Məhkəmə qərarları › İş №3(052)-17/2025

Naftalan Şəhər Məhkəməsi Qərar — İş №3(052)-17/2025

01.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naftalan şəhəri İş № 3(052)-17/2025 01.05.2025 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X16 Aydın oğlunun sədrliyi, İsmayılova Nüşabə Qaraş qızının katibliyi ilə. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə Goranboy rayon prokurorluğundan daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Goranboy Rayon Prokurorluğunda başlanılmış inzibati xəta haqqında iş üzrə icraat materialı baxılması üçün Naftalan Şəhər Məhkəməsinə göndərilmişdir. Goranboy rayon prokuroru X9 tərəfindən qəbul edilmiş “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” 16 aprel 2025-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. 16 aprel 2025-ci il tarixli “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərar onunla əsaslandırılmışdır ki, hüquqi şəxs " Şəxs xeyrinə və onun maraqlarının qorunması üçün onu təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxsi - direktoru X1 şəhəri, İ.Həsənzadə küçəsi ev 19 mənzil 40 ünvanında fəaliyyət göstərən tibb kursunda 2024-cü ilin oktyabr ayından 2025-ci ilin yanvar ayınadək X5 və 2022-ci ilin avqust ayından 2025-ci ilin yanvar ayınadək X6 Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən müvafiq olaraq təlimçi və admınistrator fəaliyyətinin yerinə yetirilməsinə cəlb etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq Goranboy rayon prokurorluğunun və barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında materialı nəzərdən keçirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş olması tam sübuta yetirilmişdir. İş materiallarında olan: Goranboy rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala əlavə edilmiş X10 tərəfindən verilmiş izahatdan görünür ki, 2024-cü ilin oktyabr ayından 2025-ci ilin yanvar ayınadək Naftalan şəhərində yerləşən "X18Tədris Mərkəzi" MMC-də tibb sahəsi üzrə təşkil olunmuş kurslarda müəllim kimi çalışmış, orada ilkin tibbi yardım üzrə dərslər tədris etmişdir. Orada işlədiyi müddətdə əməkhaqqı aylıq 360 manat olmuşdur. MMC-nin rəhbəri Rövlanə xanım işlədiyi dövr ərzində onunla əmək müqaviləsi bağlamadığı üçün o, həmin kursdakı işindən ayrılmışdır. Belə ki, o, işə qəbul olunanda Rövlanə xanımdan əmək müqaviləsi bağlanılmasını istəsə də, sonuncu onunla tezliklə əmək müqaviləsi bağlanacağını demişdir. Goranboy rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala əlavə edilmiş X11 tərəfindən verilmiş izahatdan görünür ki, 2021-ci ildən Naftalan şəhərində yerləşən Rövlanə Heydərovanın təsisçisi olduğu "X18-Tədris Mərkəzi" MMC-də administrator kimi işləyir. Onlar Rövlana ilə birlikdə "X18-Tədris Mərkəzi" MMC-nı qurmuş, Rövlana rəhbər, o, isə həmin MMC-də administrator kimi çalışmaqdadır. Kursları tibbi sahəsi üzrə müracəitə edən şəxslərə kurs keçirir və yekunda həmin şəxslərə diplomlar təqdim olunur. Kursun tədris müddəti 1 illik olmaqla, aylıq 80 manat qarşılığında həyata keçirilir. Dərslər həftənin 1, 3 və 5-cü günləri saat 13:00-dan 90 dəqiqə olmaqla keçirilir. Dərslər daimi olaraq Aygün müəllim tərəfindən tədris olunur. Belə ki, Aygün xanım kursun daimi işçisidir. Ondan başqa isə bəzi vaxtlarda kursa gəlib Elyar müəllim tərəfindən də, şagirdlərə dərslər tədris olunur. Onunla MMC ilə arasında əmək müqaviləsi bağlanmamışdır. Goranboy rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala əlavə edilmiş sənədlərə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli 25-1-2-2-417-2233-1 saylı protokoldan görünür ki, “X2 Sistemi”ndən X7 məxsus FİN 3B4WJV4 üzrə əldə edilmiş əmək müqaviləsi məlumatlarına əsasən Aygün Bəkirova ilə “X18 Tədris Mərkəzi” MMC arasında əmək müqaviləsi bağlanmamışdır. “X2 Sistemi”ndən X8 məxsus FİN 1EKK7PG üzrə əldə edilmiş əmək müqaviləsi məlumatlarına əsasən Vəfa Xudiyeva ilə “X18 Tədris Mərkəzi” MMC arasında xx.xx.2025ci il tarixdə bağlanmış müddətsiz əmək müqaviləsi hal-hazırda qüvvədə deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9-cu maddəsində qeyd edilmişdir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Eyni Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan və inzibati məsuliyyətə səbəb olan əməl inzibati xəta hesab olunur. Eyni Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 20.000 (iyirmi min) manat məbləğində cərimə edilsin. Qərarın icrası Naftalan şəhər İcra və probasiya şöbəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. X17

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar