Azərbaycan Respublikası adından QƏRAR Naftalan şəhəri İş № 3(052)-19/2023 04.04.2023 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X4 Aydın oğlunun sədrliyi, İsmayılova Nüşabə Qaraş qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Naftalan Şəhər Polis Şöbəsinin İTBnin polis sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə. xx.xx.1978-ci il tarixdə Ağcabədi rayonu Hindarx kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Ağcabədi rayonu Hindarx kəndində qeydiyyatda olan, Naftalan şəhəri, V.Quliyev küçəsində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Naftalan Şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Naftalan Şəhər Polis Şöbəsində toplanmış material baxılması üçün Naftalan Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Naftalan Şəhər Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X2 tərəfindən tərtib edilmiş 04 aprel 2023-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat təxminən 23:00 radələrində Zərərçəkmiş şəxs məxsus avtomabilin təkərlərini və şüşəsini Naftalan şəhəri V.Quliyev küçəsində qəsdən zədələmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Naftalan Şəhər Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X2 protokolu əsaslandıraraq bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs məxsus olan Naftalan şəhəri, A.Zeynalov küçəsi 18 saylı fərdi yaşayış evinin qarşısında park edilmiş vəziyyətdə olan Opel markalı, **-BX- *** dövlət nömrə nişanlı avtomobilin təkərlərini partlatmış və maşının ön şüşəsini sındırmışdır. Hadisə nəticəsində Zərərçəkmiş şəxs 150 (yüz əlli) manat məbləğində maddi ziyan dəymişdir. Zərər çəkmiş şəxsin müraciəti əsasında araşdırma aparılmış və Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinin tərkibini yaratdığından inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahat verərək bildirdi ki, zərəçəkmiş şəxsə dəymiş maddi ziyanı ödəmək fikrindədir. Lakin hazırda maddi vəziyyəti buna imkan vermir. Əgər zərəçəkmiş şəxs ona müəyyən qədər vaxt verərsə, dəymiş ziyanı tam şəkildə ödəyəcəkdir. Qeyd edilənləri nəzərə alaraq, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, uzun müddət keçməsinə baxmyaraq Şəxs ona dəymiş maddi ziyanı ödəməmişdir. Bu səbəbdən onunla barışmamışdır və dəymiş ziyanı tələb edir. Odur ki, Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ərizəsi əsasında toplanmış material üzrə Şəxs əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, onun əməlində İXM-nin 232-1-ci maddəsinin tərkib əlaməti olduğundan qərarın surəti Naftlan Şəhər Polis Şöbəsinə göndərilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafedici izahatı ilə yanaşı, zərər çəkmiş şəxsin izahatı, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, vurulmuş ziyanın bir misli miqdarında, yəni 150 (yüz əlli) manat məbləğində cərimə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ayaz Səlimov
Məhkəmə qərarları › İş №3(052)-19/2023
Naftalan Şəhər Məhkəməsi Qərar — İş №3(052)-19/2023
04.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver