Azərbaycan Respublikası adından QƏRAR Naftalan şəhəri İş № 3(052)-21/2025 22.05.2025 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X15 Aydın oğlunun sədrliyi, İsmayılova Nüşabə Qaraş qızının katibliyi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Nüvə və X2 üzrə Dövlət Agentliyinin nümayəndəsi X5 iştirakları ilə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Nüvə və X2 üzrə Dövlət Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvinə dair X6 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Nüvə və X2 üzrə Dövlət Agentliyinin xx.xx.2025-ci il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 268.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 3000 (üç min) manat cərimə edilmişdir. Qərardan narazı qalan X1 Şəhər Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin № ******* nömrəli inzibati xəta haqqında qərarına əsasən Naftalan Şəhər Mərkəzi Xəstəxanasında Azərbaycan Respublikası Prezidentinin xx.xx.1998-ci il tarixli №758 nömrəli Fərmanının 3-cü bəndinin tələblərini pozaraq Azərbaycan Respublikası İXM-in 268.0.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyi üçün 3000 (üç min) manat məbləğində cərimə olunmuşdur. Radiasiya təhlükəsizliyinin müayinəsi ilə bağlı icraat qanun pozuntularına yol verilməsilə aparılmışdır. Belə ki, xx.xx.2025-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Nüvə və X2 üzrə Dövlət Agentliyinin NRFN şöbəsi tərəfindən onun direktor olduğu Naftalan Şəhər Mərkəzi Xəstəxanasında radiasiya təhlükəsizliyi barədə yoxlama aparılmış, xüsusi icazə və müvafiq sənədlərin mövcud olmaması, fəaliyyətin düzgün həyata keçirilməməsi əsasları ilə rəis müavini X14 tərəfindən № ******* nömrəli inzibati xəta haqqında qərar qəbul edilmişdir. Qeyd olunmalıdır ki, № ******* nömrəli qərarın qəbul olunması üçün əsas qismində çıxış edən sənədlərin mövcud olmaması onun irədəsindən asılı olmamışdır. Belə ki, Naftalan Şəhər Mərkəzi X10 Şəxsində son illər ərzində dəfələrlə direktor və mühasib dəyişikliyi olmuş, lakin vəzifə səlahiyyətləri xitam olunmuş şəxslər tərəfindən müəssisənin sənədləri təhvil-təslim qaydasında təhvil verilməmişdir. O, xx.xx.2023-cü il tarixindən Naftalan Şəhər Mərkəzi X10 Şəxsinə direktor vəzifəsinə təyin olunmuşdur. Xəstəxananın sənədləri mövcud olmasına baxmayaraq, məhz bu səbəblə sözügedən sənədlər eyni qaydada ona təhvil verilməmişdir. Daha sonra o, sənədləri əldə etməyə çalışsa da, bu mümkün olmamışdır. Onun tərəfindən Naftalan Şəhər Mərkəzi Xəstəxanasının binasının təhvil-təslim aktını almaq üçün Bərdə Ərazi Şöbəsinə müraciət edilmiş, lakin sənədləri əldə etmək mümkün olmamışdır. Daha sonra Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə müraciət olunmuş, nazirlik tərəfindən həmin sənədlərin surətlərinin onlarda mövcud olduğu və rəsmi qaydada göndəriləcəyi bildirilmiş, lakin bu günə kimi hər hansı tədbir görülməmişdir. Həmçinin o, sənədləri əldə etmək məqsədilə Naftalan Şəhər Mərkəzi Xəstəxanasının müvafiq qurğu, məntəqə, avadanlıq və vasitələrin layihələşdirilməsi və hazırlanmasını həyata keçirmiş olan "xxxx" MMC- nin köhnə direktoru Ağa Əliyevlə əlaqə saxlamış, Ağa Əliyev xəstəxana açılan zaman həmin sənədlərin mövcud olduğunu, sənədlərin Fövqəladə Hallar Nazirliyinə təhvil verilərək hazırda nazirliyin arxivində olduğunu qeyd etmişdir. xx.xx.2025-ci il tarixində həyata keçirilən yoxlama zamanı FHN əməkdaşları xəstəxananın sənədlərinin mövcud olmadığını bildirdikdə, o, sənədlərin FHN arxivində olduğunu, ona heç bir sənədin təhvil verilmədiyini, yalnız həmin sənədlərin təqdim olunduğu halda onlar əsasında müvafiq tədbirlərin görülə biləcəyini onların diqqətlərinə çatdırmışdır. NRFN şöbəsinin baş məsləhətçisi X12 tərəfindən bu hal ümumiyyətlə araşdırılmamış, nəticədə əsassız olaraq inzibati xətanın törədilməsi barədə qərar qəbul edilmişdir. Qeyd etmək lazımdır ki, əgər həqiqətən də FHN əməkdaşlarının qeyd etdiyi kimi xəstəxananın sənədləri ümumiyyətlə mövcud olmasa idi, Naftalan Şəhər Mərkəzi Xəstəxanası fəaliyyətə başlaya bilməzdi. Necə mümkün ola bilər ki, qanunvericilik qaydasında tələb olunan müvafiq sənədlər və icazələr mövcud olmadan xəstəxanın fəaliyyətinə icazə verilmiş olsun və uzun illər ərzində həmin xəstəxana fəaliyyətini davam etdirə bilsin. Bu hal özlüyündə № ******* nömrəli qərarın əsassız olduğunu təsdiq edir. FHN-nin belə iddiası absurd olmaqla, həm müəssisənin, həm də onun mənafelərinə zərər vurur. FHN Nüvə və X2 üzrə Dövlət Agentliyi tərəfindən tərib olunan xx.xx.2025-ci il tarixli yoxlama aktında 22 punkt üzrə tələblərin yerinə yetirilmədiyi qeyd olunmuşdur. Diqqətinizə çatdırmaq istəyirik ki, ionlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar elmi tədqiqat və təcrübi-konstruktor işlərinə xüsusi icazə sənədinin alınması və radiasiya təhlükəsizliyinin təmin edilməsi tələblərinin yerinə yetirilməsi üçün məhz onun əldə etməyə çalışdığı sənədlərin mövcud olması zəruridir. Lakin sözügedən tələblərin icrası üçün müvafiq sənədlərin təqdimi zəruri olduğundan və ondan asılı olmayaraq xəstəxanada həmin sənədlər mövcud olmadığından sözügedən tələblərin yerinə yetirilməsi üçün sənədlər FHN arxivindən təqdim olunmalıdır. Belə olan halda, onun tərəfindən radiasiya təhlükəsizliyinin təmin edilməsi məqsədilə müvafiq işlərin görülməsi sənədlərin ona təhvil verilməməsi səbəbilə qeyri-mümkün olmuşdur. Yoxlama aktında qeyd olunan əsasların həyata keçirilməməsi onun iradəsindən kənar baş verməsinə və şəxsin sənədləri təhvil almaq məqsədilə bir sıra tədbirlər görməsinə baxmayaraq, inzibati xəta haqqında qərar qəbul edilərək cərimələnməsi onun hüquqlarının əsassız olaraq pozulması ilə nəticələnmişdir. Belə ki, FHN tərəfindən müvafiq tədbirlərin görülməməsi nəticəsində inzibati xətalar haqqında qanunvericiliyin tələbləri pozulmuşdur. Qanunvericiliyin tələblərinə görə dövlət orqanları tərəfindən yalnız müvafiq intizam tənbehinin tətbiq olunması kifayət hesab olunmur. Orqanların inzibati xətaların törədilməsinə səbəb olan halları aşkar edərək aradan qaldırması qanunvericilik qaydasında müəyyən edilmiş vəzifədir. İnzibati xətaların qarşısının alınması prinsipinə əsasən dövlət orqanları həmin halların aradan qaldırılması üçün tədbirlər görməlidirlər. Lakin o, sənədlərin FHN arxivində olduğunu, yalnız həmin sənədlərin təqdim olunduğu halda onlar əsasında müvafiq tədbirlərin görülə biləcəyini FHN əməkdaşlarına bildirməsinə baxmayaraq, onlar yalnız inzibati tənbehin verilməsi ilə kifayətlənmişdirlər. Bu hal radiasiya təhlükəsizliyinin müayinəsi ilə bağlı yoxlamanın qərəzli şəkildə həyata keçirildiyini, FHN əməkdaşlarının məqsədinin ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi deyil, yalnız müvafiq tənbehlərin verilməsi olduğunu, vəzifələrini qanunvericiliyin məqsədlərinə uyğun həyata keçirmədiklərini təsdiq edir. Yoxlama aktında qeyd olunan tələblərin icra edilməsi və icazələrin alınması məqsədilə müvafiq müraciətlərin edilməsi üçün müəssisənin sənədləri təqdim olunmalıdır. Nümunə olaraq diqqətinizə çatdırırıq ki, birinci punktunda ionlaşdırıcı şüa mənbələri ilə fəaliyyət həyata keçirmək üçün Naftalan Şəhər Mərkəzi Xəstəxanasının xüsusi icazə sənədinin olmadığı qeyd olunmuşdur. Lakin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 12 aprel tarixli 42 nömrəli qərarı ilə təsdiq edilmiş “İonlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar elmi tədqiqat və təcrübi-konstruktor işlərinə xüsusi icazə verilməsi” qaydalarının 2.1-ci maddəsində xüsusi icazə sənədinin alınması üçün ərizəçi tərəfindən təqdim olunmalı olan sənədlərin siyahısı müəyyən edilmişdir. Həmin maddə üzrə tələb olunan sənədlərin ona təhvil verilmədiyini nəzərə alsaq, məhz buna görə xüsusi icazə sənədi alına bilməmişdir. Həmçinin yoxlama aktının ikinci punktunda radioloji-gigiyenik pasportun olmaması ilə bağlı əsasa münasibətdə qeyd etmək lazımdır ki, yuxarıda qeyd olunan əsaslar səbəbidən onun tərəfindən radioloji-gigiyenik pasport alına bilmir. Belə ki, "Ərazi, müəssisə və təşkilatların radioloji-gigiyenik pasportlarının forması və tərtib edilməsi Qaydası"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 25 avqust tarixli 134 nömrəli Qərarının 4-cü maddəsinə görə ərazi, müəssisə və təşkilatların radioloji-gigiyenik pasportuna daxil edilməli olan məlumatlar məhz sözügedən sənədlər əsasında təqdim oluna bilər. Bundan başqa, yoxlama aktının üçüncü punktuna əsasən radiasiya təhlükəsizliyinə cavabdeh şəxs və radiasiya təhlükəsizliyi xidmətinin heyət üzvləri hazırda xüsusi hazırlıq keçirlər. Yoxlama aktının doqquzuncu və onuncu punktlarına münasibətdə qeyd olunmalıdır ki, radioloji şəraitin istehsalat nəzarəti və rentgen avadanlığının texniki profilaktik yoxlanılması Naftalan Şəhər Mərkəzi Xəstəxanası tərəfindən daima həyata keçirilir. Radiasiya təhlükəsizliyi xidmətinin heyət üzvlərinin üzərində olan texniki avadanlıqlar vasitəsilə radiasiya dərəcələri ölçülərək rentgen avadanlığının texniki profilaktik yoxlanılması barədə jurnala əlavə olunur. Həmin məlumatlar Səhiyyə Nazirliyi Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən təsdiq olunur.Yoxlama aktının digər punktları üzrə tələblərin icrası yuxarıda qeyd olunan qaydada həyata keçirilə bilməmişdir. Bütün bunlar FHN Nüvə və X2 üzrə Dövlət Agentliyi tərəfindən tərib olunan yoxlama aktının kifayət qədər araşdırma aparılmadan tərtib olunduğunu təsdiq edir. Göründüyü kimi Naftalan Şəhər Mərkəzi Xəstəxanasının müvafiq sənədləri ona təhvil verilmədən radiasiya təhlükəsizliyinin təmin edilməsi tələblərinin yerinə yetirilməsi mümkün deyildir və həmin sənədlərin əldə olunması üçün FHN tərəfindən tədbirlər görülmədikcə sözügedən inzibati xətanın aradan qaldırılmasının tələb olunması ağlabatan deyildir. Məhkəmə iclasında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Nüvə və X2 üzrə Dövlət Agentliyinin nümayəndəsi X7 izahat verərək bildirdi ki, 2025-ci il tarixdə 2024cü ilin planına əsasən xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək Naftalan Şəhər Mərkəzi Xəstəxanasi" X13 keçirilmiş yoxlama zamanı bir çox pozuntular aşkar edilmiş və buna dair akt tərtib edilmişdir. Yoxlama zamanı radioloji-gigenik pasportun olmaması, ən əsas pozuntu ionlaşdırıcı şualanma mənbələri ilə fəaliyyəti həyata keçirmək üçün xüsusi icazə olmadan fəaliyyət göstərmə və daha bir neçə pozuntu aşkar edilmişdir. Qeyd edilənlərə əsasən X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 268.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 3000 manat məbləğində cərimə olunmuşdur. Qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır. Odur ki, şikayətin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə şikayət verən X4 məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir. Ona Məhkəmə inzibati tənbeh vermə haqqında qərardan şikayətə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin izahatını dinləyib, iş materiallarına məcmu halda qiymət verərək hesab edir ki, şikayət əsasız olduğundan rədd edilməlidir. İş materiallarında olan 11 aprel 2025-ci il tarixli, P-25/101 saylı yoxlama aktından görünür ki, Fövqəladə Hallar Nazirliyi Nüvə və X2 üzrə Dövlət Agentliyi tərəfindən “Naftalan Şəhər Mərkəzi Xəstəxanası” X13 aparılan yoxlama tədbirləri zamanı 11 sayda pozuntu aşkar edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Naftalan Şəhər Mərkəzi Xəstəxanasında radiasiya təhlükəsizliyinin müayinəsi zamanı Azərbaycan Respublikası Prezidentinin xx.xx.1998-ci il tarixli 758 №-li Fərmanının 3-cü bəndinin tələblərinin pozulması müəyyən edilmiş, nəticədə X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 268.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 3000 (üç min) manat məbləğində cərimə olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1998-ci il tarixli 758 №-li Əhalinin radiasiya təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Fərmanın 3cü bəndində qeyd edilmişdir ki, müəyyən edilsin ki, “Əhalinin radiasiya təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində göstərilən aşağıdakı ionlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar fəaliyyət növləri üçün xüsusi icazə tələb olunur və bu xüsusi icazənin verilməsi Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilir. “Əhalinin radiasiya təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanunun 10-cu maddəsində qeyd edilmişdir ki, ionlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar elmi-tədqiqat, təcrübi-konstruktor işləri, qurğuların tikilməsi, onlar üçün texnoloji avadanlığın layihələşdirilməsi və hazırlanması, radiasiya təhlükəsizliyi vasitələrinin, həmçinin radioaktiv maddələrin hasilatı, emalı (istehsalı), daşınması, nəqli, saxlanılması, istifadəsi, məhv edilməsi və basdırılması sahəsindəki işlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Həmin qanunun 11-ci maddəsində qeyd edilmişdir ki, İonlaşdırıcı şüa mənbələrinin istifadəsi ilə əlaqədar fəaliyyət göstərən müəssisələr və təşkilatlar radiasiya təhlükəsizliyinin təmin edilməsi üçün müntəzəm istehsalat nəzarəti keçirirlər. İstehsalat nəzarətinin həyata keçirilməsi qaydası hər bir müəssisə və ya təşkilat üçün onun işinin xüsusiyyət və şəraiti nəzərə alınmaqla təyin edilir və radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılır. Radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində pozuntular aşkar edildikdə istehsalat nəzarətini həyata keçirən səlahiyyətli şəxslər şüa mənbələri ilə aparılan işləri dayandırmalı və radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 268.0.1-ci maddəsinə əsasən ionlaşdırıcı şüa mənbələri ilə iş zamanı radiasiya təhlükəsizliyinin təmin edilməməsinə görə - fiziki şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on iki min manatdan on beş min manatadək məbləğdə cərimə edilir. İş materiallarından görünür ki, X6 fəaliyyəti ilə əlaqədar olaraq inzibati xəta törətdiyindən səlahiyyətli orqan tərəfindən vəzifəli şəxs kimi inzibati məsuliyyətə cəlb olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsində qeyd edilmişdir ki, vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Qeyd: Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 128.1-ci maddəsində qeyd edilmişdir ki, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Eyni Məcəllənin 135.1.5-1-ci maddəsində qeyd edilmişdir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardandır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1-ci maddəsinə əsasən aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlana bilməz, başlanmış icraata isə xitam verilir: 53.1.1. inzibati xəta hadisəsi olmadıqda; 53.1.2. inzibati xəta tərkibi olmadıqda; 53.1.3. şəxs son zərurət vəziyyətində hərəkət etdikdə; 53.1.4. şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdikdə; 53.1.5. inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda; 53.1.6. bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda və sair hallarda. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, X3 İnzibati Xətalar Məcəlləsinin 268.0.1ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinməsi barədə qəbul edilmiş qərar qanuni və əsaslıdır. Belə ki, iş materialları və işin faktiki hallarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən şikayətində göstərilən xüsusatlar iş üzrə müəyyən edilmiş sübutlarla təsdiq edilməmiş və həmin şəxs tərəfindən inzibati məsuliyyətdən yayınmaq məqsədi daşıyır. Bu isə onu deməyə əsas verir ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən inzibati xətanın törədilmə şəraiti, inzibati xətanın necə törədildiyi, inzibati xəta tərkibinin yaranması üçün əsasların olub-olmaması lazımi qaydada araşdırılmış və yekun qərar qəbul edilmişdir. Odur ki, X6 tərəfindən verilmiş şikayət təmin edilməməli və qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115 və 134.1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X3 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X17
Məhkəmə qərarları › İş №3(052)-21/2025
Naftalan Şəhər Məhkəməsi Qərar — İş №3(052)-21/2025
22.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver