Məhkəmə qərarları › İş №3(052)-34/2024

Naftalan Şəhər Məhkəməsi Qərardad — İş №3(052)-34/2024

31.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naftalan şəhəri İş № 3(052)-34/2024 31.10.2024 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X1 Aydın oğlunun sədrliyi, İsmayılova Nüşabə Qaraş qızının katibliyi ilə, Şəxs (VÖEN:**********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Maliyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Maliyyə Nazirliyində tərtib edilmiş MN ******* nömrəli 30 sentyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokol material ilə birlikdə baxılması üçün Naftalan Şəhər Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında MN ******* nömrəli 30 sentyabr 2024-cü il tarixli protokolda qeyd edilmişdir ki, Şəxs tərəfindən 2023-cü ildə 2022-ci il üzrə maliyyə hesabatlarının auditi aparılmamışdır. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 31 oktyabr 2024-cü il tarixli, 3-23/2- 7425/2024 saylı məktubunda qeyd edilmişdir ki, "Gold Naftalan” Məhdud Məsuliyyətli Cəmiyyətinin 2022-ci il üzrə maliyyə hesabatlarına "FAM GROUP AUDİT MMC” tərəfindən verilmiş auditor rəyi Auditorlar Palatasının rəsmi internet səhifəsində öz əksini tapmışdır. Odur ki, Şəxs inzibati məsuliyyətə cəlb olunması barədə 30 sentyabr 2024-cü il tarixli MN ******* nömrəli İnzibati xəta haqqında protokolunun Maliyyə Nazirliyinə geri qaytarılması barədə tədbir görülməsi xahiş olunmuşdur. Məhkəmə iş materiallarını nəzərdən keçirib və Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış ərizəni nəzərə alaraq hesab edir ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılmadan geri qaytarılmalıdır. qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə geri qaytarılsın. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar