Azərbaycan Respublikası adından QƏRAR Naftalan şəhəri İş № 3(052)-22/2023 14.04.2023 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X12 Aydın oğlunun sədrliyi, İsmayılova Nüşabə Qaraş qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Naftalan Şəhər Polis Şöbəsinin İTBnin polis sahə rəisi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə. xx.xx.1977-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əməklə məşğul olan, Naftalan şəhəri, V.Bayramov küçəsi, ev 02də yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Naftalan Şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Naftalan Şəhər Polis Şöbəsindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı material 14 aprel 2023-cü il tarixdə baxılması üçün Naftalan Şəhər Məhkəməsinə göndərilmişdir. 14 aprel 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 30 mart 2023-cü il tarixdə, saat 14:50-də Naftalan şəhəri, Vidadi küçəsində Ə.Ağalarovun evində onu, saat 15:10-da isə V.Bayramov küçəsi 02-də öz evində arvadı N.Həsənovanı söyərək evdə əşyaları dağıtmışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs X4 protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, Şəxs 30 mart 2023-cü il tarixdə X1 evində onunla birlikdə yeyib-içmiş, bu zaman Rasim Əlibabadan 10 manat pul istəmiş, Əlibaba pulu ona verməkdən imtina etdikdə aralarında mübahisə yaranmışdır. Mübahisə zaman Rasim Əlibabanı söymüş və uca səslə narazılığını bildirmişdir.Bu zaman Rasim Əlibabanın evində olan stol və stulları aşırmışdır. Daha sonra Rasim evinə qayıdaraq içkili vəziyyətdə arvadı və uşaqları ilə mübahisə etmiş və nalayiq söyüşlər söymüşdür. Daxil olmuş şikayətlər əsasında Həsənov X3 ŞPŞ-yə gətirilmiş, hərəkətlərində İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək qeyd etdi ki, 30 mart 2023-cü il tarixdə dostu Əlibabanın evində yeyibiçmişlər. Ehtiyacı olduğu üçün birlikdə gördükləri işin qazancı olan 10 manat pulu götürmək istədiyini Əlibabaya demiş, lakin Əlibaba bununla razı olmamışdır. Bu səbəbdən Əlibaba ilə aralarında mübahisı yaranmışdır. Sərxoş olduğu üçün bəzi xoşağəlməz davranışlara da yol vermişdir. Daha sonra eyni gündə evinə gedərək arvadı və uşaqları ilə də mübahisə etmişdir. Əməlindən səmimi peşmandır. Məhkəmədən barəsində yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadə verərək bildirdi ki, Rasimi uzun illərdir tanıyır. 30 mart 2023-cü il tarixdə Əlibabanın evinə getmiş, bu zaman orada Rasim də olmuşdur. Rasim Əlibabadan 10 manat pul istədikdə Əlibaba vermədiyi üçün aralarında narazılıq yaranmışdır. Bu zaman Rasim Əlibaba barəsində uca səslə söymüşlər söyməyə başlamışdır. Daha sonra Rasim uzaqlaşaraq evinə getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadə verərək bildirdi ki, Şəxs onun əridir. 30 mart 2023-cü il tarixdə Rasim içkili vəziyyətdə evə gəlmiş, bu zaman əsəbi vəziyyətdə onun və uşaqlarının ünvanına söyüşlər söyməyə, mənasız yerə səs-küy salmağa başlamışdır. Daha sonra Rasim həmçinin evdəki əşyaları da dağıtmağa başlamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: 05 aprel 2023-cü il tarixli Naftalan ŞPŞ-nin TQ-nin təhqiqatçısı X7 cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, X1 müraciəti əsasında toplanmış HK1-76 nömrəli material üzrə Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tərkibi olduğundan barəsində inzibati xəta haqqında iş üzrə icraat açılması məqsədilə qərarın surətinin Naftalan ŞPŞ-ə verilməsi qərara alınmışdır. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi, özünün etirafedici izahatından başqa, araşdırılmış sübutlarla tam sübuta yetir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi əməli etiraf etməsini və əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə, İXM-in 33.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xətanı sərxoş halda törətməsini onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh İXM-ə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Məhkəmə, İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, barəsində 10 (on) gün müddətə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbsin əvvəli 14 aprel 2023-cü il, saat 12:00-dan hesablansın. Qərarın icrası Naftalan Şəhər Polis Şöbəsinə həvalə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ayaz Səlimov
Məhkəmə qərarları › İş №3(052)-22/2023
Naftalan Şəhər Məhkəməsi Qərar — İş №3(052)-22/2023
14.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver