Azərbaycan Respublikası adından QƏRAR Naftalan şəhəri İş № 3(052)-18/2024 06.08.2024 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X8 Aydın oğlunun sədrliyi, Əmrahov Elnur Qayım oğlunun katibliyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X1” X4 nümayəndəsi Nümayəndə1, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC nümayəndəsi (direktoru) Nümayəndə2 iştirakları ilə. Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X1” X6 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Naftalan Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş 11 iyul 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, 11 iyul 2024-cü il tarixdə saat 10:20-də Naftalan şəhəri, İ.Nəsimi küçəsi 5A ünvanda yerləşən Şəxs MMC-yə məxsus müəssisədə planlı yoxlama zamanı sertifikatsız tibb fəaliyyəti (fizioterapiya üzrə tibb bacısı X3 və s.) və lisenziyadan kənar iş və fəaliyyət – (USM terapevtik) aşkar edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə2 izahat verərək bildirdi ki, törədilmiş inzibati xətanı qəbul edir. Belə ki, Şəxs MMC-yə məxsus sanatoriyada həqiqətən də, qeyd edilən pozuntular aşkar edilmişdir. Lakin buna səbəb Naftalan şəhərində olan kadr çatışmazlığıdır. Həmçinin USM cihazından istifadə üçün lisenziyaları olmasa da, hazırda bununla bağlı müraciət etmiş və yaxın zamanda onlara lisenziya təqdim olunacaqdır. Odur ki, məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X1” X4 nümayəndəsi Nümayəndə1 izahat verərək bildirdi ki, 11 iyul 2024-cü il tarixdə Şəxs MMCyə məxsus sanatoriyada planlı yoxlama keçirilmiş, yoxlama zamanı sanatoriyada sertifikatsız tibb fəaliyyəti ilə məşğul olma, həmçinin lisenziyadan kənar iş və fəaliyyət - USM və terapevtik fəaliyyətin olması aşkar edilmişdir. Belə ki, X2 adlı şəxs ilə USM üzrə həkim kimi rəsmi əmək müqaviləsi bağlanması və həmin şəxs sanatoriyada USM fəaliyyəti ilə məşğul olmasına baxmayaraq, sanatoriyanın qeyd edilən fəaliyyətlə məşğul olması üçün lazımı lisenziyası olmamışdır. Həmçinin müəyyən olunmuşdur ki, X3 əmək müqaviləsi üzrə fizioterapiya üzrə tibb bacısı kimi müəssisədə fəaliyyət göstərsə də, sertifikasiyadan keçməmişdir. Qeyd edilən məsələlər qanun pozsuntusu olduğu üçün müvafiq inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə orqanın nümayəndəsinin izahatını dinləyib, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, Şəxs MMC tərəfindən İXM-in 215.1 və 215.4-cü maddələrində nəzərdə tutulan inzibati xətaların törədilmiş olması tam sübuta yetirilmişdir. İş materiallarına əlavə edilmiş 21 iyun 2024-cü il tarixli 3-28-1/3-2-693/2024 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X1 tərəfindən planlı (növbəti) yoxlamanın keçirilməsi haqqında qərardan görünür ki, Şəxs MMC-də planlı (növbəti) yoxlama aparılması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş 11 iyul 2024-cü il tarixli 425 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X1 özəl tibb müəssisənin planlı (növbəti) yoxlama aktından görünür ki, Şəxs MMC-də Naftalan şəhəri, İ.Nəsimi küçəsi 5A ünvanda yerləşən müəssisədə planlı (növbəti) yoxlama aparılmışdır. Yoxlama zamanı müəssisədə çalışan tibb işçilərinin əksəriyyətinin tibbi sertifikasiya şəhadətnaməsindən keçmədən praktiki tibbi fəaliyyətlə məşğul olması, eləcə də müəssisənin lisenziyasında göstərilən işlərdən kənar iş və fəaliyyət aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyindən “X1” X6nə daxil olmuş Şəxs MMC-yə dair məlumat cədvəlindən görünür ki, həmin hüquqi şəxsin fəaliyyət göstərdiyi Naftalan şəhəri, İ.Nəsimi küçəsi 5A ünvanda yerləşən müəssisəsində kardioloji, fizioterapevtik, uroloji, klinik və klinik-biokimyəvi ixtisas növləri üzrə tibbi fəaliyyətlə məşğul olmağa icazə verilmişdir. İş materiallarına əlavə edilmiş Əmək Müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, xx.xx.2024-cü il tarixdə Şəxs MMC ilə X2 arasında USM üzrə həkim vəzifəsi üzrə əlavə iş yeri olması barədə müddətli əmək müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsinə əsasən, tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinə əsasən, qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə - vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Odur ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, həmin Məcəllənin 215.1-ci maddəsinin sanksiyasına əsasən 6000 (altı min) manat məbləğində cərimə edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, həmin Məcəllənin 215.1-ci maddəsinin sanksiyasına əsasən 6000 (altı min) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. X9
Məhkəmə qərarları › İş №3(052)-18/2024
Naftalan Şəhər Məhkəməsi Qərar — İş №3(052)-18/2024
06.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver