Məhkəmə qərarları › İş №3(052)-22/2024

Naftalan Şəhər Məhkəməsi Qərar — İş №3(052)-22/2024

27.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naftalan şəhəri İş № 3(052)-22/2024 27.08.2024 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X3 Aydın oğlunun sədrliyi, İsmayılova Nüşabə Qaraş qızının katibliyi ilə, Şəxs (VÖEN:**********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində 14000-01090/24 nömrəli 08 avqust 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək, material ilə birlikdə baxılması üçün Naftalan Şəhər Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxs tərəfindən xx.xx.2024-cü il tarixdə Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində **********5666 sorğu nömrəli gömrük bəyannaməsi ilə “sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda rəsmiləşdirilən Gürcüstandan şirkətinin ünanına gələn 1 (bir) ədəd buraxılış ili 2017-ci il, "Ford Fusion" markalı nömrəli nəqliyyat vasitəsi Azərbaycan Respublikasının gömrük ərazisinə gətirməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxai bəyannaməsi verməli olduğu halda, 04 avqust 2024-cü il tarixdə “Mazımqara” gömrük postundan keçirməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş həmin nəqliyyat vasitəsinə dair gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilməmişdir. “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün "Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydalarının” təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 920 saylı, 21 may 2016-cı il tarixli Fərmanının 2.2-ci bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. Belə ki, 3-33- 3300/012/002998 nömrəli xx.xx.2024-cü İl tarixli raportun icrası ilə əlaqədar olaraq bildirilir ki, "X2” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) ünvanına 1 (bir) ədəd buraxılış ili 2017-ci il, “Ford Fusion” markalı nömrəli nəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixli **********5666 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş, idxalatçı tərəfindən qısa idxal bəyannaməsi tərtib edilmədiyi üçün həmin sorğu nömrəli gömrük bəyannamələrinin 40-cı qrafasında da qeyd edilməmişdir. İş materiallarına əlavə edilmiş Dövlət Gömrük Komitəsinin 'X1 Sistemi” informasiya resursundan "avtomobil nəqliyyatı” barədə çıxarışdan xx.xx.2024-cü il tarixli **********5666 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, "X2” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) ünvanına gələn 1 (bir) ədəd buraxılış ili 2017-ci il, “Ford Fusion” markalı nömrəli nəqliyyat vasitəsi “Mazımqara” gömrük postunu 04 avqust 2024-cü il tarixdə keçmiş və Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl həmin nəqliyyat vasitələrinə dair qısa idxal bəyannaməsi verilməmişdir. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs və protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndələri iştirak etməmişdir. Məhkəmə nümayəndələrin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli **********5666 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, Şəxs tərəfindən 1 (bir) ədəd buraxılış ili 2017-ci il, “Ford Fusion” markalı nəqliyyat vasitəsini gömrük bəyannaməsi tərtib edilərək gömrük orqanına bəyan edilmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsi inzibati araşdırma zamanı izahat verərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixli **********5666 sorğu nömrəli gömrük bəyanaməsi ilə rəsmiləşdirilən 1 (bir) ədəd buraxılış ili 2017-ci il, “Ford Fusion” markalı nömrəli nəqliyyat vasitəsi ünvana gəlmişdir. Lakin həmin nəqliyyat vasitəsinə dair sürüçü tərəfindən məlumat verilmədiyindən yuxarıda qeyd edilən nəqliyyat vasitəsi bəyan edilməmişdir. Beləliklə hüquqi şəxs tərəfindən qeyd olunan inzibati xətanın törədilməsi sözügedən izahat ilə bir daha öz təstiqin tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə - vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və digər sənədlər ilə sübuta yetirilmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb və iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 1500 (min beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar