Məhkəmə qərarları › İş №3(052)-36/2025

Naftalan Şəhər Məhkəməsi Qərar — İş №3(052)-36/2025

14.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naftalan şəhəri İş № 3(052)-36/2025 14.08.2025 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X21 Aydın oğlunun sədrliyi, Əmrahov Elnur Qayim oğlunun katibliyi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X2 iştirakı ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X5” X11 daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X5” X20 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Naftalan Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş 24 iyul 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, 24 iyul 2025-ci il tarixdə, saat 16:00-da Naftalan şəhəri, Şirvan prospekti 31 ünvanda yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus müəssisədə keçirilən planlı yoxlama zamanı sertifikatsız özəl tibbi praktiki fəaliyyət ilə məşğul olma faktı aşkar edilmişdir. Məhkəmə iclasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X6 izahat verərək bildirdi ki, həqiqətən də, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin əməkdaşlarının cəmiyyətə məxsus sanatoriyada keçirdikləri planlı yoxlama zamanı sertifikatsız özəl tibbi praktiki fəaliyyət ilə məşğul olma faktı aşkar edilmişdir. Buna səbəb Naftalan şəhərində olan kadr çatışmazlığıdır. Odur ki, məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin İXM-in 215.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş olması tam sübuta yetirilmişdir. İş materiallarına əlavə edilmiş 14 iyul 2025-ci il tarixli 3-28-1/3-2-754/2025 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X5” X20 tərəfindən qəbul edilmiş planlı (növbəti) yoxlamanın keçirilməsi haqqında qərardan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində planlı (növbəti) yoxlamanın aparılması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş 24 iyul 2025-ci il tarixli T-250 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X5nin Özəl Tibb Müəssisələrində planlı (növbəti) yoxlama aktından görünür ki, Cəmiyyətə məxsus Naftalan şəhəri, Şirvan küçəsi 31 yerləşən müəssisədə yoxlama aparılmış, yoxlama zamanı sertifikatsız özəl tibbi praktiki fəaliyyət ilə məşğul olma faktı aşkarlanmışdır: baş həkim (ixtisas pediatr) X4, tibb bacısı X8, X13, X9, X7, X1, X10 (müvafiq fizioterapevtiv prosedurların keçirilməsi). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinə əsasən, qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə - vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9-cu maddəsində qeyd edilmişdir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Eyni Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan və inzibati məsuliyyətə səbəb olan əməl inzibati xəta hesab olunur. Eyni Məcəllənin 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 6000 (altı min) manat məbləğində cərimə edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 6000 (altı min) manat məbləğində cərimə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ayaz Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar