Məhkəmə qərarları › İş №3(052)-35/2023

Naftalan Şəhər Məhkəməsi Qərar — İş №3(052)-35/2023

24.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naftalan şəhəri İş № 3(052)-35/2023 24.05.2023 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X7 Aydın oğlunun sədrliyi, İsmayılova Nüşabə Qaraş qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Naftalan şəhəri Yol patrul xidməti baş inspektoru polis leytenantı X1 və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1963-cü ildə doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, “Azərmaşınqayırma” zavodunda mexanik işləyən, Bakı şəhəri Xətai rayonu A.Qurbanov küçəsi, ev 25də qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Naftalan Şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Naftalan Şəhər Polis Şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli protokol və ona əlavə edilmiş materialdan görünür ki, Şəxs sürücülük hüququ olmadan xx.xx.2023-cü il tarixdə saat 09:42 radələrində “Mitsubishi Pajero” minik markalı **- SG-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə X2 məxsus Jetour XT 70 markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobili vurmuş, hadisə nəticəsində Jetour XT 70 markalı, **-BB- *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymişdir. Bu səbəbdən Şəxs barəsində İXM-nin 332.4-cü maddəsi ilə İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X3 izahatında bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə özünə məxsus “Mitsubishi Pajero” minik markalı **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobili park etmək istəyən zaman X2 məxsus Jetour XT 70 markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobili vurmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı X2 məxsus avtomabilə maddi zərər yetirmişdir. Həmçinin hadisə baş verən zaman Şəxs sürücülük hüququnun olmadığı müəyyən olunmuşdur. Belə ki, onun sürücülük vəsiqəsinin etibarlılıq müddəti 25 yanvar 2023-cü il tarixdə başa çatmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahat verərək bildirdi ki, sürücülük vəsiqəsinin müddətinin bitməsindən xəbəri olmamışdır. Lakin özünü inzibati xətanın törədilməsində tam təqsirli bilir. xx.xx.2023-cü il tarixdə özünə məxsus avtomobili saxlamaq istəyən zaman əyləc əvəzinə yanlış olaraq qaza basmış, bu səbəbdən qəza baş vermişdir. X2 məxsus avtomobilə dəymiş maddi ziyanı tam şəkildə qarşılamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Avto servis (X6 VÖEN **********) tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 015 nömrəli arayışdan görünür ki, X2 məxsus **-BB-*** dövlət qeydiyyat nişanlı, mühərrik-tip: universal, buraxılış ili 2022 il, Ban HJRPBGFB5NF052878, albalı metallik rəngli avtomaşına müəssisənin ustası Abdullayev Bəhruz tərəfindən baxış keçirilmiş və dəymiş ziyanın 870 manat olması müəyyən edilmişdir. AD 152556 nömrəli Şəxs məxsus Azərbaycan Respublikası Sürücülük vəsiqəsinin surətindən görünür ki, vəsiqənin son etirablılıq müddəti 25 yanvar 2023-cü il olmuşdur. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, yol nəqliyyat hadisəsinin sxemi və şəxsin özünün etirafedici izahatı ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sanksiyasında dörd yüz manat məbləğində cərimə və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tənbehləri nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXMnin 33-cü maddəsində müəyyən edilmiş məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X9

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar