Azərbaycan Respublikası adından QƏRAR Naftalan şəhəri İş № 3(052)-25/2023 08.05.2023 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X2 Aydın oğlunun sədrliyi, İsmayılova Nüşabə Qaraş qızının katibliyi ilə. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Goranboy Rayon Polis Şöbəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Goranboy Rayon Polis Şöbəsindən daxil olmuş İXP ******* nömrəli 28 fevral 2023cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, VAZ 21074 MİNİK markalı, **-LV-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarı qanunla müəyyən edilmiş 3 ay müddət ərzində ödəməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli EQ 10912559 saylı qərardan görünür ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 339.1-1-cı maddəsi ilə təqsirli bilinib 50 (əlli) manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan xx.xx.2023-cü il tarixli AsanPay ödəniş sistemindən çıxarışdan görünür ki, Şəxs EQ 10912559 saylı qərar üzrə cəriməni dəbbə pulu ilə birlikdə, yəni 80 (səksən) manat məbləğində ödəniş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitələrini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Eyni Məcəllənin 529-cu maddəsinin Qeyd hissəsində yazılmışdır ki, bu Məcəllənin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Beləliklə, maddi hüquq normalarının tələbinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs EQ 10912559 saylı qərar üzrə ona təyin olunmuş cəriməni dəbbə pulu ilə birlikdə ödədiyindən o, inzibati məsuliyyətdən azad olunmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş Şəxs inzibati xəta haqqında protokol üzrə ona təyin olunmuş cəriməni dəbbə pulu ilə birlikdə ödədiyindən inzibati məsuliyyətdən azad edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ayaz Səlimov
Məhkəmə qərarları › İş №3(052)-25/2023
Naftalan Şəhər Məhkəməsi Qərar — İş №3(052)-25/2023
08.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver