Azərbaycan Respublikası adından QƏRAR Naftalan şəhəri İş № 3(052)-22/2025 13.05.2025 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X9 Aydın oğlunun sədrliyi, İsmayılova Nüşabə Qaraş qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Naftalan şəhər İcra və probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1986-cı il tarixdə Goranboy rayonu, Qasımbəyli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, Naftalan şəhəri, Qasımbəyli kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Naftalan şəhər İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Naftalan şəhər İcra və Probasiya şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün 13 may 2025-ci il tarixdə Naftalan Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Naftalan şəhər İcra və Probasiya şöbəsinin rəisi vəzifəsini icra edən X6 tərəfindən tərtib edilmiş 13 may 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Ağsu Rayon Məhkəməsinin 06 aprel 2018-ci il tarixli, 2(016)-98/2018 saylı icra sənədi üzrə 3200 manat və Goranboy Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli, 2(045)-1029/2023 saylı icra sənədləri üzrə 5000 manat olmaqla, cəmi 8200 manat aliment borcu yaranmışdır. O, aliment borcunun ödənilməsi ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Naftalan şəhər İcra və Probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X6 izahat verərək bildirdi ki, Ağsu Rayon Məhkəməsinin 06 aprel 2018-ci il tarixli və Goranboy Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli icra sənədlərinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası barədə bildiriş və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq təqdim edilmiş, borclu ilə dəfələrlə telefon vasitəsi ilə əlaqə saxlanılmış və borcun ödənilməsi tələb edilmişdir. Lakin borclu icra sənədləri üzrə aliment borcunu ödəməmişdir. Onun hazırda Ağsu Rayon Məhkəməsinin 06 aprel 2018-ci il tarixli, 2(016)-98/2018 saylı icra sənədi üzrə 3200 manat və Goranboy Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli, 2(045)-1029/2023 saylı icra sənədləri üzrə 5000 manat olmaqla, cəmi 8200 manat aliment borcu vardır. Borclu Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyət yaratdığından, onun barəsində müvafiq protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahat verərək bildirdi ki, məhkəmə qətnamələri ilə müəyyən edilmiş borclarını inkar etmir. Uzun müddət işsiz və maddi imkanı zəif olduğu üçün aliment borclarını ödəyə bilməmişdir. Həmçinin anası yataq xəstəsi olmaqla onun himayəsindədir. May ayın sonuna kimi ona möhlət veriləcəyi təqdirdə borcundan 1000 manat məbləğində ödəniş edə biləcəkdir. Qeyd edilənləri nəzərə alaraq, aliment borclarının ödənilməsi üçün ona vaxt verilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş Ağsu Rayon Məhkəməsinin 06 aprel 2018-ci il tarixli, 2(016)-98/2018 saylı icra sənədindən görünür ki, Şəxs 15 may 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 100 manat sabit pul məbləği ilə aliment tutularaq X2 verilməlidir. İş materiallarına əlavə edilmiş Goranboy Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli, 2(045)-1029/2023 saylı icra sənədindən görünür ki, xx.xx.2008-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Goranboy Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(045)-283/2011 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı artırılaraq hər ay 150 manat sabit pul məbləğində müəyyən edilmiş və həmin məbləğdə aliment uşaq yetkinlik yaşına çatanadək Şəxs alınıb X3 ödənilməlidir. İş materiallarına əlavə edilmiş borclu Şəxs ünvanlanmış xəbərdarlıq məktubunun surətindən görünür ki, ona icra sənədinin icra edilmədiyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görüləcəyi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə- fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qərarlarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməyərək icra sənədlərinin icrasını təmin etməmişdir. Borclu hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən yaranmış borcun lazımi qaydada ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədlərinin icrasına səhlənkar yanaşmışdır. Beləliklə Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi mövcuddur. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, icra sənədi üzrə ödənilməmiş borcun məbləğini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 8 (səkkiz) gün müddətə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbsin əvvəli 13 may 2025-ci il, saat 16:00-dan hesablansın. Qərarın icrası Naftalan şəhər polis şöbəsinə həvalə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X11
Məhkəmə qərarları › İş №3(052)-22/2025
Naftalan Şəhər Məhkəməsi Qərar — İş №3(052)-22/2025
13.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver