Azərbaycan Respublikası adından QƏRAR Naftalan şəhəri İş № 3(052)-37/2023 05.06.2023 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X10 Aydın oğlunun sədrliyi, İsmayılova Nüşabə Qaraş qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Naftalan şəhəri Yol patrul xidməti inspektoru, polis baş serjantı X1 və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1999-cu ildə Goranboy rayonu Qızılhacılı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, Goranboy rayonu, Qızılhacılı qəsəbəsi, 28 may, ev 19-da qeydiyyatda olmaqla Naftalan şəhəri, V.Quliyev küçəsi, ev 17-də yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Naftalan Şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Naftalan Şəhər Polis Şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli protokol və ona əlavə edilmiş materialdan görünür ki, Şəxs etibarnamə və sürücülük hüququ olmadan xx.xx.2023-cü il tarixdə saat 17:55 radələrində “Vaz 21063” minik markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə X6 məxsus “Lada Granta” markalı **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobili arxa hissədən vurmuş, hadisə nəticəsində “Lada Granta” markalı **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymişdir. Bu səbəbdən Şəxs barəsində İXM-in 332.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X4 izahatında bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə “Vaz 21063” minik markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə X6 məxsus “Lada Granta” markalı **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobili arxa hissədən vurmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı X6 məxsus avtomobilə maddi zərər dəymişdir. Həmçinin hadisə baş verən zaman Şəxs etibarnaməsinin və sürücülük hüququnun olmadığı müəyyən olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahat verərək bildirdi ki, o, xx.xx.2023-cü il tarixdə qardaşı X3 etibarnamə ilə idarə etdiyi “Vaz 21063” minik markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobili uzun müddət istifadə edilmədiyi üçün mühərrikində nasazlığın yaranmaması üçün nəqliyyat vasitəsini dayanmış vəziyyətdə işə salarkən ehtiyatsızlıqdan əyləci basmamış və nəticədə qonşusu X6 məxsus “Lada Granta” markalı **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobili arxa hissədən vurmuşdur. Onun etibarnaməsi və sürücülük vəsiqəsi yoxdur. Özünü inzibati xətanın törədilməsində tam təqsirli bilir. X6 məxsus avtomobilə dəymiş maddi ziyanı tam şəkildə qarşılamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Avto servis (X8 VÖEN **********) tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 16 nömrəli arayışdan görünür ki, X6 məxsus “Lada Granta” minik markalı **-DF-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2022, tip-sedan, mühərrik 4785741, Ban-XTA219070N0840759, göy metallik rəngli avtomaşına müəssisənin ustası X2 tərəfindən baxış keçirilmiş və dəymiş ziyanın 150 manat olması müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, yol nəqliyyat hadisəsinin sxemi və şəxsin özünün etirafedici izahatı ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sanksiyasında dörd yüz manat məbləğində cərimə və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tənbehləri nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 33-cü maddəsində müəyyən edilmiş məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X12
Məhkəmə qərarları › İş №3(052)-37/2023
Naftalan Şəhər Məhkəməsi Qərar — İş №3(052)-37/2023
05.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver