Azərbaycan Respublikası adından QƏRAR Naftalan şəhəri İş № 3(052)-30/2024 18.09.2024 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X10 Aydın oğlunun sədrliyi, İsmayılova Nüşabə Qaraş qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Naftalan şəhər polis şöbəsinin İTB-nin polis sahə rəisi X4, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə. xx.xx.1993-cü il tarixdə anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Naftalan şəhəri, Ş.Qurbanov küçəsi ev 2, mənzil 30-da qeydiyyatda olan, Naftalan şəhəri, Q.Namazəliyev küçəsi fərdi yaşayış evində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Naftalan şəhər polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Naftalan şəhər polis şöbəsində tərtib edilmiş material baxılması üçün Naftalan Şəhər Məhkəməsinə göndərilmişdir. Naftalan şəhər polis şöbəsinin İTB-nin polis sahə rəisi X6 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 15:00 radələrində fərdi yaşayış evində X2 döymüşdür. Məhkəmə iclasında Naftalan şəhər polis şöbəsinin İTB-nin polis sahə rəisi X6 protokolu əsaslandıraraq bildirdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 15:00 radələrində fərdi yaşayış evində X2 döymüşdür. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Odur ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, X7 onun əridir. Evli olduqları müddətdə mütəmadi olaraq münaqişələri olmuşdur. Buna səbəb qaynanası Zərərçəkmiş şəxs onların ailə işlərinə qarışması olmuşdur. xx.xx.2024-cü il tarixdə aralarında olan mübahisə zamanı qayınanası Zərərçəkmiş şəxs onun sinəsindən tutaraq itələmiş, o isə divara dəymişdir. Bu zaman kürəyində ağrılar hiss etmişdir. Lakin o, Zərərçəkmiş şəxs heç bir şey etməmişdir. Cəmilədən tələbi odur ki, bir daha onun işlərinə qarışmasın və onu təhqir etməsin. Hazırda Zərərçəkmiş şəxs ilə barışmışlar. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 izahat verərək bildirdi ki, Şəxs onun gəlnidir. Rufanə oğlu Elxan ilə 7 ildir evlidir. Evlilikdən 2 nəfər övladları olmuşdur. Bütün bu illər ərzində Rufanə mütəmadi olaraq evdən çıxıb getmiş, evə gec-gec gəlmiş, yüngül həyat tərzi keçirən şəxslərlə oturub-durmuşdur. Təxminən 10 gün qabaq Rufanənin evə qayıtmış, həmin vaxtdan hər gün evdə dava-dalaş, münaqişə olmuşdur. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə aralarında yaranan mübahisə zamanı o, əsəbləşərək Rufanəni itələmiş, Rufanə isə divara dəymişdir. Bundan sonra Rufanə də, onu itələmişdir. Hazırda Şəxs ilə barışmışlar. Odur ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 12 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, toplanmış HK1-229 nömrəli material üzrə Şəxs və Zərərçəkmiş şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi olduğundan, həmin maddə ilə inzibati xəta haqqında iş üzrə icraat açılması məqsədilə qərarın surəti aidiyyəti üzrə Naftalan ŞPŞ-ə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 39-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. 53.0.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Beləliklə məhkəmə hesab edir ki, tərəflərin barışması nəzərə alınmaqla, Şəxs məsuliyyətdən azad edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikasın İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X11
Məhkəmə qərarları › İş №3(052)-30/2024
Naftalan Şəhər Məhkəməsi Qərar — İş №3(052)-30/2024
18.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver