Məhkəmə qərarları › İş №3(052)-21/2023

Naftalan Şəhər Məhkəməsi Qərar — İş №3(052)-21/2023

12.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naftalan şəhəri İş № 3(052)-21/2023 12.04.2023 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X7 Aydın oğlunun sədrliyi, İsmayılova Nüşabə Qaraş qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X3 və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1986-cı ildə Naftalan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Naftalan şəhəri, H.Əliyev küçəsi ev 30, mənzil 47-də qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Naftalan Şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Naftalan Şəhər Polis Şöbəsindən daxil olmuş materialdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 10:30 radələrində Naftalan şəhəri, H.Əliyev prospektində yolların kəsişməsində Şəxs sürücülük vəsiqəsi və nəqliyyat vəsitəsini idarə etmək üçün etibarnaməsi olmadan idarə etdiyi VAZ 21063 markalı, **-VR-*** dövlət nömrə nişanlı avtomobil ilə hərəkətdə olan zaman, yol nişanının tələblərini pozaraq X1 idarə etdiyi “OPEL OMEGA” markalı, **-BA-*** dövlət qeydiyyat nömrə nişanli avtomobil ilə toqquşmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı VAZ 21063 markalı, **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs barəsində İXM-nin 332.4-cü maddələri ilə İXP ******* saylı inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X4 protokolu əsaslandıraraq təmin edilməsini və qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs özünü inzibati xətanın törədilməsində tam təqsirli bilərək qeyd etdi ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 10:30 radələrində Naftalan şəhəri, H.Əliyev prospektində yolların kəsişməsində idarə etdiyi VAZ 21063 markalı, **-VR-*** dövlət nömrə nişanlı avtomobil ilə hərəkətdə olan zaman, yol nişanının tələblərini pozaraq X1 idarə etdiyi “OPEL OMEGA” markalı, **-BA-*** dövlət qeydiyyat nömrə nişanli avtomobil ilə toqquşmuş, nəticədə qarşı tərəfin avtomobilini zədələmişdir. Hadisə zamanı onun nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi və etibarnaməsi olmamışdır. Lakin zərərşəkmiş şəxs X2 dəymiş maddi ziyanı tam şəkildə ödəmişdir. Əməlindən səmimi peşmandır. Barəsində cərimə növündə tənbeh tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş, barəsində Azərbaycan Respublikası İXM-nin 327.2 və 332.4-cü maddələri ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul olunmuş qərarın surətinin aidiyyəti üzrə Naftalan Şəhər Polis Şöbəsinin DYPQ-na göndərilməsi qərara alınmışdır. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sanksiyasında dörd yüz manat məbləğində cərimə və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tənbehləri nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsində müəyyən edilmiş məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 400 (dörd yüz) manat cərimə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (onun) gün müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ayaz Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar