Məhkəmə qərarları › İş №3(052)-3/2025

Naftalan Şəhər Məhkəməsi Qərar — İş №3(052)-3/2025

17.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naftalan şəhəri İş № 3(052)-3/2025 17.01.2025 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X10 Aydın oğlunun sədrliyi, İsmayılova Nüşabə Qaraş qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Naftalan Şəhər Polis X2 Bölməsinin polis sahə rəisi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.2000-ci il tarixdə Astara rayonu Şahağacı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, Astara rayonu Şahağacı kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Naftalan Şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Naftalan Şəhər Polis şöbəsindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı material 17 yanvar 2025-ci il tarixdə baxılması üçün Naftalan Şəhər Məhkəməsinə göndərilmişdir. 17 yanvar 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 17 yanvar 2025-ci tarixdə polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Naftalan Şəhər Polis X2 Bölməsinin polis sahə rəisi X6 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək, Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək ifadəsində qeyd etdi ki, Astara rayonu Şahağacı kəndində daimi yaşayır. 17 yanvar 2025-ci tarixdə Naftalan şəhər polis şöbəsində kartına gələn pul vəsaitləri ilə əlaqədar dindirildikdən sonra buraxılmışdır. Daha sonra şöbənin qarşısında olarkən isə yeni tikilməkdə olan binanın yaxınlığında əsəbi formada uca səslə danışan zaman polis əməkdaşları yaxınlaşaraq onu nizam-intizama dəvət etmişlər. O isə əsəbi olduğu üçün polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış və onlara qarşı kobudluq etmişdir. Bu zaman polislər onu intizama dəvət etsələr də, o, polislərin tələbinə tabe olmamış, onlara etiraz etmişdir. Daha sonra o, polis əməkdaşları tərəfindən məcburi şəkildə polis şöbəsinə gətirilmişdir. Hazırda törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilən Naftalan şəhər polis şöbəsinin PPXTnin polis nəfəri X7 ifadə verərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə, saat 09:40 radələrində xidmətdə olan zaman Naftalan şəhərində yeni tikilməkdə olan sanatoriyanın yaxınlığında bir nəfər şəxsin ünvanlı və ünvansız şəkildə polisin ünvanına nalayiq ifadələr işlətdiyini görmüşlər. Onlar həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş, onu nizam intizama dəvət etmiş və ictimai yerdə nalayiq ifadələr işlətməməsi barədə xəbərdarlıq etmişlər. Həmin şəxs onların qanuni tələblərinə qəsdən tabe olmayaraq, əl qol-hərəkətləri ilə müqavimət göstərmişdir. Nəticədə həmin şəxs onlar tərəfindən məcburi qaydada Naftalan şəhər polis şöbəsinə aparılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Naftalan şəhər polis şöbəsinin PPXTnin polis nəfəri X1 digər şahid X5 ifadəsinin məzmununa oxşar ifadə verdi. İş materialına əlavə edilmiş 17 yanvar 2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 17 yanvar 2025-ci il tarixdə saat 10:11-də inzibati qaydada tutulmuşdur. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi, özünün etirafedici izahatından başqa, araşdırılmış digər sübutlarla tam sübuta yetir. Belə ki, Şəxs xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması şahid izahatları və məhkəmə iclasında araşdırılan digər sübutlarla öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi əməlini etiraf etməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 33-cü maddəsində müəyyən edilmiş məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, şəxsiyyətini xarakterizə edən halları, təqsirin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən halları nəzərə alır və hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməli, həbsetmənin əvvəli inzibati qaydada tutma haqqında protokola əsasən 17 yanvar 2025-ci il tarixdən, saat 10:11-dan hesablanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 (on beş) gün müddətə inzibati qaydada həbs edilsin. Həbsin əvvəli 17 yanvar 2025-ci il tarixdən, saat 10:11-dan hesablansın. Qərarın icrası Naftalan şəhər polis şöbəsinə həvalə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayət verilə bilər. X11

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar