Azərbaycan Respublikası adından QƏRAR Naftalan şəhəri İş № 3(052)-3/2024 22.01.2024 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X10 Aydın oğlunun sədrliyi, İsmayılova Nüşabə Qaraş qızının katibliyi, Naftalan şəhəri Yol patrul xidməti baş inspektoru polis baş leytenantı X2 və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxx 1989-cu ildə doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Ələt qəsəbəsi, 128 saylı "xxxx" MMC-də fəhlə işləyən, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Fizuli küçəsi, ev 46, mənzil 36-da qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Naftalan Şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Naftalan Şəhər Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli protokol və ona əlavə edilmiş materialdan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə idarə etdiyi “Azsamand” minik markalı **-RP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə X4 idarə etdiyi “Vaz 21074” minik markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, hadisə nəticəsində X4 avtomobilinə maddi ziyan dəymişdir. Bu səbəbdən Şəxs barəsində İXM-in 332.4-cü maddəsi ilə İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Naftalan şəhəri Yol patrul xidməti baş inspektoru polis baş leytenantı X3 protokolun məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahat verərək bildirdi ki, o, xx.xx.2023-cü il tarixdə atası ilə Goranboy rayonu, Tapqaraqoyunlu kəndinə qohumlarının evinə gəlmişlər. Naftalan şəhəri ərazisində “Azsamand” minik markalı **-RP-*** dövlət qeydiyyat nişanlı avtomaşınla hərəkətdə olan zaman qarşıda hərəkətdə olan “Vaz 21074” minik markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuşdur. Həmçinin onun avtomobili idarə etmək üçün sürücülük hüququ yoxdur. X1 ilə barışmış və ona dəyən maddi ziyanı ödəmişdir. Himayəsində 3 nəfər azyaşlı uşağı vardır. Əməlindən peşmandır. Barəsində yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Naftalan ŞPŞ-nin istintaq qrupunun baş müstəntiqi, polis kapitanı X8 tərəfindən qəbul edilmiş 25 dekabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş, Şəxs Fizulu oğlunun Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi üzrə inzibati məsuliyyətə cəlb olunaraq tədbir görülməsi üçün qərarın surətinin ŞPŞ-nin DYPQ-na göndərilməsi qərara alınmışdır. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, həmçinin şəxsin özünün etirafedici izahatı ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sanksiyasında beş yüz manat məbləğində cərimə və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tənbehləri nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 33-cü maddəsində müəyyən edilmiş məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X12
Məhkəmə qərarları › İş №3(052)-3/2024
Naftalan Şəhər Məhkəməsi Qərar — İş №3(052)-3/2024
22.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver