Azərbaycan Respublikası adından QƏRAR Naftalan şəhəri İş № 3(052)-20/2023 05.04.2023 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X11 Aydın oğlunun sədrliyi, İsmayılova Nüşabə Qaraş qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Naftalan Şəhər Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1983-ci il tarixdə Naftalan şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əməklə məşğul olan, Naftalan şəhəri İ.Həsənzadə küçəsi ev 26, mənzil 21-də yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Naftalan Şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Naftalan Şəhər Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün 05 aprel 2023-cü il tarixdə Naftalan Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Naftalan Şəhər Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X4 tərəfindən tərtib edilmiş 05 aprel 2023-cü il tarixli MN ******* nömrəli və 05 aprel 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokollar və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs 01 aprel 2023-cü tarixdə saat 17:00 radələrində Naftalan şəhəri Nizami küçəsində yerləşən Polis Şöbəsinin inzibati binasının həyətində ictimai qaydanı pozaraq xırda xuliqanlıq etmiş, həmçinin bu zaman polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında səlahiyyətli orqanın nümayəndəsi X4 protokolları əsaslandıraraq Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında qeyd etdi ki, həyat yoldaşı X6 Polis Şöbəsinə müraciət edərək onun yaşadıqları evdən 600 manat pulunu oğurladığını bildirmişdir. Lakin əslində o heç bir oğurluq hərəkəti törətməmişdir. Yaşadığı evdən özlərinə məxsus olan ümumi pulu götürmüşdür. Şikayətlə bağlı X7 çağırılmış, şöbənin qarşısında olarkən əsəbi olduğu üçün uca səslə nalayiq ifadələr işlətmişdir. Polis əməkdaşları onu nizam-intizama dəvət etsələr də, o, polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Əməlindən peşmandır. Odur ki, məhkəmədən nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Naftalan ŞPŞ-nin Post-patrul xidmətinin taqım komandiri X3 izahat verərək bildirdi ki, 01 aprel 2023-cü tarixdə saat 17:00 radələrində Şəxs barəsində olan şikayətin araşdırılması üçün X7 dəvət edilmişdir. Ruslan şöbənin qarşısında olarkən şöbəyə dəvət edilməsindən narazı olduğu üçün əsəbi şəkildə buna öz narazılığını bildirmişdir. Daha sonra ailə üzvlərinin şikayəti əsasında şöbəyə çağırıldığını ona dedikdə Ruslan daha da əsəbləşərək ünvansız nalayiq söyüşlər söyməyə başlamışdır. Onu nizam-intizama dəvət etsələr də, heç bir nəticəsi olmamış və o, polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Naftalan ŞPŞ-nin əməkdaşı X5 şahid X1 izahatına oxşar məzmunlu izahat verərək sonuncunun dediklərini təsdiq etdi. Beləliklə məhkəmə iclasında Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafedici izahatı ilə yanaşı, şahidlərin izahatı, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrinin tərkib əlaməti olduğundan qərarın surəti Naftlan Şəhər Polis Şöbəsinin İTB-nə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinərək, barəsində həmin Məcəllənin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 08 (səkkiz) gün müddətə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbsin əvvəli 05 aprel 2023-cü il, saat 17:20-dən hesablansın. Qərarın icrası Naftalan Şəhər Polis Şöbəsinə həvalə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ayaz Səlimov
Məhkəmə qərarları › İş №3(052)-20/2023
Naftalan Şəhər Məhkəməsi Qərar — İş №3(052)-20/2023
05.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver