(052)-17/2024
Naftalan Şəhər Məhkəməsi Qərar — İş №3(052)-17/2024
15.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver