Azərbaycan Respublikası adından QƏRAR Naftalan şəhəri İş № 3(052)-31/2025 04.06.2025 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X6 Aydın oğlunun sədrliyi, İsmayılova Nüşabə Qaraş qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Naftalan şəhər polis şöbəsinin İTBnin polis sahə rəisi X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə. xx.xx.1980-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, Naftalan şəhər S.Vurğun adına 2 saylı tam orta məktəbində müəllimə işləyən, Naftalan şəhəri, İ. Həsənzadə küçəsi, bina 13, mənzil 29-da qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə Naftalan şəhər polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Naftalan şəhər polis şöbəsində tərtib olunmuş inzibati xəta haqqında material baxılması üçün 04 iyun 2025-ci il tarixdə Naftalan Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş 04 iyun 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 13:00 radələrində Naftalan şəhəri 6 saylı binanın yanındakı parkda Zərərçəkmiş şəxs döymüşdür. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Naftalan şəhər polis şöbəsinin İTB-nin polis sahə rəisi X3 izahat verərək bildirdi ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 13:00 radələrində Naftalan şəhəri 6 saylı binanın yanındakı parkda Zərərçəkmiş şəxs döymüşdür. Bu fakt üzrə təhqiqat araşdırması aparılmış və onun əməlində cinayət tərkibi olmadığına görə cinayət işinin başlanması rədd edilmişdir. Lakin Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin əlamətləri olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə axşam saatlarında övladı ilə birlikdə anasına iynə vurmaq üçün anasının evinə gedən zaman keçmiş həyat yoldaşı Xaliqin maşınla Zərərçəkmiş şəxs yaxınlaşdığını görmüşdür. Xaliq çıxıb getdikdən sonra o, narahat qaldığı üçün Aytənə yaxınlaşaraq, nəsə problem olub-olmadığını, Xaliqin onu narahat edib-etmədiyini soruşmuşdur. Aytən isə cavabında heç bir problem olmadığını bildirmiş və getmişdir. Bundan sonra oğlu Uğur ona Aytəni atasının maşınının qabaq oturacağında oturduğunu, ayaqlarını isə qaldıraraq qarşıya tərəf uzatdığını gördüyünü bildirmişdir. Oğlunun bu sözü ona çox pis təsir etmişdir. Belə ki, onlar Xaliq ilə rəsmi olaraq boşanmış olsalar da, son zamanlar Xaliq ailə münasibətlərinin yenidən bərpa edilməsi üçün çalışır. xx.xx.2025-ci il tarixdə səhər saatlarında Aytən ona mesaj yazaraq, onunla görüşmək istədiyini bildirmiş və onlar razılaşaraq 6 nömrəli binanın yaxınlığında yerləşən parka görüşmüşlər. Bu zaman Aytən ona onun keçmiş həyat yoldaşı Xaliq ilə aralarında heç bir münasibət olmadığını bildirmişdir. O isə Aytəndən əgər əlaqəsi yoxdursa, necə olub ki, gecə saatlarında onlar arasında olan söhbəti Xaliqə çatdıra bilmişdir deyə soruşmuşdur. Bu zaman aralarında sözlü mübahisə baş vermiş və o, əli ilə Aytəni ondan uzaqlaşması üçün itələmişdir. Bu zaman əlinin Aytənə dəqiq dəyib-dəymədiyini xatırlamır. Əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, Şəxs tanıyır. Onunla uzun müddət qonşu olmuş, aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. xx.xx.2025-ci il tarixdə Şəxs Tiktok sosial şəbəkəsi üzərindən ona nalayiq ifadələr yazaraq əri Xaliqlə danışdığını və münasibətinin olmasını bildirmişdir. O isə İlhaməyə cavabında elə birşeyin olmadığını, otelə müştəri yerləşdirmək ilə əlaqədar bir gün əvvəl Xaliqin maşınına minmiş olduğunu demişdir. Buna baxmayaraq İlhamə nalayiq danışıqlarını davam etdirmişdir. Bundan sonra həmin günü günorta saatlarında İlhamə ilə 6 nömrəli binanın qarşısında görüşmüş və söhbətgahda söhbət etmişlər. İlhamə ona keçmiş əri Xaliqlə danışdığını və bununla da onun ailəsini dağıtdığını bildirmişdir. O isə İlhaməyə bir daha elə birşeyin olmadığını söyləmişdir. Bu zaman İlhamə anidən onun ağız nahiyəsinə yumruqla zərbə vurmuş və onun dodağı qanamışdır. Bundan sonra o, evə getmişdir. Daah sonra İlhamə bir neçə dəfə də zəng etsə də, o, zənglərə cavab verməmişdir. Hazırda Şəxs ilə barışmamışdır. Ondan şikayətçidir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış EİK1-110 nömrəli material üzrə Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan, həmin maddə ilə inzibati xəta haqqında iş üzrə icraat açılması məqsədi ilə qərarın surətinin Naftalan şəhər polis şöbəsinə verilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertizası və X2 X5 xx.xx.2025-ci il tarixli, 249 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsinə əsasən onun bədəni üzərində müəyyən edilmiş xəsarət üst dodağın qançırı KÜT əşyanın (larin) o cümlədən qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə yəni xx.xx.2025-ci il tarixdə kənar şəxs tərəfindən yumruqla vurulma zamanı əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Məhkəmə, inzibati xəta haqqında tərtib edilmiş protokolu və ona əlavə edilmiş sənədləri tədqiq edib, proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması tam sübuta yetirilir. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinməli, həmin maddənin sanksiyası çərçivəsində barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi əməli qismən etiraf etməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmə iclasında Şəxs məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin nüvafiq maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 400 (dörd yüz) manat miqdarında inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X7
Məhkəmə qərarları › İş №3(052)-31/2025
Naftalan Şəhər Məhkəməsi Qərar — İş №3(052)-31/2025
04.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver