Azərbaycan Respublikası adından QƏRAR Naftalan şəhəri İş № 3(052)-19/2025 01.05.2025 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X13 Aydın oğlunun sədrliyi, İsmayılova Nüşabə Qaraş qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Naftalan şəhər polis şöbəsinin İTB-nin polis sahə rəisi X5, zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə. xx.xx.1969-cü il tarixdə anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Naftalan şəhəri, Ş.Qurbanov küçəsi ev 03, mənzil 52-da qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Naftalan şəhər polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Naftalan şəhər polis şöbəsində tərtib edilmiş material baxılması üçün Naftalan Şəhər Məhkəməsinə göndərilmişdir. Naftalan şəhər polis şöbəsinin İTB-nin polis sahə rəisi X8 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 11:30 radələrində X3 döymüşdür. Məhkəmə iclasında Naftalan şəhər polis şöbəsinin İTB-nin polis sahə rəisi X8 protokolu əsaslandıraraq bildirdi ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 11:30 radələrində aralarında baş vermiş şəxsi münasibətlər zəminində X3 döymüşdür. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Odur ki, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, övladı X10 ilə Xalidə Vəliyevanın qeyri-rəsmi münasibəti olmuşdur. Xalidə münasibətləri olduğu müddətdə Səidə telefon aldırmış və onun pullarını mənimsəmişdir. Xalidə kredit yolu ilə alınmış telefonun aylıq ödənişlərini ödəmədiyi üçün şirkət Səidi məhkəməyə vermişdir. Bu səbəbdən o, xx.xx.2025-ci il tarixdə saat 11:30 radələrində Xalidənin yaşadığı mənzilə gəlmiş və onu qapıya çağırmışdır. Xalidə isə telefonu verməmış və pulu da ödəməyəcəyini bildirmişdir. Daha sonra Xalidə əl atıb onun sinəsini cırmış, boynunda olan qızıl boyunbağısını klonu ilə birlikdə qoparmışdır. O isə cavabında Xalidəni yaxasından ayalamaq üçün itələmişdir. X1 ilə barışmışlar, aralarında heç bir mübahisə qalmamışdır. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 izahat verərək bildirdi ki, Hazırda Şəxs ilə barışmışlar, aralarında heç bir mübahisə qalmamışdır. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 15 aprel 2025-ci il tarixli qərardan görünür ki, toplanmış HK1-80 nömrəli material üzrə X4 və Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi olduğundan, həmin maddə ilə inzibati xəta haqqında iş üzrə icraat açılması məqsədilə qərarın surəti aidiyyəti üzrə Naftalan ŞPŞ-ə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7 X12 167 nömrəli, xx.xx.2025-ci il tarixli «canlı şəxsin ekspertizası» rəyindən görünür ki, Şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlərin - döş qəfəsinin sıyrığı və qançırı küt əşyanın, o cümlədən qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə, yəni xx.xx.2025-ci il tarixdə kənar şəxs tərəfindən əllə yumruqla vurulma zamanı əmələ gələ bilməsi, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən olması qeyd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 39-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. 53.0.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Beləliklə məhkəmə hesab edir ki, tərəflərin barışması nəzərə alınmaqla, Şəxs məsuliyyətdən azad edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikasın İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X14
Məhkəmə qərarları › İş №3(052)-19/2025
Naftalan Şəhər Məhkəməsi Qərar — İş №3(052)-19/2025
01.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver