Azərbaycan Respublikası adından QƏRARDAD Naftalan şəhəri İş № 3(052)-33/2024 15.10.2024 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X2 Aydın oğlunun sədrliyi, İsmayılova Nüşabə Qaraş qızının katibliyi ilə, Şəxs (VÖEN:**********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Maliyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Maliyyə Nazirliyində tərtib edilmiş MN ******* nömrəli 24 sentyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokol material ilə birlikdə baxılması üçün Naftalan Şəhər Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında MN ******* nömrəli 24 sentyabr 2024-cü il tarixli protokolda qeyd edilmişdir ki, Şəxs tərəfindən 2022-ci il üzrə maliyyə hesabatlarının 2023-cü ildə auditi aparılmamışdır. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Uçot siyasəti şöbəsinin baş məsləhətçisi Nümayəndə 03 oktyabr 2024-cü il tarixdə məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq, Şəxs (VÖEN:**********) barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərin baxılmadan Azərbaycan Respublikası Maliyyə Nazirliyinə geri qaytarılmasını xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib və Nümayəndə ərizəsini nəzərə alaraq hesab edir ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılmadan geri qaytarılmalıdır. qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə geri qaytarılsın. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X3
Məhkəmə qərarları › İş №3(052)-33/2024
Naftalan Şəhər Məhkəməsi Qərardad — İş №3(052)-33/2024
15.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver