Məhkəmə qərarları › İş №3(052)-26/2024

Naftalan Şəhər Məhkəməsi Qərar — İş №3(052)-26/2024

12.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naftalan şəhəri İş № 3(052)-26/2024 12.09.2024 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X6 Aydın oğlunun sədrliyi, İsmayılova Nüşabə Qaraş qızının katibliyi, Naftalan şəhəri Yol patrul xidməti baş inspektoru polis baş leytenantı X1, Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1954-cü ildə doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, təqaüdçü, Naftalan şəhəri, V.Quliyev küçəsi ev 12-də qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Naftalan şəhər polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Naftalan şəhər polis şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli protokol və ona əlavə edilmiş materialdan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 18:10 radələrində Naftalan şəhəri, Ş.İ.Xətai küçəsində orta dərəcəli sərxoş vəziyyətdə idarə etdiyi VAZ 21074 markalı, **-BD-*** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsi ilə idarəetməni itirərək əvvəlcə yolun sağ tərəfindəki bordürə, daha sonra isə həmin küçədə qarşı zolaqda hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi Mercedes- Daimler E200 markalı, **-ER-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin solqabaq hissəsinə vurmuş, nəticədə 2Q-ER-601 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə 1965 manat dəyərində maddi ziyan dəymişdir. Araşdırma nəticəsində yol-nəqliyyaj hadisəsinin VAZ 21074 markalı **-BD-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin sürücüsı Şəxs orta dərəcəli sərxoş vəziyyətdə idarəetməni itirməsi səbəbindən baş verməsi, həmçinin toqquşma yerinin qarşı nəqliyyat vasitəsinin hərəkət zolağında olması müəyyən edilmişdir. Bu səbəbdən Şəxs barəsində İXM-in 333.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Naftalan şəhəri Yol patrul xidməti baş inspektoru polis baş leytenantı X2 protokolda qeyd olunanlarla eyni məzmunlu izahat verərək, protokolun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs ifadə verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə etibarnamə əsasında sahiblik etdiyi **-BD-*** dövlət qeydiyyat nişanlı VAZ 21074 markalı avtonəqliyyat vasitəsi ilə Naftalan şəhərində hərəkətdə olmuşdur. Bu zaman o, az miqdarda spirtli içkinin təsiri altında olmuşdur. Həmin gün saat 18:10 radələrində Naftalan şəhəri, Xətai küçəsi ilə Qarabağ sanatoriyası istiqamətində hərəkətdə olarkən, ürəyində xəstəlik olduğundan vəziyyətində pisləşmə baş vermiş və əks istiqamətdə hərəkətdə olan **-ER-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin sağ qabaq hissəsi ilə toqquşmuşdur. Özünü inzibati xətanın törədilməsində tam təqsirli bilir. Barəsində yüngül inzibati tənbeh növü tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat 18:05 radələrində qardaşı ilə birlikdə özünə məxsus **-ER-*** dövlət qeydiyyat nişanlı Mercedes markalı avtomobil ilə Naftalan şəhəri, Xətai küçəsində hərəkətdə olmuşdur. Bu zaman qarşı tərəfdən gələn Naftalan şəhər sakini Şəxs idarə etdiyi **-BD-*** dövlət qeydiyyat nişanlı VAZ 2107 markalı avtonəqliyyat vasitəsinin gəldiyini görüb maşını dayandırmışdır. Həmin vaxt Şəxs avtomobili anidən sürətləndirərək öz yoluna keçərkən bordürə dəymiş və yenidən yoluna qayıtmaq istəyərkən onun avtomobilinin sol qabaq hissəsi ilə toqquşmüşdur. O və qardaşı Fəqan heç bir xəsarət almamışdır. Hazırda o, Şəxs ilə barışmamışdır. Belə ki, ona dəymiş maddi ziyan sığorta şirkəti tərəfindən tam şəkildə ödənilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Naftalan Şəhər Polis Şöbəsinin TQ-nun təhqiqatçısı, polis baş leytenantı X5 tərəfindən qəbul edilmiş 06 sentyabr 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən xx.xx.2024-cü il tarixdə Naftalan şəhəri, Ş.İ.Xətai küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı toplanmış material üzrə hər hansı şəxsin əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsinin tərkibi olduğundan barəsində İnzibati xəta haqqında iş üzrə icraat açılması və hadisənin İcbari Sığorta Bürosunun elektron sisteminə İşlənilməsi məqsədilə qərarın surəti aidiyyəti üzrə Naftalan ŞPŞ-ə verilməsi qərara alınmışdır. Naftalan Şəhər Mərkəzi X4 şəxsin xx.xx.2024-cü il tarixli, 18-1-62/2-395/2024 nömrəli məktubundan görünür ki, hadisə zamanı Şəxs orta dərəcəli sərxoş vəziyyətdə olmuşdur. xx.xx.2024-cü il tarixli 035 nömrəli mütəxəssis arayışından görünür ki, yol-nəqliyyat hadisəsi nəticəsində Mercedes-Daimler Chrysler E200 minik markalı, **-ER-*** dövlət nömrə nişanlı avtomaşına ümumilikdə 1965 manat miqdarında maddi ziyan dəymişdir. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, ona əlavə edilmiş sənədlər və şəxsin özünün etirafedici izahatı ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə- nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 33-cü maddəsində müəyyən edilmiş məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsinin sanksiyasının hədləri daxilində nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, nəqliyyat vasitəsini idarə etmək hüququ 02 (iki) il müddətinə məhdudlaşdırılmaqla 700 (yeddi yüz) manat məbləğində cərimə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X8

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar