Azərbaycan Respublikası adından QƏRAR Naftalan şəhəri İş № 3(052)-21/2024 27.08.2024 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X7 Aydın oğlunun sədrliyi, İsmayılova Nüşabə Qaraş qızının katibliyi ilə. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X2” X5 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Naftalan Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş 01 avqust 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, 01 avqust 2024-cü il tarixdə saat 17:30-da Naftalan şəhəri, İ.Nəsimi küçəsi 05 ünvanda yerləşən Şəxsnə məxsus özəl tibb sanator-kurort müəssisində keçirilən planlı yoxlama zamanı lisenziyadan kənar kosmetoloji işi üzrə fəaliyyət və sertifikatsız özəl tibb praktiki fəaliyyəti ilə məşğul olma (X3 və sairələri) faktları aşkar edilmişdir. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə və protokol tərtib etmiş səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, Şəxs tərəfindən İXM-in 215.1 və 215.4-cü maddələrində nəzərdə tutulan inzibati xətaların törədilmiş olması tam sübuta yetirilmişdir. İş materiallarına əlavə edilmiş 16 iyul 2024-cü il tarixli 3-28-1/3-2-785/2024 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X2 tərəfindən qəbul edilmiş planlı (növbəti) yoxlamanın keçirilməsi haqqında qərardan görünür ki, Şəxsndə planlı (növbəti) yoxlama aparılması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş 31 iyul 2024-cü il tarixli 459 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X2 özəl tibb müəssisənin planlı (növbəti) yoxlama aktından görünür ki, Şəxs-də Naftalan şəhəri, İ.Nəsimi küçəsi 05 ünvanda yerləşən müəssisədə planlı (növbəti) yoxlama aparılmışdır. Yoxlama zamanı müəssisədə çalışan tibb işçilərinin əksəriyyətinin (X3 və.s) tibbi sertifikasiya şəhadətnaməsindən keçmədən praktiki tibbi fəaliyyətlə məşğul olması, eləcə də müəssisənin lisenziyasında göstərilən işlərdən kənar iş və fəaliyyət aşkar edilmişdir. Müəsissədə “kosmetoloji iş” üzrə fəaliyyət üçün şərait yaradılmış, “kosmetoloji iş”i əmək müqaviləsində tibb bacısı təhsil üzrə kasmotoloji kurs bitirmiş X1 icra etdiyi aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş 01 aprel 2019-cü il tarixli, El 233/2019/1 nömrəli lisenziyanın əlavəsindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş 01 aprel 2019-cü il tarixli, El- 233/2019/1 nömrəli lisenziya əsasında Şəxsnə fəaliyyət göstərdiyi Naftalan şəhəri, İ.Nəsimi küçəsi 05 ünvanda yerləşən müəssisəsində özəl tibb fəaliyyətinin terapiya, terapevtik, kardiologiya, kardioloji, fizioterapiya, fizioterapektiv, şua diaqnostikası, ulturasəs müayinəsi, labaratoriya, klinik sanator kurort tibbi xidməti üzrə işlər görülməsində icazə verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsinə əsasən, tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinə əsasən, qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə - vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Odur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, həmin Məcəllənin 215.1-ci maddəsinin sanksiyasına əsasən 6000 (altı min) manat məbləğində cərimə edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, həmin Məcəllənin 215.1-ci maddəsinin sanksiyasına əsasən 6000 (altı min) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X8
Məhkəmə qərarları › İş №3(052)-21/2024
Naftalan Şəhər Məhkəməsi Qərar — İş №3(052)-21/2024
27.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver